Qəzadan son anda qurtuldu - VİDEO

Qəzadan son anda qurtuldu - VİDEOSürücü peşəkarlığı sayəsində yol qəzasına düşməkdən son anda qurtulub. Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanaraq izləyicilərin təqdirini qazanıb.

Sonxeber.az avtosfer.az-a istinadən xəbər verir ki, insident Rusiyanın Çuvaşiya əyalətində, Kanaş-İbresi avtomagistralında qeydə alınıb.

Kadrlarda yağışlı havada hərəkətdə olan minik avtomobilinin sürücüsünün bir neçə nəqliyyat vasitəsini ötmə əməliyyatı zamanı keçdiyi görünür. Lakin sonuncu yük maşınını keçdiyi əsnada "Kamaz"ın sürücüsü eyni əməli (ötmə əməliyyatı) yerinə yetirir və minik avtomobilini yol kənarına sıxışdırır. Bundan özünü itirməyən sürücü təcrübəsindən istifadə edərək avtomobili yol kənarına aşmaqdan xilas edir.

Dünyada   Baxılıb: 1166   Tarix: 20 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR