SOCAR: Daxili bazarda karbamidi idxal qiymətindən daha aşağı qiymətə təqdim edirik

SOCAR: Daxili bazarda karbamidi idxal qiymətindən daha aşağı qiymətə təqdim edirik"Həm daxili, həm də xarici bazarlarda karbamidin satış qiymətini bazar müəyyənləşdirir. Biz bu məhsulu prinsip etibarı ilə bütün ölkələrdə eyni şərtlərlə, yəni məhz bazarın və azad rəqabətin müəyyən etdiyi şərtlərlə təqdim edirik".

Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, SOCAR daxili bazarda karbamidi idxal qiymətindən daha aşağı, yəni daxili bazarda bütün mövcud olan təkliflərdən daha sərfəli şərtlərlə təqdim edir: "SOCAR karbamidi Azərbaycanda əvvəlki dövrdə idxal olunan karbamidin qiymətindən, təqribən, 20% daha aşağı qiymətə reallaşdırır. Azad rəqabət şəraitində bu məhsulun satış qiymətinin aşağı düşməsi, ilk növbədə, istehlakçıların və ümumilikdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır".

O bildirib ki, SOCAR-ın yanaşması budur ki, daxili bazarda rəqabətli olmaq üçün şirkət bütün mövcud təkliflərdən daha ucuz və daha keyfiyyətli təklif verir: "Bütün bazarlarda qiyməti bazar iqtisadiyyatı müəyyənləşdirir. İkinci məsələ də odur ki, bu məhsulu başqa bazarlara çatdırmaq üçün nəqliyyat xərcləri də məhsulun qiymətinin üstünə gəlir. Bu, ixrac istiqamətində məhsulun satış qiymətini bir qədər azaltsa da, karbamidi başqa bazarlara çıxarmaq yenə də rəqabətlidir. Mümkün olsaydı, biz bütün istehsal etdiyimiz məhsulu daxili bazarda satardıq. Ancaq istehsal etdiyimiz məhsulun həcmi daxili bazarın tələbatından çoxdur. Beləliklə məhsulun bir hissəsi ixrac edilir və ölkəyə əlavə ixrac gəliri qazandırır. Təbii ki, bu məhsulu başqa ölkələrə çatdırmaq üçün onun qiymətinin üzərinə nəqliyyat xərcləri də gəlir. Bunu da bizə diqtə edən bazar iqtisadiyyatıdır, bazarda olan azad və sərbəst rəqabətdir. Həmin rəqabətin şəraitinə və rəqabətin formalaşdığı şərtlərə görə, biz bu məhsulu bazarlara təqdim edirik".

Qeyd edək ki, bu gün bəzi kütləvi informasiya vasitələri SOCAR-ın Karbomid Zavodunun istehsal etdikləri məhsulun ixrac qiymətinin ölkədəki satış qiymətindən 35 faiz ucuz olması ilə bağlı məlumat yaymışlar.

Bildirilib ki, bu ilin iyun-iyul aylarında SOCAR-ın Karbamid Zavodu 45 min tona yaxın hazır məhsul satıb. Dövlət Gömrük Komitəsinin məlumata görə, Türkiyəyə (22 193 ton), Ukraynaya (993,6 ton), Rumıniyaya (2825,8 ton), Bolqarıstana (10 166,62 ton) və Rusiyaya (8 752,5 ton) karbamid satışından 7 mln. 189 min dollar əldə edilib. Məhsul 159,99$/ton, yaxud 272 manat/ton qiymətinə ixrac edilib. İyulda "Aqrolizinq" ASC SOCAR-la nəqliyyat xərcləri hesablanmadan bir tonu 420 manatdan 25 min ton karbamid gübrəsinin tədarükünə dair razılaşmanın imzalandığını açıqlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1268   Tarix: 03 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel