"Bizim kitablar dövrün tələblərinə uyğun deyil" - Ekspert

"Bizim kitablar dövrün tələblərinə uyğun deyil" - EkspertXəbər verdiyimiz kimi, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri İsa Həbibbəyli Azərbaycanda ali məktəb dərsliklərində problemlər olduğunu qeyd edib. Xüsusən təbiət elmləri, riyaziyyat sahəsində tərcümə edilmiş, köhnəlmiş ədəbiyyatlardan istifadə olunur.Onun sözlərinə görə, orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı mühüm nailiyyətlər əldə edilib.Amma ali məktəb dərsliklərində problemlər var.

Keçdikləri fənnə uyğun kitab tapa bilməyən tələbələr də vəziyyətdən daim şikayət ediblər. Sorğu zamanında bunun bir daha şahidi oluruq.

3-cü kurs tələbəsi Xanım Əmiraslanova: "Hər bir tələbə kimi mən də dərslik problemi ilə qarşılaşmışam. 1-ci kursda oxuyanda imtahanlara hazırlaşmaq üçün kitab lazım olurdu. Kitabxanada isə ya tapa bilmirdim, ya da vermirdilər. İndi daha lazım olan hər şeyi internet vaistəsi ilə əldə edirəm".

Azərbaycan Dövlət Pedaqoji Universtetinin tələbəsi Vüqar Qurbanov da kitabxanadan bəzən kitab tapa bilmir: "Tapdıqlarım da adətən kiril əlifbasında olan kitablar olur. Düzdü kiril əlifbasında rahatlıqla oxuya bilirəm. Lakin qavramaq çətin olur".

Hülya Məmmədova təhsil aldığı ali məktəbdə müəllimlərin mühazirə mətnlərindən istifadə etdiklərini deyir.

Onun sözlərinə görə, müəllimlər ədəbiyyat siyahısı kimi dərsliklərin adını yazdırırlar: "Amma tələbələr mühazirələrlə kifayətlənirlər. Səbəb isə həmin dərsliklərin çox çətin tapılmasıdır. Ya tapılmır, ya da ki, olan materiallar rus dilindədir. Rus dilində olan dərsliklərin tərcüməsində problem olduğundan yetərli məlumatı əldə edə bilmirik".

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az-a açıqlamasında deyir ki, qanunvericiliyə görə tədris planında göstərilən fənlər üzrə müvafiq sahələrə uyğun mütəxəssis alimlər tərəfindən ali təhsil müəssisələri tələbələri üçün dərsliklər hazırlanmalıdır: "İstər orta məktəb dərslikləri, istərsə də ali məktəb dərslikləri sovet dönəmində hazırlanan dərsliklərdir. SSRİ Pedaqoji Elmlər Akademiyası tərəfindən hazırlanan kitablardan istifadə olunurdu. Yəni bu kitablar sırf pedaqoji elmlər üçün hazırlanırdı. Sadəcə olaraq biz bu dərsliklərin tərcümə olunmuş variantından istifadə edirdik. Sovet dövrü keçdikdən sonra öz dərsliklərimizi yaratmağa başladıq. Yeni dərsliklər yaratmaq sahəsində də ölkəmizdə təcrübə demək olar ki, yox idi. Həmişə hazır alıb, tərcümə edirdik. Ona görə də bu gün dərslik məsələsi bizim üçün problemli məsələyə çevrilib".

Ekspertin sözlərinə görə, Boloniya sisteminə qoşulmuş ölkələrdə dərslik problemi olmamalıdır: "Ancaq bizdə bu məsələnin problemli olması hamıya aydındır. Boloniya sisteminin əsas maddələrindən biri təhsil müəssisələrinin tədris-təlim materialları ilə təmin olunmasıdır. Universitetlərin kitabxanaları da əvvəlki kimi deyil. Ona görə də tələbələr çıxılmaz vəziyyətdə qalırlar. Müəllim tələbəyə tapşırıq verir, deyir ki, məlumatı hardan tapırsan tap. Ona görə də tələbələrin problemi artır. Bu gün bizdə orta məktəb dərslikləri ali məktəb dərsliklərinin ixtisar olunmuş formasıdır. Görün vəziyyət nə həddə çatıb. Magistraturanın dərslikləri bakalavr üçün olan dərsliklərlə eynidir. Sadəcə bəzi xırda dəyişikliklər var. Dərslik problemi maddi vəsait çatışmazlığından yaranır".

Kamran Əsədovun sözlərinə görə ,kitabların qiyməti olduqca bahadır: "Cəmiyyətdə birmənalı olaraq bunu yalnız bir tərəfin- kitab satışı ilə məşğul olan şəxslərin, hansısa müəssisənin üzərinə atırlar. Bu isə heç də düz deyil. Kitabın qiymətinə təsir edən iqtisadi amillər incələnsə, mənzərə daha aydın olar, deyə düşünürəm. Tutaq ki, kağız ölkəmizə xaricdən gətirilirsə və gömrükdə rüsum ödəmələrindən başqa, hansısa "amil"lər də "iştirak edirsə", bu, nəşriyyatın xərclərinə təsirsiz ötüşmür. Nəşriyyatın digər zəruru xərcləri formalaşarkən dırnaqlı, dırnaqsız hansısa amillər qiymətləndirməyə təsir edir - bunu nəşriyyatçılar daha yaxşı bilər".
Bundan əlavə, ekspert onu da qeyd edib ki, Azərbaycan yeganə ölkədir ki, kitablar üzərində ƏDV (Əlavə Dəyər Vergisi) 18 faizdir:"Gürcüstanda da ƏDV kitablar üzərindən götürülüb. Hətta Türkiyədə bu, 8 faiz idi, onu da götürdülər. Avropa ölkələrində də 7 faiz müəyyən olunub. Azərbaycanda hətta kitabların statistikası belə aparılmır. Bu kitaba münasibətin göstəricisidir. Belarusda kitab mağazalarından icarə haqqı belə alınmır. Çünki fikirləşirlər ki, kitab olmasa savadsızlıq baş alıb gedəcək. Amma əsas çatışmazlığı xalq kitabxanalarının olmaması ilə əlaqələndirirəm. Onsuz da qiymətindən asılı olmayaraq, Bakıda satılan kitab mağazalarında çeşidlilik tapmaq çətindir".

Kamran Əsədov hal-hazırda bu istiqamətdə heç bir işin həyata keçirilmədiyini bildirib: "Problemin həlli üçün ən azı xarici ölkə universitetlərinin elektoron kitabxanalardan istifadə etmək lazımdır.Çünki bizim kitablar dövrün tələblərinə uyğun deyil. Qısa müddətdə ən vacib beynəlxalq əhəmiyyətli kitablar tərcümə edilməlidir".

Lamiyə Məmmədova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2666   Tarix: 21 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Biləsuvarda qadın yaylığı ilə özünü asdı

Biləsuvarda intihar hadisəsi olub. xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş binalardan birində qeydə alınıb. 76 yaşlı Şamama Məhəmməd qızı Əfəndiyeva burada yardımçı tikilinin qarşısında yaylığı ilə özünü asıb. Faktla bağlı araşdırma aparılır

20 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar - FOTO

Rusiya sülhməramlı kontingentinin növbəti bölmələri Azərbaycan ərazisini tərk etmək üçün bu gün Goran stansiyasında cəmləşiblər. Bu barədə hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib. "2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasını

20 aprel
.

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanması üzərində işləyirlər. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Kəraçi Ticarət və Sənay

20 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara

20 aprel