Kofeinin faydalarına dair elmi araşdırmalar aparılıb

Kofeinin faydalarına dair elmi araşdırmalar aparılıbKofeini gündəlik həyatımızda çayın, kofeinin, enerji içkilərinin və sair qidaların tərkibində istehlak etsək də, onun ciddi xəstəliklərə və təhlükələrə qarşı necə qoruduğu barədə düşünmürük.

Araşdırmalar isə göstərir ki, kofeinin istehlakı bir sıra hallarda tibbi baxımdan vacibdir. Elə buna görə də kofein barəsində aparılan bir neçə araşdırmanın nəticələrini sizə təqdim edirik.

Johns Hopkins Universitetində aparılan arşdırma göstərib ki, hər gün qədərində kofein qəbul edən insanlarda yaddaş güclənir. Universitetin dosenti Michael Yassa bildirib:

"Kofeinin koqnitiv-sitimuləedici təsirini hər zaman bilirdik, amma kofeinin insanlarda xatirələri gücləndirdiyi və onların unudulmasının qarşısını aldığına dair detallı araşdırma aparılmayıb".

Bu araşdırma kofeinin məhz həmin təsirə malik olduğunu ortaya çıxarıb.

Juntendo Universitetinin tibb məktəbinin araşdırmaçı komandası aşkarlayıb ki, Parkinson xəstəliyindən əziyyət çəkən insanların qanında kofeinin miqdarı aşağıdır. Beləliklə, alimlər bu qərara gəliblər ki, kofein xəstəliyin qarşısını alır, onun qanda oaln səviyyəsi isə xəstəliyin erkən dövründə indiqator rolunu oynaya bilər.

Tayland və ABŞ-da eyni zamanda aparılan 3 araşdırmanın nəticəsinə görə hər gün məüyyən edilmiş miqdarda kofein qəbul edən Hepatit C xəstəliyindən əziyyət çəkənlərdə ciyər fibrozu və iltihabı riski azalır. Kofeinin xəstəliyin müalicəsində rolu isə hələ əlavə araşdırmalar tələb edir. Bu xəstəlikdən əziyyət çəkirsinizsə, mütləq əvvəlcə həkiminizlə məsləhətləşin və onun təyin etdiyi miqdarda kofeini qida rasionunuza daxil edin.

Kofein astma xəstəliyindən əziyyət çəkənlərə də yardımçı ola bilir. Kofein nəfəs yollarında teofilin (theophylline) təsiri yaradır və nəfəs yollarını açır. Bu barədə araşdırma ABŞ-ın Milli Tibb Kitabxanasının nəşrində dərc olunub.

Avstarliya Müdafiə Nazirliyinin apardığı araşdırmada isə bəlli olub ki, kofein qəbul edən insanlarda sürücülük qabiliyyəti artır və sürücü xətaları azalır. Bu araşdırmanı həyata keçirmək üçün 50 saat yuxusuz qalan əsgərlər üzərində sınaq aparılıb. Buna görə də maşın sürərkən kofe və ya kofein tərkibli enerji içkisi istehlak etməyiniz sizə yardımçı olacaq.

Hər şeydən əvvəl isə nəzərə almaq lazımdır ki, bütün içki və qidalar yalnız qədərində qəbul edilərsə,faydalıdır. Buna görə də, gündəlik qida rasionunuza daim diqqət etməlisiniz.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2595   Tarix: 02 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021