Ermənilər Şuşa məscidini tanınmaz hala saldılar - FOTO

Ermənilər Şuşa məscidini tanınmaz hala saldılar - FOTOErmənistan 28-ci ildir işğal altında saxladığı Şuşa şəhərindəki tarixi Cümə məscidini "bərpa" adı altında farslaşdırmağa cəhd edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, separatçı qurumun "mədəniyyət və turizmin inkişafı agentliyinin rəhbəri" Sergey Şahverdiyan bu barədə bildirib. Separatçının sözlərinə görə, məscidin "bərpa"sı yaxın günlərdə yekunlaşacaq. Şahverdiyan qeyd edib ki, "bərpa" işləri "Şərq Tarixi İrsinin Dirçəlişi" fondu tərəfindən həyata keçirilib. Erməni separatçısı bu işlərə görə Saeed M.Nahavandinin "fədakarlığını" da qeyd edib. Beləliklə, "bərpa" adı altında məscidin tarixi qiyafəsi tamamilə dəyişdirilib.

Bundan əvvəl dəfələrlə Dağlıq Qarabağdakı qondarma qurumla İran şirkəti arasında Şuşadakı Yuxarı Gövhərağa məscidinin "təmiri" ilə bağlı imzalanan müqaviləyə Azərbaycan rəsmiləri tərəfindən etiraz bildirilib. Lakin İran tərəf Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməklə kifayətlənib və separatçılarla işbirliyində olan şirkətin qarşısını almağa cəhd göstərməyib. Sonuncu dəfə bu ilin mayında XİN səviyyəsində bu əməllərə etiraz olaraq bəyanat verilmişdi. "Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə tikilən Yuxarı Gövhərağa (Cümə) məscidi ermənilər tərəfindən "bərpa" olunaraq, fars məscidi kimi qələmə verilir. Bütün bunlar işğalçı tərəfin Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətini açıq şəkildə nümayiş etdirir", bəyanatda deyilirdi.

Ermənistan və Qarabağ separatçıları bununla onlar üçün "nəfəslik" rolunu oynayan İrana jest etmək istəyiblər. Həm də belə bir şou ilə Qarabağdakı tarixi abidələrin dağıdılması faktını gizlədəcəklərini zənn edirlər. Lakin fakt budur ki, söhbət Azərbaycanın tarixi şəhərindəki məsciddən gedir. Lakin ermənilər onu "fars məscidi" olaraq təqdim etməyə mənasız cəhd edirlər, İrəvandakı cümə məscidi kimi...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2879   Tarix: 05 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel