İnterpol"un axtardığı "Akula Akif" Bakıda 7 milyon dollar qazandı

İnterpol"un axtardığı "Akula Akif" Bakıda 7 milyon dollar qazandıSəbael Rayon Məhkəməsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, hazırda "İnterpol" xətti ilə axtarışda olan "Akula Akif" ləqəbli Akif Mustafayevin "Mars-M" şirkətinə qarşı iddiasını təmin edib.

"Yeni Musavat" məlumatına görə, bu həmin "Akula Akif"dir ki, Eldar Mahmudov vəzifəsindən çıxarılandan dərhal sonra Azərbaycandan qaçmışdı. Hazırda Fransada gizləndiyi ehtimal olunan Akif Mustafayev özünü iş adamı kimi tanıtsa da, əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub.

"Akula"nın sxeminə əsasən, MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyib və həbs edirdi. Bu zaman "Akula" MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun "xilas edilməsini" həyata keçirirmiş.

Lakin proses bununla da yekunlaşmırdı. "Akula" MTN-dən "xilas etdiyi" iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün "krışalıq" edirdi və onların biznesinə 25-30 faiz payla şərik olurmuş. Onun "Mars-M" şirkətində 25 faizlik paya hansı şərtlər daxilində sahib olduğu bilinmir. Belə məlumatlar var ki, Akif Mustafayev "Mars-M" şirkətinin təsisçiləri olan Bəşirov qardaşlarının qaynıdır. Hazırda qardaşlardan Mərhəmət Bəşirov həbsdədir. Arif Bəşirov isə dünyasını dəyişib. Akif Mustafayevin adından Səbayel Məhkəməsinə sübut kimi təqdim edilən, onun "Mars-M" şirkətinin 25 faizlik payını almasına dair kağızda isə Arif Bəşirovun adı var. Həmin kağıza görə Arif Bəşirov şirkətin 25 faizini Akif Mustafayevə 7 milyon 500 min dollara satıb.

Qardaşlardan Loğman Bəşirov isə mətbuata açıqlamasında alqı-satqıdan məlumatsız olduğunu, məhkəməyə sənəd kimi təqdim olunan kağızların heç bir hüquqi qüvvəsinin olmadığını deyib. Bundan başqa şirkətin hesabına 2009-cu ildən bu yana Akif Mustafayevin 7 milyon 500 min dollar köçürülmədiyini qeyd edib.

Mərhəmət Bəşirovu həbsə aparan məsələ haqda da maraqlı məlumatlar var.

"Mars-M" şirkətinin Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi "Yasmin" biznes mərkəzi bu gün də məhkəmələrdə mübahisə obyektidir. Belə ki, bina inşa olunandan sonra Mərhəmət Bəşirov oradakı mağazaları 22 nəfər iş adamından ümumilikdə 17 milyon dollar almaqla onlara satıb. İş adamları orada mağazaları özlərinin bizneslərinə uyğunlaşdırıb işə başlayandan bir qədər sonra məlum olub ki, Mərhəmət Bəşirov ümumilikdə ticarət mərkəzini "Xalq Bank"a girov qoymaqla külli miqdarda pul götürüb və pulu banka qaytarmayıb. Bank məhkəməyə müraciət etməklə kreditin təminatı olan ticarət mərkəzinin satılmasını və əldə olunan vəsaitin kredit məbləği il əvəzləşdirilməsini istəyib. Məhkəmə iddianı təmin edib. Lakin çıxarılan hökmdə iş adamları Afət Ağazadənin, Sahib Quliyevin, Azər Mahmudovun, Akif Mahmudovun, Fuad Ramazanovun, Natəvan Bağırovanın, Əliağa Məmmədovun, Anar Hüseynovun, Zülfüqar Kazımovun, Yalçın Məlikovun, Adil Məmmədovun, Ədalət Zamanovun, Vüqar Həsənovun, Elçin Əliyevin, Qalıb Məmmədovun pullarının hansı hesabdan qaytarılmasına aydınlıq gətirilməyib.

İş adamları ölkə rəhbərliyinə ünvanladıqları müraciətlərdə yazırlar ki, "Mars-M" firmasından (VÖEN 1500418111) Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi zirzəmi və 5 mərtəbədən ibarət qeyri-yaşayış binasından, daha çox 2009-cu il tarixdə olmaqla, 2009-2013-cü illərdə müxtəlif ölçülü qeyri-yaşayış sahələrinin milyonlarla qiymətləndirilən dəyərini tam ödəməklə alıblar.

"Bir çoxumuz həmin qeyri-yaşayış sahələrini, külli miqdarda pul xərcləyərək təmir etdirmişik və öz fəaliyyətimizlə bağlı təyinatına uyğun istifadə etmişik. Lakin, təəssüf ki, "Mars-M" firmasının və "Xalq Bank" ASC-nin bəzi vəzifəli şəxslərinin çirkin niyyətlə qurduqları və icra etdikləri plan nəticəsində hazırda əmlakımızdan məhrum olmuşuq. Əmlakı faktiki olaraq ələ keçirmiş "Xalq Bank" ASC binaya mühafizə yerləşdirməklə, bizim sahələrimizə girişimizə, qanuni F97748EF BD18 4F0B 8C7E C3CFF5522C9Fəsaslarla aldığımız əmlakımızdan təyinatına uyğun istifadə etməyimizə mane olmaqla yanaşı, illər əvvəl "Mars-M" firması ilə qurduğu kredit-ipoteka oyununun son mərhələsi olan məhkəmə mərhələsində əmlakımızı ələ keçirməsini leqallaşdırmaqla məşğuldur. Onlarla vətəndaşın milyonlarla dəyərində olan əmlakından məhrum olmasına görə isə, yalnız bir nəfər - "Mars-M" firmasının təsisçisi Mərhəmət Bəşirov cinayət məsuliyyətinə cəlb edilməklə, guya qanunsuzluğa hüquqi qiymət verildi və qanunsuzluğu etmiş şəxs məsuliyyətə cəlb olundu görüntüsü yaradıldı. Bu da "Xalq Bank" ASC-nin qurduğu oyunun bir hissəsidir: cinayət işi məhz onun müraciəti əsasında başlanılıb və qanunsuzluğun bir tərəfi olmasına baxmayaraq, özünü zərərçəkmiş şəxs (?!) qismində tanıda bilib. Əslində, həm qanunsuzluğa düzgün hüquqi qiymət verilməyib, həm də bu qanunsuzluğu etmiş "Mars-M" firmasının digər vəzifəli şəxsləri, o cümlədən "Xalq Bank" ASC-nin aidiyyəti vəzifəli şəxsləri məsuliyyətdən tamamilə kənarda qalıblar" -deyə iş adamları müraciətlərində yazırlar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3948   Tarix: 21 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel