"Ermənilərin Ağdamda qazıntı işləri aparması arxeoloji təxribatdır" - RƏYLƏR

"Ermənilərin Ağdamda qazıntı işləri aparması arxeoloji təxribatdır" - RƏYLƏRErmənistan və Dağlıq Qarabağdakı separatçı rejimin "rəhbərliyi" yenidən, işğal edilmiş Ağdam rayonunda qanunsuz arxeoloji qazıntılara başlayıb. Zaman-zaman, işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik rayonlarda aparılan arxeoloji qazıntı işləri, son illərdə intensiv xarakter alıb. Bununla da Ermənistan, tarixi abidələrlə bağlı beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bu, Ermənistanın Azərbaycana qarşı mədəni terrorunun davamıdır. Erməni alimləri iddia edirlər ki, "Tiqranakert"də (Ağdamda) aparılan qazıntılarda tapılan antik şəhər və insan qalıqları guya "Azıx mağarasında olduğu kimi", bu bölgədə də qədim erməni xalqının varlığını sübut edir. Bu cəhdlərlə Azərbaycanın işğal edilmiş əraziləri və tarixi abidələri saxtalaşdırılaraq, "böyük ermənistan" xəyallarına alət edilir. Ağdam bölgəsində qazıntılar zamanı ortaya çıxan eksponatlar Yerevana, antropoloji parçalar isə Avropa ölkələrinə göndərilib. Tarixi eksponatların sonrakı taleyi haqqında dəqiq məlumat yoxdur və bu proses, həm də Azərbaycan tarixi abidələrinin istismarıdır. Aparılan arxeoloji qazıntı işləri həmçinin "Silahlı Münaqişə Zamanı Mədəni Abidələrin Mühafizəsi" haqqında Haaqa Konvensiyasına və "Arxeoloji İrsin Qorunması" haqqında Avropa Konvensiyasına ziddir. "Silahlı Münaqişə Zamanı Mədəni Abidələrin Mühafizəsi haqqında" Haaqa Konvensiyasının 5-ci bəndinə əsasən, işğalçı dövlətdən, ələ keçirdiyi ərazilərin mədəni irsinin mühafizə edilməsi tələb edilir. UNESCO-nun "Arxeoloji Qazıntılarda Tətbiq Edilən Beynəlxalq Prinsiplərə Dair Tövsiyə" sənədinin 32-ci bəndində isə hərbi konfliktlər zamanı, işğalçı dövlətin, ələ kəçirdiyi ərazilərdə arxeoloji qazıntı işlərindən çəkinməli olduğu qeyd edilib . Bir sözlə, beynəlxalq konvensiyalara əsasən, işğalçı güc, maddi mədəni irsin dəyişdirilməsi, dağıdılması və qanunsuz ixracı ilə bağlı məsuliyyət daşıyır.

Maisə Rəhimova
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova

"Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qazıntı işləri aparması onların növbəti cinayət tərkibli əməlidir".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova "Report"a açıqlamasında bildirib ki, Azərbaycanın torpaqlarında qazıntı işləri aparmaq istəyən iştirakçılar bununla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət etməlidir: "Bizim institut isə müraciətə baxdıqdan sonra rəyi Azərbaycan Mədəniyyət Nazirliyinə göndərir və bundan sonra vəkalətnaməni nazirlik təqdim edir. Ona görə də ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qazıntı işləri aparması tam qanunsuzdur və bu, onların növbəti cinayət tərkibli əməlidir. Çünki onlar heç bir rəy verilmədən Azərbaycanın torpaqlarında arxeoloji qazıntı işləri aparıblar. Soruşmaq lazımdır ki, axı, ay erməni, sən mənim torpağımda nə axtarırsan? Onsuz da tapacağın bütün maddi-mədəniyyət nümunələri Azərbaycan xalqının tarixinə və mədəniyyətinə məxsusdur. Bir məsələni də qeyd edim ki, hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən Dağlıq Qarabağın işğal olunmamış ərazilərində arxeoloji qazıntılar aparılır. Əməkdaşlarımız bu il ərzində Ağdam rayonunun işğal altında olmayan ərazilərində iki dəfə arxeoloji qazıntılar aparıblar. Həmin ərazilərdə tapılan bütün maddi-mədəniyyət nümunələrinın hamısı Azərbaycan xalqının mədəniyyətinə aiddir. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır. Ermənilər çox söz deyə bilərlər, amma tarix sübut edir ki, onlar bizim torpaqlarımızı zəbt ediblər. Onlar Azərbaycanın Azıx mağarasını da özününküləşdirməyə çalışırdılar. Azərbaycan alimləri 1950-ci və 1968-ci illərdə Azıxda qazıntı işləri aparıblar. Professor Məmmədəli Hüseynov bu qazıntı işlərinin birinə rəhbərlik edib. Bu da bütün dünyaya məlumdur. Ermənilər Ağdamda guya qazıntı işləri aparıldıqdan sonra onlara məxsus qədim əşyaların çıxdığını iddia edirdilər. Bunlar bu cür yalan məlumatlar yaymaqla məşğuldurlar".

