Ermənistanda demoqrafik böhran yaşanır - RƏYLƏR

Ermənistanda demoqrafik böhran yaşanır - RƏYLƏR"Ermənistanda sistemli böhran yaşanır. Bu böhran bir dəfə inqilabi təlatümlərə gətirib çıxardı. Erməni ekspertləri böhranın qarşısının alınması istiqamətində düşünürlər. Ermənistanda böhran dərinləşməkdədir. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" blokunun üzvləri parlamentdə Paşinyanın əleyhinə mövqe bildirirlər. Paşinyanın əqli problemləri ilə bağlı araşdırmalara başlayıblar. Ölkənin iqtisadi vəziyyəti fəlakətli vəziyyətə gəlib çıxıb".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat Elman Nəsirov

"Hətta Paşinyanın ağlını itirməsi ilə bağlı fikirlər səslənir. İnsanlar Ermənistanı ədədi deyil, həndəsi silsilə ilə tərk edirlər".

Deputat qeyd edib ki, Paşinyanın "İqtisadi inqilab edəcəyəm" tezisi gülüş hədəfinə çevrilib: "Blokada şəraitində iqtisadi inqilabı necə edə bilərsən? Blokadanın səbəbi də Ermənistanın işğal siyasəti yürütməsidir. Paşinyan bu siyasətdən imtina etmir, absurd bəyanatlar verir, ritorik mövqe ortaya qoyur. Bu da onun düşdüyü vəziyyəti daha da ağırlaşdırır. Hazırda Ermənistanda demoqrafik fəlakət mövcuddur. Paşinyan hakimiyyətə gəldiyi ilk aylarda insanlar ümidli idi ki, onun gəlişi ilə iqtisadi durum yaxşılaşacaq, sosial rifah yüksələcək, ona görə də ölkəni tərketmə prosesində fasilə yaranmışdı. Sonra insanlar peşman oldular ki, çox böyük səhv edərək inqilab ediblər. Serj Sarqsyanı devirdilər, rəhbərliyə elə bir insanı gətirdilər ki, nəinki problemləri həll etmədi, əksinə yenilərini əlavə etdi. Paşinyanın ölkəni fəlakətdən çıxara biləcək hər hansı proqramı yoxdur. Onun irəli sürdüyü proqramlar utopiyadan başqa bir şey deyil. O iddia edir ki, yaxın bir neçə ildə Ermənistan inkişaf etmiş 20 ölkənin sırasında olacaq... Bu cür bəyanatlar gülüş doğurur. Hətta Paşinyanın ağlını itirməsi ilə bağlı fikirlər səslənir. İnsanlar Ermənistanı ədədi deyil, həndəsi silsilə ilə tərk edirlər. Daha onların inamı qalmayıb ki, ölkə düzələcək. Həmin insanlar inanmır ki, Paşinyan hakimiyyətdə qalacaq. Ermənistanı qarşıda yeni inqilabi təlatümlər gözləyir. Bu da Ermənitanı 50 il geri atacaq. Belə olan halda bu ölkədə yaşamağa dəyərmi? Bu suala gənclərin birmənalı cavabı var: Dəyməz! Yəni, lənətə gəlmiş Ermənistanı tərk etmək lazımdır. Bu ifadə erməni gənclərinə məxsusdur. Hakimiyyət ölkəni tərk etmək istəyənlərin qarşısını inzibati yolla almağa çalışır. Hətta gəncləri cinayət məsuliyyətinə cəlb etməkdən də çəkinmirlər. Bu addım səmərəsizdir".

E.Nəsirov bildirib ki, hazırda Ermənistanda hərbi xidmətə qadınlar da cəlb edilir: "Qadınları hərbi xidmətə cəlb edən ölkələrin təcrübəsi öyrənilir. Artıq Ermənistan o günə gəlib düşüb ki, sərhədləri qorumaq üçün qadınların da imkanların istifadə edir. Bu vəziyyətdən yeganə çıxış yolu işğala son qoymaqdır. Ermənistan Azərbaycan torpaqlarını tərk etməzsə, erməniləri daha dəhşətli fəlakətlər gözləyir. Demoqrafik böhran vəziyyət partlayış səviyyəsinə gəlib çatmaqdadır".

Deputat Tahir Rzayev "Report"a açıqlamasında vurğulayıb ki, Ermənistanda bütün sahələrdə böhran hökm sürür: "Ağıllı ermənilər başa düşür ki, Ermənistanda yaşamaq mümkün deyil. İşğalçılıq siyasəti Ermənistanın iqtisadi vəziyyətini ağırlaşdırıb. Düzgün yürüdülməyən siyasət ölkəni çətin duruma salıb. Tez-tez hakimiyyət dəyişikliyi, hərc - mərclik, vətəndaş qarşıdurması və bir sıra xarici amillər Ermənistandan xaricə insan axınını sürətləndirib. Hazırda ölkəni əhalinin yarı hissəsi tərk edib, vətəndaşlar xaricə ölkələrə üz tutublar. Səbəblər sırasında işsizliyin olması da əsas yer tutur. Beləliklə, ölkədə siyasi, iqtisadi böhran yaşanır. Nikol Paşinyan hakimiyyətə gələndə vəd vermişdi ki, ölkədəki böhranı aradan qaldıracaq. Paşinyanın yanlış siyasəti nəticəsində ölkədə xaos daha da gücləndi. Ona görə də vətəndaşlar ölkəni tərk edirlər. Vətəndaş aclıq, səfalət içində olan ölkədə niyə yaşasın ki? Ölkədə insanların hüquq və azadlıqların ciddi şəkildə tapdanır, söz, mətbuat azadlığı, demək olar ki, yoxdur. Baxın, həbsxanalarda xeyli insan cəza çəkir..."

Deputat Tahir Rzayev

"Paşinyanın yanlış siyasəti nəticəsində ölkədə xaos daha da gücləndi. Ona görə də vətəndaşlar ölkəni tərk edirlər. Vətəndaş aclıq, səfalət içində olan ölkədə niyə yaşasın ki?"

T.Rzayev vurğulayıb ki, ölkədəki vəziyyətə Qarabağ amili də çox ciddi təsir edir: "Ermənistan hakimiyyəti çalışır ki, Qarabağı əlində saxlasın. Bu da mümkün deyil. Ermənistanda Qarabağ məsələsinə görə bir çox beynəlxalq layihələrdən kənarda qalıb, qonşu ölkələrlə münasibətləri kifayət qədər gərgindir. Vətəndaşlar bilirlər ki, Ermənistanın gələcəyi yoxdur, ona görə də ölkəni kütləvi sürətdə tərk edirlər. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilərsə, Ermənistan da qazanacaq. Ermənistanda istər Robert Koçaryan, istər Serj Sarqsyan, istərsə də Nikol Paşinyan hakimiyyətlərini Qarabağ kartı üzərində qurublar. Dağlıq Qarabağ Azərbaycan ərazisidir, torpaqlar işğaldan azad edilərsə, səmimi qonşuluq şəraitində yaşaya bilərik. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi yanlış addımlar atır. Torpaqların işğalı uzun müddət davam edə bilməz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1540   Tarix: 20 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

"2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb". Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd bildirilib. Əli Nağıyev qeyd edib ki, həmin cinayə

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı cəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral ayında qiymətlər 3.8 faiz artıb. Xüsusə

28 mart
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

Bakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar

28 mart
.

Taksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart