2020-ci ildə Günəş 2, Ay 4 dəfə tutulacaq

2020-ci ildə Günəş 2, Ay 4 dəfə tutulacaqAzərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə gözlənilən Günəş və Ay tutulmalarının vaxtını açıqlayıb.

Sonxeber.az xəbər verir ki, rəsədxanadan Trend-ə bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə gözlənilən Günəş və Ay tutulmalarının vaxtını təqdim edir.

2020-ci ildə 6 tutulma hadisəsi müşahidə olunacaq. 6 tutulmanın 2-si Günəş, 4-ü isə Ay tutulması olacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş vermişdir. İl ərzində ən çox tutulma hadisəsi isə 2038-ci ildə baş verəcək. 7 tutulma hadisəsindən 3-ü Günəş, 4-ü isə Ay tutulması olacaq. Bu sayda tutulma axırıncı dəfə 1973-cü ildə baş vermişdir.

2020-ci ildə baş verəcək 6 tutulma hadisəsindən Azərbaycanda yalnız 3-ü müşahidə olunacaq. Bunlardan 1-i Günəş, 2-si isə Ay tutulması olacaq.

2020-ci ildə 2 Günəş tutulması müşahidə olunacaq. İlin ilk Günəş tutulması 21 iyun 2020-ci ildə baş verəcək və bu yay günəşduruşu gününə təsadüf edəcək. Bu tutulma həlqəvari Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu 10:41-də olacaq. Tutulma hadisəsi 5 saat 48 dəqiqə davam edəcək. Tutulma hadisəsi Afrika, cənub-şərqi Avropa və Asiyada müşahidə olunacaq. Günəş tutulmasının həlqəvari fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla Afrikanın bir hissəsindən, Cənubi Pakistan, şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar həlqə görəcəklər. Azərbaycan ərazisində isə qismən Günəş tutulması müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.

Növbəti Günəş tutulması isə 2020-ci il 14 dekabrda baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 17:34-də başlayacaq və saat 22:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 20:15-də olacaq. Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edəcək. Tutulma hadisəsi Cənubi Amerikanın orta və cənub hissələrində, Atlantik və Sakit okenda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.

1-ci Ay tutulması 2020-ci il yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək. Yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

2-ci Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-sına keçən gecə baş verəcək. Yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi saat 21:46-da başlayacaq və saat 01:04-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:26-da olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidəsi mümkün olmayacaq, yalnız xüsusi cihazlar vasitəsi ilə prosesi müşahidə etmək olacaq. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

3-cü Ay tutulması 5 iyul 2020-ci ildə baş verəcək. Yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi saat 03:07-də başlayacaq və saat 05:52-də sona çatacaq. Tutulmanın maksimumu saat 04:31-də olacaq. Tutulma hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.

4-cü Ay tutulması 30 noyabr 2020-ci ildə baş verəcək. Bu 2020-ci ilin axırıncı Yarımkölgəli Ay tutulmasaıdı. Tutulma hadisəsi saat 11:32-də başlayacaq və saat 15:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 13:44-də olacaq. Tutulma hadisəsi Şimali və cənubi Amerikada, Avstraliyada və Asiyanın bəzi bölgələrində müşahidə olunacaq. Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2225   Tarix: 01 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021