Cəlilabadda narkotik satan bacı-qardaş tutuldu - FOTO
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, sentyabr 23-də rayon sakini Heydər Əsgərovun döş qəfəsinin deşilmiş-kəsilmiş yarası diqanozu ilə xəstəxanaya yerləşdirilməsi barədə Şöbəyə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törədən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Süsən Əliqi saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırma zamanı müəyyən edilib ki, S.Əliqi zərərçəkən şəxslə əvvəlcə bir yerdə spirtli içki qəbul edib, daha sonra aralarında yaranan mübahisə zamanı onu bıçaqlayıb.
Əməliyyat tədbirlərinin davamı olaraq müəyyən edilib ki, S.Əliqi həm də narkotik vasitələrin satışı ilə məşğuldur. Onun rayonun Uzuntəpə kəndi ərazisində yaşadığı evə baxış zamanı iki ədəd kibrit qutusu və bir ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs marixuananı satmaq məqsədi ilə qardaşı Adildən aldığını bildirib.
Cəlilabada RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat zamanı narkotik vasitələri satan Adil Əliqi də tutularaq məsuliyyətə cəlb edilib. A.Əliqinin Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evinə baxış zamanı oradan əlavə olaraq iki kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb. A.Əliqi bacısına Cəlilabad rayonunda narkotik vasitələrin satışı ilə məşğul olmaq üçün marixuana satdığını etiraf edib.
Faktla bağlı hər iki şəxs barəsində Cəlilabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbirləri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Kriminal Baxılıb: 2422 Tarix: 27 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Sumqayıtda 29 yaşlı gənci qətlə yetirən şəxs tutuldu
Sumqayıtda 29 yaşlı Eldarov Şəhriyar Azad oğlunun bıçaqlanaraq öldürülməsində şübhəli bilinən şəxs saxlanılıb.. "Ölkə.Az" xəbər verir ki, polis əməkdalarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanlı hadisəni törətməkdə şübhəli bilinən Mətləb Qədirov tutularaq istintaqa təhvi
27 sentyabr 2019Tanışını düzgün zibil atmadığına görə öldürdü
Kiyev vilayətinin Vasilov rayonunda sərxoş kişi tanışını qətlə yetirib. . . Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qlovaxa qəsəbəsində baş verib. . Üç nəfər qəsəbədəki bağ evində spirtli içki qəbul edib. Daha sonra ev sahibi qonaqları təklikdə buraxıb və yatmağa gedib. . . Bu zama
26 sentyabr 2019Cəlilabad sakinini bıçaqlayan şəxs üzərində narkotiklə tutuldu
Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 23-də şəhər sakini H.Əsgərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini S.Əliqi tutulub.. . Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, polis əməkdaşlar
26 sentyabr 2019İntim fotoları ilə qadının başına oyun açdı - Şok təfərrüat
Abşeron rayonunda qadını şantaj etməkdə təqsirli bilinən Sahil Mirzəzadənin barəsində cinayət işi başlanıb.. . Teleqraf.com xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxs və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onları
24 sentyabr 201960 yaşlı kişidən 5 yaşlı qız uşağına qarşı İYRƏNC HƏRƏKƏT
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qıza qarşı seksual xarakterli əməllər törətməkdə təqsirli bilinən Elman Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.. Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək növbəti baxış iclası sentyab
23 sentyabr 2019Sərxoş halda dostunu bıçaqladı - məhkəmə cəzasını yüngülləşdirdi
Sumqayıtda qəsdən sağlamlığa ağır zərər vurmada ittiham edilən Müzəffər Rzayevin barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. . . Unikal.org xəbər verir ki, Sumqayıt Apellasiya Məhkəməsinin hakimi Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qəra
23 sentyabr 2019Bakıda yeniyetmədən 20 min manatlıq CİNAYƏT
Bakıda 5000 manat və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.. . Sonxeber.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki evlərin birində
20 sentyabr 2019Bakıda İYRƏNC OLAY! Azyaşlı oğlana təcavüz edildi
Bakıda azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib. . . Oxu. Az xəbər verir ki, Ehtibar Rza-zadə adlı şəxs köməksiz vəziyyətdə olan azyaşlı oğlan - M.Ə-yə (ad, soy ad şərtidir) təcavüz edib. . . Azyaşlının valideynlərinin şikayəti əsasında saxlanılan E.Rza-zadə barəsində Cinayə
20 sentyabr 2019