Tərtər sakinini əvvəl sərxoş etdilər, sonra öldürdülər
Oktyabrın 2-nə keçən gecə Tərtər rayonunun Sarov kəndində qətl hadisəsi baş verib.
Tərtər rayon hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, cinayətin qurbanı kənd sakini 1983-cü il təvəllüdlü Kərimov Yaməddin Məhiyəddin oğlu olub. Sözügedən şəxsə evinin yaxınlığında iki bıçaq zərbəsi yetirilib. Mərhum aldığı xəsarətlərdən yerindəcə keçinib.
Qətlin törədilməsində iki nəfər ittiham olunur: 2001-ci il təvəllüdlü Abbaszadə Zamin Faiq oğlu və öldürülən şəxsin qardaşı oğlu Cavad Kərimov. Z.Abbaszadə Y.Kərimova bıçaqla hücum edib, C.Kərimov isə qətlin şahidi olub.
İlkin araşdırma zamanı gənclərin Y. Kərimovu yeyib-içməyə çağırdıqları məlum olub. Y. Kərimov razılaşıb və onlarla birlikdə gedib. Ehtimala görə, qardaş oğlu əmisini sərxoş edərək mal-qarasının satışından qazandığı pulu mənimsəmək istəyib. Sərxoş olan Z.Abbaszadə və C.Kərimov zərərçəkəndən pul tələb etməyə başlasa da, Y. Kərimov təzyiqlərə təslim olacaq qədər sərxoş olmayıb. Belə olan halda tərəflər arasında qətllə nəticələnən münaqişə yaranıb.
Qeyd edək ki, ilkin dindirmə zamanı məhbuslar qətli qısqanclıq zəminində törətdiklərini bildirərək bəraət qazanmaq istəyiblər. Ancaq bu həqiqət deyil, bütün məsələ pulda olub.
Rayon prokurorluğu faktla bağlı cinayət işi açıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal Baxılıb: 1934 Tarix: 02 oktyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü
Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya
16 sentyabr 2021Qaxda meşəlik ərazidə yanğın BAŞLADI
Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri
25 avqust 2021Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli
Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm
12 sentyabr 2021İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı
İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi
5 sentyabr 2021DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib
2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə
17 sentyabr 2021Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO
Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind
2 sentyabr 2021Azərbaycanda oğul atasını baltayla öldürdü
2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind
1 sentyabr 2021Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu
Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın
29 avqust 2021