Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIR

Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIRAzərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər tənəffüs orqanlarının, daha sonra isə həzm orqanlarının xəstəlikləridir.

Əvvəllər də xəstələnmə halları sırasında tənəffüs orqanları ilk yerdə olub. Əhalinin ən çox düçar olduğu ikinci qrup xəstəliklər bəzi infeksion və parazitar xəstəliklərdir.

2005-ci ildə ölkədə bütün xəstəliklər üzrə qeydə alınmış xəstələrin ümumi sayı 1 503 824 nəfər olub. Onların 677 123 nəfəri tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkib. Həmin ildə 129 299 nəfər bəzi infeksion və parazitar xəstəliklərdən, 117 345 nəfər qan dövranı sisteminin xəstəliklərindən, 107 162 nəfər həzm sisteminin xəstəliklərindən əziyyət çəkən xəstə kimi qeydiyyata götürülüb.

Lakin sonrakı illərdə ölkə üzrə qeydə alınan xəstələrin sayının artma prosesi ilə yanaşı, həzm və qan dövranı sisteminin xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması da müşahidə edilib.

Bu artım sayəsində həzm sisteminin xəstəlikləri üzrə qeydə alınmış xəstələrin sayı əhali arasında daha çox rast gəlinən ikinci qrup xəstəliklər olub. İnfeksion və parazitar xəstəliklərdən əziyyət çəkənlərin sayı isə qan dövranı xəstələrinin sayından sonra əhali arasında ən çox rast gəlinən dördüncü qrup xəstəliklər olub.

2015-ci ildə ölkə üzrə xəstələrin sayı 1 824 086 nəfər olub ki, onun 752 669 nəfəri tənəffüs orqanları, 156 197 nəfəri həzm sistemi xəstəliklərindən, 134 225 nəfəri qan dövranı sisteminin, 114 955 nəfəri bəzi infeksion və parazitar xəstəliklər üzrə xəstə kimi qeydə alınıb.

Bu tendensiya sonrakı illərdə də müşahidə edilib.

2017-ci ildə ölkə üzrə qeydə alınan 1 875 652 xəstənin 735 922 nəfəri tənəffüs orqanlarının, 160 801 nəfəri həzm sisteminin, 143 182 nəfəri qan dövranı sisteminin, 124 457 nəfəri bəzi infeksion və parazitar xəstəliklərdən əziyyət çəkib.

2018-ci ildə ölkə üzrə qeydə alınan 1 895 897 xəstənin 762 809 nəfəri tənəffüs orqanlarının, 164 531 nəfəri həzm sisteminin, 144 719 nəfəri qan dövranı sisteminin xəstəlikləri, 119 954 nəfəri bəzi infeksion və parazitar xəstəliklər üzrə xəstə kimi qeydiyyata alınıb (Trend).


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1061   Tarix: 19 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdi

27 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar"

28 mart
.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Yeddinci sinif şagirdini bıçaqlayan şəxs SAXLANILDI - RƏSMİ - YENİLƏNİB

Şəmkir rayonunda məktəblini bıçaqlayan şəxs ələ keçib. Bu barədə -in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. "Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkd

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart
.

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib. xəbər verir ki, Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Fizioterapiya üzrə elmi şöbəsinin müdiri İlham Qasımov vəfat edib. Onun hansı səbəbdən vəfat ediyi məlum deyil

27 mart