Tarixçi alim Ramin Əlizadə

"Xarici İşlər Nazirliyi işğal altında olan torpaqlarımızda Ermənistan tərəfindən qeyri-qanuni qazıntı işləri aparılması ilə bağlı UNESKO-ya müraciət edə bilər".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Ramin Əlizadə də "Report"a açıqlamasında vurğulayıb ki, Qarabağda Azərbaycan dövlətinin icazəsi olmadan aparılan qazıntı işləri qeyri-qanunidir: "Çünki Ermənistan da mədəniyyətlə bağlı konvensiyalara qoşulub və bu istiqamətdə bir neçə sənədə imza atıb. Hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi işğal altında olan torpaqlarımızda Ermənistan tərəfindən qeyri-qanuni qazıntı işləri aparılması faktı ilə bağlı UNESKO-ya müraciət edə bilər. Çünki Azərbaycan dövlətinin xəbəri olmadan onun ərazilərində arxeoloji qazıntılar aparılıb. Ermənilərin Ağdamda uydurduqları "Tiqranakert" adlı yerdə apardıqları qazıntı işləri zamanı tapılan bütün maddi-mədəniyyət nümunələri, kurqanlar Azərbaycan xalqına məxsusdur. Orada qəbir abidələrinin kurqan formasında olması bunun türk xalqlarına aid olduğunu sübut edir, aşkar olunan müxtəlif əşyalar isə oğuz türklərinin gündəlik istifadə etdikləri keramika nümunələridir. Burada tapılan müxtəlif məişət əşyaları, silahlar, tuncdan hazırlanmış nizə ucluqları, oxlar və s. türk tayfalarına məxsusdur. Bunlar hamısı detallı şəkildə sübut olunub. Ona görə də bu ərazilərin ermənilərə aid olmasından zərrə qədər də söhbət gedə bilməz. Eyni zamanda Ağdamda, Xocalıda, Şuşada, Xocavənddə, Xankəndində, Tərtərdə yüzlərlə kurqan abidələri və bunların ətrafında olan müdafiə qalaları olub. Onlar kurqan mədəniyyətinin tərkib hissəsidir".

Tarixçi qeyd edib ki, Qarabağın ermənilərə aid olmasını sübut edən nə yazılı, nə də arxeoloji abidə yoxdur: "Sadəcə təxribat yaratmaq ermənilərin adətidir. Onlar bu dəfə arxeoloji təxribata əl atıblar. Onların Ağdam rayonu ərazisində arxeoloji qazıntılar zamanı tapdıqları əşyalar isə yalnız Azərbaycan xalqının ulu babalarına aiddir. Ermənilərin əlindən hadisələri və prosesləri yalnız təhrif etməklə yaymaq gəlir. Onlar heç bir zaman bu ərazilərdə erməni yazısı belə tapa bilməzlər. Onların "Tiqranakert" adlandırdıqları əraziyə Tiqranın özü belə gəlib çıxmayıb. Antik dövr alimləri ermənilərin Qərbi Azərbaycanda, Göyçə gölü ətrafında, Qarabağda, Naxçıvanda və s. yaşamasını təkzib edirlər. Hətta yazılı mənbələrdə bununla bağlı heç bir fakt da yoxdur. Tiqranın, ümumiyyətlə, nəinki Qarabağa, hətta Göyçə gölü ətrafına gəlib çıxması barədə heç bir tarixi fakt yoxdur. Ona görə də ermənilərin bu iddiaları uydurmadan başqa bir şey deyil. Burada istər yerüstü, istərsə də yer altında olan bütün maddi-mədəniyyət nümunələri Azərbaycan xalqına məxsusdur. İşğal etdiyi ərazilərdə yalançı arxeoloji qazıntılar apararaq, qazıntıların nəticələrini saxtalaşdıraraq özlərinə uydurma tarix yaratmaq ermənilərin köhnə peşəsidir. XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən Şimali Azərbaycan torpaqlarına köçürülən ermənilərin bu ərazidə qədim abidələri necə ola bilərdi?!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1547   Tarix: 19 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayə

20 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel