Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO

Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTOQazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatını medalsız başa vuran Hacı Əliyev bu barədə "Instagram" hesabında paylaşım edib.

Oxu.Az xəbər verir ki, o, mundialdan medalsız ayrılmasından və ona qarşı olan haqsızlıqlardan yazıb:

"Bu gün burdan (dünya çempionatından – S.M.) əliboş gedirəm. Amma mənim haqqıma girənləri Allaha tapşırıram və başda oturan bütün hakimlərə haqqımı halal etmirəm. Bu son deyil, inşallah hər şey qarşıda. Allah nə yazıbsa, xeyirlisi".

Xatırladaq ki, ötən gün Hacı rusiyalı Hacımurad Rəşidovla görüşdə önə keçsə də, qarşı tərəf buna etiraz edib. Hakimlər videotəkrara baxdıqdan sonra idmançımızın xallarını silib. Üçqat dünya və üçqat Avropa çempionumuz hakimlərlə razılaşmayaraq qırmızı vərəqəni onlara tərəf atıb. Hakimlər də cavabında Hacı Əliyevə qırmızı vərəqə göstərib.

Qeyd edək ki, Hacı Əliyev dünya çempionatı vasitəsilə Tokio Olimpiadasına vəsiqə qazana bilməsə də, hələ Yaponiyaya getmək imkanlarını itirməyib. Belə ki, martın 19-22-də Macarıstanın paytaxtı Budapeştdə Avropa, 30 aprel - 3 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada dünya lisenziya turnirləri keçiriləcək. Hər iki turnirin finalçıları Olimpiadaya lisenziya qazanacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2410   Tarix: 20 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12 aprel
.

Alves həbsxanadan çıxdıqdan sonra ilk dəfə danışdı

Braziliya millisinin və "Barselona"nın sabiq müdafiəçisi Dani Alves qıza təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edildikdən sonra öz həyatından danışıb. Martın sonunda keçmiş futbolçu cəzası qanuni qüvvəyə minənə qədər 1 milyon avro girov müqabilində sərbəst buraxılıb

6 aprel
.

Dünyanın ən uğurlu futbol klubları - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) hər ay müntəzəm olaraq dərc etdiyi ilin komandalarının siyahısını yeniləyib. xəbər verir ki, siyahıya "Mançester Siti" liderlik edir. Dünyanın ən uğurlu futbol klublarını təqdim edirik:. 1. "Mançester Siti". 2. "Rea

16 aprel
.

Arda Gülərlə bağlı ŞOK iddia: Qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülərin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. xarici mediaya istinadən xəbər verir ki, son olaraq dünən axşam La Liqada İspaniya komandasının səfərdə "Malyorka"y

15 aprel
.

Çempionlar Liqası üçün təhlükə: İŞİD terror törətməklə hədələyir

İŞİD aprelin 9-u və 10-da keçiriləcək Çempionlar Liqasının oyunlarında terror aktları törətməklə hədələyir. -in xəbərinə görə, bu barədə "Marca" nəşri yazır. Qarşılaşmalarla bağlı planlar davam edir. Aprelin 9-da İspaniya hökumət komissiyasının rəsmi iclası keçiriləcək və bu iclasda əlavə təhlükəsizli

9 aprel
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12 aprel
.

Futbolçu formasını 50 avroya satdı - Video

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb. "Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avr

16 aprel
.

"Qalatasaray" - "Fənərbağça" derbisində 90 ildən sonra ilk yaşandı

1909-cu il yanvarın 17-də "Papazın Çayırı" adlanan yerdə "Qalatasaray"ın 2-0 qalib gəldiyi matçla başlayan 115 illik rəqabətdə dünən bir ilk yaşanıb. "NTV Spor"a istinadən xəbər verir ki, 50-ci saniyədə "Fənərbağça"nın qapısına qol vuran Mauro İkardi qarşılaşmad

8 aprel
.

Ronaldo qalmaqala səbəb oldu, meydandan qovuldu - Video

Ötən gün "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Əl-Hilal" ilə keçirilən oyunda meydandan qovulub. "Qafqazinfo" xəbər verir ki, buna səbəb ulduz futbolçunun rəqibinə dirsəklə vurması olub. Nəticədə tərəflər arasında qalmaqal yaranıb. Belə ki, Ronaldo bu hərəkətinə görə qırmız

9 aprel