"İnsan öz hislərini keçmişdə olsa belə dilə gətirməməlidir'"

"İnsan öz hislərini keçmişdə olsa belə dilə gətirməməlidir'"Sinan Akçıl keçən həftə boşandığı Burcu Kıratlı və Ferhat Göçer ilə bağlı açıqlama verib.

Sonxeber.az BiG.AZ-a istinadən bildirir ki, o, aktrisa olan sevgilisi Burcu Kıratlı ilə 9 ay əvvəl evlənmişdi. Eşq həyatı ilə tez-tez gündəmə gələn Sinanın evlənməsi fanatlarını təəccübləndirmişdi.

Cütlük keçən həftə boşanaraq yollarını ayırıb. Sinan məhkəmədən çıxanda müsahibə verən zaman ''hər həs üçün xeyirlisi olsun, biz anlaşaraq ayrılmışıq'' sözlərini deyib.

Boşanmadan sonra Sinan Akçıl yerli televiziya proqramlarının birində qonaq olarkən bəzi suallara aydınlıq gətirmişdi. Aparıcının ''Burcu ilə inadlaşma səbəbindənmi ayrıldınız?'' sualına cavab vermək istəməyərək, ''məncə, insan öz hislərini keçmişdə olsa belə dilə gətirməməlidir'' cavabını verib. Bu arada müğənni Fərhat Göçerlə yaşadığı problemlə bağlı da açıqlama verib.

Belə ki Burcu ilə evli olduğu zaman iştirak etdikləri toyda Ferhat Göçer mikrofonu alaraq Sinanın keçmiş sevgilisi Hadisə haqqında danışıb. Bu davranış Sinanın xoşuna gəlməyib və Ferhat haqqında ''hədsiz'' sözünü işlədib.

Dünyada   Baxılıb: 4292   Tarix: 20 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR