"O güllə deyildi, uyuşdurucu silah idi" - İcra hakimiyyətindən itin güllələnməsi ilə bağlı AÇIQLAMA

"O güllə deyildi, uyuşdurucu silah idi" - İcra hakimiyyətindən itin güllələnməsi ilə bağlı AÇIQLAMASon bir neçə gündür ki, sosial şəbəkədə Sumqayıtda küçədə itin güllələlənməsi ilə bağlı video görüntü müzakirə edilməkdədir. Bir çoxları bu hadisəni pisləyərək, bunu vəhşilik adlandırıb.

Sonxeber.az yayılan video ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra hakimiyyətindən videonun yeni olmadığı bildirilib: "Aidiyyatı qurumlardan o məsələ ilə bağlı əldə etdiyimiz məlumatda bildirilir ki, bu hadisə, yəni itin güllələnməsi bir neçə il öncə baş verib. Yayılan video yeni deyil. Sumqayıtda itlər köçürülən zamanı onlar uyuşdurucu silahla sakitləşdirilir və götürülüb şəhərin kənarına aparılır. Sumqayıt Şəhər Təmizlik Departamenti bu işlə məşğuldur. Əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, itlərin güllələnməsində də həmin uyuşdurucu silahdan istifadə edilib".

Qeyd edək ki, müəmmalı tərəflərdən biri isə sözügedən avtomobilin dövlət qurumuna mənsub olub-olmamasıdır. Lakin, icra hakimiyyətinin məsələ ilə bağlı danışan sözçüsü bu barədə məlumatsız olduğunu bildirib.

Şəlalə Babayeva

Sosial   Baxılıb: 6900   Tarix: 20 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR