Rafael Cəbrayılovdan deputat vəsiqəsini girov qoyması xəbərinə - REAKSİYA
Deputat Rafael Cəbrayılov kütləvi informasiya vasitələrində haqqında yazılan məlumatlara aydınlıq gətirib.
R.Cəbrayılov Oxu.Az-a açıqlamasında deyib ki, son dövrlərdə ona qarşı ləkələmə kampaniyası gedir:
"Təəssüf edirəm ki, bu məqsədə nail olmaq üçün bir sıra jurnalistlərdən də istifadə olunur. Jurnalist araşdırması aparmadan, məsələnin məğzini bilmədən yalnız bir tərəfin verdiyi informasiyanı yaymaq jurnalist fəaliyyətinə ziddir".
Onun sözlərinə görə, son dövrdə tikinti biznesi ilə məşğul olan qardaşları, habelə özü ilə bağlı reallığa uyğun olmayan informasiyalar müxtəlif saytlarda yayılır:
R.Cəbrayılov buna görə, təəssüfləndiyini bildirib.
Qeyd edək ki, yayılan xəbərlərə görə, R.Cəbrayılov borca görə məhkəməyə verilib.
Məlumata görə, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.
"Report" bildirib ki, deputat borcu vaxtında ödəyə bilməyib.
"R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub", - deyə yazıda vurğulanıb.
Məlumata görə, borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib.
"Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb", - deyə məlumatda bildirilib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1909 Tarix: 20 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycan bu ölkə ilə quru sərhədi açdı
Azərbaycanın quru sərhədləri 4 ildən artıqdır ki, bağlı olsa da bu qadağa Rusiya vətəndaşlarına aid deyil. -nun əldə etdiyi məlumata görə, sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər. Bu barədə qərar Ümumdünya Səhiyyə Xidmətini
29 martAzərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını
29 martİftar süfrəsi üçün fərqli reseptlər
"İftar menyusu"nu təqdim edirik:. Mantı şorbası. Ərzaqlar:. Xəmiri üçün:. 3-3,5 stəkan un. 1 yumurta. 1 stəkan su. 1 çay qaşığı duz. İç üçün:. 300 qram qiymə . 1 soğan. 1 çay qaşığı duz. 1 çay qaşığı qara bibər. Bişirmək:. 1 stəkan qaynadılmış noxud. 1 orta boy soğan. 2 diş sarımsaq. 1 xörə
29 martBu halda ipotekaya xitam veriləcək
İpoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliə ipotekaya xitam verilən hallar genişlənir. Qey
29 martKart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!
Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so
29 martNazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatın
29 martPaytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
Paytaxtın mərkəzi hissəsində baş verən yol-nəqliyyat hadisəsi sıxlığın yaranmasına səbəb olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektlərinin kəsişməsində yol-nəqliyya
29 mart