Rəşid Mahmudovdan gənclərə ÇAĞIRIŞ: "Qızlarımızı gəzib buraxmayın!" - VİDEO

Rəşid Mahmudovdan gənclərə ÇAĞIRIŞ: "Qızlarımızı gəzib buraxmayın!" - VİDEO"Cavanlarımıza çağırış edirəm, səslənirəm, xahiş edirəm; qızlarımızı gəzib buraxmayın! Qızlar bizim anamızdır, namusumuzdur, qeyrətimizdir!"

Bu sözləri tibb elmləri namizədi Rəşid Mahmudov Xəzər TV-nin "Səni axtarıram" proqramında səsləndirib.

Sonxeber.az-ın məlumatına görə, 2 yaşında anası tərəfindən atılan və atasının erməni sevgilisi tərəfindən böyüdülən Elcanın taleyi Rəşid Mahmudovu bu sözləri deməyə məcbur edib. R.Mahmudov erməni qadınla həyat yoldaşına xəyanət edən Rafiqin hərəkətini pisləyib: "Ay qadınlar, ərinizi ovcunuzda saxlayın. Quşdu, pırr edib, uçacaq. Bax, həmin kişilərdəndir. Erməni qadın çəkib yanına. O kişi də gözümdən düşdü. Kişilərin çoxu gözümdən düşdü. Onsuz da mən hər şalvar geyinənə kişi demirəm. Belə hesab edirəm ki, bizim kişilərdə çox günahlar var. Kəmalə xanımla evlənirsən, gecə də gedib erməninin qucağında yatırsan. Sən nə kişisən?! Kişisənmi?!"

Qeyd edək ki, vaxtilə Gəncədə yaşayan Lyubov İvanovna adlı erməni qadın Rafiq adlı kişi ilə sevgili olub. Bu səbəbdən ailəsi dağılır və həyat yoldaşı 2 yaşlı övladlarını onların üstünə atıb. Lyuba sevgilisinin oğluna sahib çıxır. Qarabağ münaqişəsindən sonra Elcanın atası Raqiflə birikdə Azərbaycanı tərk edib Rusiyanın Rostov şəhərinə köçür. 1985-ci ildə 2 yaşındaykən ananın imtina etdiyi, daha doğrusu erməni qadınla sevgili olan atasının üstünə atılan Elcan doğma anasından imtina edib. Erməni qadının saxlayıb-böyütdüyü, tərbiyə verdiyi azərbaycanlı artıq 37 yaşındadır. Lyuba Xoşqədəm Hidayətqızına müsahibəsində bu sözləri deyib:

"Rafiq toy gecəsi Kəmaləni evdə qoyub mənim yanıma gəlmişdi. Mən onu təhqir edib qovdum. Düzdür, getdi, amma bir neçə gündən sonra geri döndü. Amma bu dəfə Raqifi qova bilmədim. Bilirsiniz, əəgər insan bir insanı sevmirsə, onu orada zorla saxlamaq olmaz. Ürəyə hökm etmək mümkün deyil. Məcbur olub Rafiqi qəbul etdim. Onsuz da bu ailənin axırı yox idi. Gec-tez dağılmalı idi və dağıldı da. Burada mənim heç bir günahım yoxdur. Heç bir milli münaqişə bizim bir yerdə olmağımıza mane ola bilmədi. O, məni sevirdi, mən də onu. Elcan onun oğludur, onun qanıdır, eyni zamanda mənim oğlumdur. Onlar ayrılanda Elcanın 2 yaşı vardı".

Mənbə: Baku.vs


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3268   Tarix: 19 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məktəbəhazırlıq qruplarında və bəzi siniflərdə şagirdlərin yerdəyişməsi dayandırılacaq - SƏBƏB

Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, eyni zamanda, 18 və 19 may tarixlərində ölkə üzrə I

29 mart
.

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib:. O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:. "Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətini

29 mart
.

Alimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA

Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?. Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu -a açıqlama verib. O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:. "Azərbaycanda alimenti

29 mart
.

"Coffee ‘N Joy" Avropa Gənclər Parlamentinə dəstək olub

"Coffee ‘ N Joy" ( EYP European Youth Parliament) Avropa Gənclər Parlamentinə öz dəstəyini göstərib. UFAZ-da keçirilən tədbir 3 gün davam edib və iştirakçıların özünü kəşf, şəxsi inkişafına yönəlik olub. Tədbir çərçivəsində müasir dünyada aktual olan problemlər və onların həlli yolları müzakir

29 mart
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Bununla yanaşı, qarşıdakı aylarda büdcəyə yenidən baxıla bilər və 2024-cü ilin ortalarında maaş və digər sosial müavinətlərin yenidən artırılmas

29 mart
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

29 mart