Fuad Qəhrəmanlının xanımını döyməsi ilə bağlı FOTOFAKTLAR

Fuad Qəhrəmanlının xanımını döyməsi ilə bağlı FOTOFAKTLARAXCP sədrinin müavini Fuad Qəhrəmanlının istefası siyasi cameyədə ciddi müzakirələrə səbəb olsa da, onun ailə üzvlərinə qarşı zorakılıq etməsi hələ də detalları ilə təqdim olunur.

Son belə bir iddianın müəllifi Gülnarə Mehdiyeva adlı bir xanımın sosial şəbəkədəki statusunda yer alıb. Profil fotolarından F.Qəhrəmanlının qızı Selcan Yağmurun yaxını olduğu görünən xanım F.Qəhrəmanlının ailə üzvlərinə qarşı şiddət göstərdiyini qeyd edib.

Sonxeber.az Musavat.com-a istinadən sözügedən statusu olduğu kimi təqdim edir:

"Ortada təkcə zorakılıq yox, həm də xəyanət məsələsi olduğunu həm biz, həm cəbhəçilər yaxşı bilirdi. Fuadın məşhur məşuqəsini də tanıyırlar. Başqa qadınları da. Mən və Fidan Nazar Selcan və Sənayla söhbət edərkən onlar uşaqlıqlarına aid elə şeylər danışırdılar ki, tüklərimiz biz-biz olurdu. Sənayın dizi qırılanda 12 yaşı vardı. Onlar analarına olan zorakılığı görərək böyüyüblər. Əlimizdə o zorakılıqlardan bəzilərinin fotosu var idi. Bir insanı həbsdə ola-ola ifşa eləmək, boşanmaq olmur. İndikindən betər "hakimiyyətə satılmış, pul almış" elan edirlər. Selcan atasının həbsdən çıxdığını eşidəndə özünü ağaca çırpdığını demişdi. Bir insan uşağının bu qədər nifrətini qazanacaq qədər nə edə bilərdi? Zümrüd xanımı da dünəndən bəri razı sala bilmirik ki, yaysın, danışsın. Çünki bilirik, o danışsa, axecepe şaykası hamısı batacaq. İndi də Əli Kərimlinin o sadistlə şəkil çəkdirib paylaşmağına söz tapa bilmirəm. Şəxsiyyət olaraq bitmiş birini "siyasətçi olaraq bitirməməyə" çalışır. Qızlardan yalnız bu şəkilləri ala bilmişdim, özlərinə deməmiş paylaşıram. Amma silən deyiləm. Sağlam gənclik çürük şəxsiyyətlərin arxasınca getməməlidir".

Bir neçə dəqiqə bundan öncə isə S.Yağmur daha bir status paylaşıb və baş verənləri bir daha dəyərləndirib. Selcan öncə bildirib ki, bu, onun şəxsi intiqası olmayıb: "Əgər şəxsi intiqamım olsaydı, tamam başqa müstəvidə hərəkət edərdim. Mən başdan dediyimin arxasındayam ki, bu olay cəmiyyətin problemi idi və mənim üçün inanılmaz dərəcədə çətin olsa da, şəxsi duyğularımı bu məsələdən tamamən uzaq tutmağa çalışdım. Mənim yaxınımdaki insanlar, telefonla danışdıqlarım, mənim nə vəziyyətdə olduğumu gördülər və mən bu məsələdə özümlə qürur duya bilərəm ki, demək üçün ürəyim partlayan heç bir sözü demədim. Duyğularımı işin içinə qatmadım. Kaş qarşı tərəf də eyni şeyi edəydi. Məni mental xəstə, yalançı, histerik çıxartmağa çalışmaq yerinə olğun davrana biləydi... Hələ də ortada çox yalanlar var. Bütün bunların məhz gündəlik həyatımızın parçası yox, 4-5 ilin söhbəti olduğunu iddia etmək kimi çirkin yalanlar. Amma nəysə.

İndi çoxunuz mənə "təbriklər" yazırsınız. Mən isə bu təbrikləri bu müstəvidə qəbul edirəm - biz hamımız birlikdə, Azərbaycandaki tabulara böyük bir zərbə vurduq. Göstərdik ki, "ailə daxili" şiddət olmur, şiddət cəmiyyətin problemidir. Qurban və zorba arasında, şəxsi problem deyə bir anlayış yoxdur. Zorba, hər kəsin qarşısında cavab verir. Ümid edirəm bu məsələ, bir sıra insanlara dərs, digərlərinə ilham oldu. Susmaq, boyun əymək zorunda deyilsiniz, "atandır", "anandır", "ərindir", "qardaşındır" kimi ifadələr yalnızca sizi manipulyasiya etmək üçündür. Zorakılıq, hər kim tərəfindən olunursa olunsun, yanlış bir şeydir. Özünüzü sevin, sonra da digərlərini çox sevin. Güclü olun və gücünüzü digərlərinin həyatdaki şansı olmaq üçün istifadə edin. Çox ağır bir dönəm oldu mənim üçün bu iki gün. Sizin dəstəyiniz olmadan, ayaqda qala bilməzdim. Hər kəsə təşəkkür edirəm. Beləcə, bu mövzuyla bağlı son sözlərim olsun bunlar".

Qeyd edək ki, F. Qəhrəmanlının qızı Selcan Yağmur dünən sensasion açıqlama ilə çıxış edərək, atasının anasını və onları sadistcəsinə döyməsi və başqa biabırçılıqlar barədə açıqlama yaymışdı. Qızının açıqlamasından dəqiqələr sonra Fuad Qəhrəmanlı xüsusi bəyanatla çıxış edərək, bəyan etmişdi ki, Selcanın Facebook profili oğurlanıb. Bir neçə saat öncə isə F.Qəhrəmanlı istefa verdi.
Fuad Qəhrəmanlının xanımını döyməsi ilə bağlı FOTOFAKTLARFuad Qəhrəmanlının xanımını döyməsi ilə bağlı FOTOFAKTLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3651   Tarix: 21 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidir

Türk Dövlətləri Təşkilatının (TDT) əsas məqsədi üzv ölkələr arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməlisidir. "Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı "X"də yazıb. O bildirib ki, buna uyğun olaraq əlaqələr hər ötə

20 aprel
.

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - Video

Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində bir çox hallarda Azərbaycan dilində məlumatlar qeyd olunmur. "Qafqazinfo" xəbər verir ki, mövzu ilə bağlı İTV süjet hazırlayıb. Bildirilib ki, belə olan halda müştərilər aldıqları məhsul haqda zəruri məlumatları dəqiq öyrənə bilmirlər. Dah

20 aprel
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayə

20 aprel
.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel
.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

20 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Xınalığa dolu düşüb - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

20 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel