Şəhid övladının dəhşətli həyatı: "Günüm zibillikdə keçir" – Fotolar

Şəhid övladının dəhşətli həyatı: "Günüm zibillikdə keçir" – FotolarSabunçu rayonunun Birinci Zabrat qəsəbəsində yasayan İlqar Rossoxo adlı sakin bizə acınacaqlı durumu barədə muraciət etdikdə üz tutduq deyilən ünvana.

Evi tapmaq üçün dolanbac yollardan keçməliydik. Bir tərəfi qəbiristanlıq, bir tərəfi də kanalizasiya sularının mühasirəyə aldığı evə daxil oluruq.

31 yaşlı İlqar Rossoxo danışır: "Atam Valeriy Rossoxo 1994-cü il yanvar ayının 25-də vətən ugrunda şəhid olub. Atam əslən ukraynalı olsa da, sovet illərində ailəsi ilə birgə Azərbayacana köçüb. Buranı ikinci vətəni sayan atam elə bu düşüncəylə də burada ailə qurub. Anam Mariya ilə evlənəndən sonra qəti olaraq burada qalmağı qərarlaşdırır.

Uşaqlıq illərindən əzab-əziyyətlə böyümüsəm. Ailədə 4 nəfər olmağımıza rəğmən atam döyüş bölgəsində oldugundan biz iki qardaşı anam təkbaşına boyüdüb. Hər xırda sirlərimizi də anamızla bölüşürdük.

Əvvəllər Köhnə Əhmədlidə yaşayırdıq. Atam Qarabağa döyüşə yollandıqda bəzi problemlərlə üzləşdik. Qonşularla münasibətimiz pisləşdi. Yeni Əhmədliyə köçdük. Orada da müəyyən müddət qaldıqdan sonra "Sovetski" deyilən ərazidə məskunlaşdıq".

Həmsöhbətimiz deyir ki, 5 il əvvəl o ərazini sökməyə başlayıblar: "Anam bunun əvəzində 30 min manat pul aldı. Daha sonra biz şəhid ailəsi olduğumuzdan 11 min manat da kompensasiya verildi. Xalam bizdə qeydiyyatda oldugundan əvvəl verilən 30 min manatdan ona da pay düşdü. Mən isə şəhidin davamcışı olaraq birdəfəlik pul kimi verilən 11 min manatın 4000 nini özümə goturə bildim. Bu pulun uzərinə cətinliklə də olsa pul yigib 7000 minə bu gördüyünüz komanı aldım. Burada antisanitariya səraiti hökm sürür. Usaqlarıma xəstəlik kecəcəyindən narahatam.

Bu evdə əsyaları zibil qutularından yığmışam. Evin tavanını zibil qutularından topladığım taxta parcalariyla hazırlamışam".

İlqar Rossoxo deyir ki, problem bununla bitmir: "Hec olmasa övladımı məktəbə göndərə bilim... Səhid ailəsi ucun birdəfəlik yardim kimi ayrılan 11 min manatın yarısı qardaşıma çatdı. Qardasıma bundan əlavə evin söküntüsünün əvəzi olaraq verilən 30 min manatdan da pay qalmışdı".

İlqar bəy qardaşının "Sovetski"də kirayədə yaşadığını, bu hadisədən sonra onunla əlaqə saxlamadığını bildirir.

Hazırda iki qız atasi olan İlqar bəy tək istəyi 10 yaslı Angelinanın məktəbə gedib təhsil almasıdır. Gözüyaşlı ata deyir ki, onsuz da güzəranı pisdir:

"Günüm zibillikdən plastik qab, butulka yığmaqdır. Gündəlik çörəkpulumu bununla qazaniram. Əlimə keçənləri yığıb şəhərdə obyektlərin birində 15-20 manata satıra. Bu pulla ailə dolandırmaq cətindir. Yeganə arzum Angelinanin evin yaxınlığında yerləsən 81 nomrəli məktəbə qoymaqdır. Ancaq buna görə məktəbin direktoru 3 il bundan əvvəl məndən pul istədi".

İlqar bəy deyir ki, övladının artıq 10 yası var, amma hələ əlifbanı tanımır: "Bu mənim ucun cox ağır dərddir. İllərdir calisiram. Sikayətimə baxan yoxdur. Direktor Mehriban Əlizadənin qəbuluna getmişdim. Məndən 3 min manat pul istədi. Mənim vəziyyətim isə bəllidir. Bu pulu hardan tapacam? O biri qızım Safiyə isə hələ balacadır. Onun da böyüyüb bu problemlərlə üzləşməsini istəmirəm".

Müsahibim qızının məhz 81 nomrəli məktəbdə təhsil almaq istəyini onunla əlaqələndirir ki,həmin məktəbdə usaqlarin təhsili ucun hər iki dil rus və Azərbaycan dili bölmələri fəaliyyət gostərir. Balaca Angelinanin anası belarus oldugundan evdə yalnız rus dilində danışıblar: "Uşaq ucun bu dil cox rahatdir. Orada rus bölməsi olduğundan və evimizin yaxınlığında yerləsdiyindən qızımın orada təhsil alamsını istəyirəm".

İlqar bəylə 81 nömrəli məktəbə yollandiq. Muhafizəci direktorun bizi qəbul etməyə vaxtı olmadığını bildirdi.

Direktorun təsərrufat isləri uzrə muavini Gulbahar Haciyeva isə pesə fəaliyyətimizə yerinə yetirməyimizə kobudcasina mane olaraq oradan uzaqlaşmağımızı istədi. Biz də - bir journalist olaraq mən və şəhid oğlu məktəbdən çıxdıq…
Şəhid övladının dəhşətli həyatı: "Günüm zibillikdə keçir" – FotolarŞəhid övladının dəhşətli həyatı: "Günüm zibillikdə keçir" – FotolarŞəhid övladının dəhşətli həyatı: "Günüm zibillikdə keçir" – FotolarŞəhid övladının dəhşətli həyatı: "Günüm zibillikdə keçir" – FotolarŞəhid övladının dəhşətli həyatı: "Günüm zibillikdə keçir" – FotolarŞəhid övladının dəhşətli həyatı: "Günüm zibillikdə keçir" – FotolarŞəhid övladının dəhşətli həyatı: "Günüm zibillikdə keçir" – FotolarŞəhid övladının dəhşətli həyatı: "Günüm zibillikdə keçir" – Fotolar


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3207   Tarix: 21 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021