Zəlinin fəsadları — Qan təzyiqinin aşağı düşməsi, hərarətin artması...

Zəlinin fəsadları — Qan təzyiqinin aşağı düşməsi, hərarətin artması...Bir dəfə zəli qoydurmağa öyrəşib, faydasını görənlər, sonradan ən adi hallarda belə bu üsula müraciət edirlər. Əksər insanlar xəstəliyin müalicəsində təbii üsullara üstünlük verirlər. Bu üsullardan biri də zəli terapiyasıdır. Zəli terapiyasının faydaları və fəsadları hansılardır?
Sonxeber.az Milli.Az-a istinadən bildirir ki, bununla bağlı təbii üsullarla müalicə eksperti Seyfəddin Əsəd redaktor.az-a açıqlamasında qeyd edib ki, zəli mütləq şəkildə mütəxəssis tərəfindən qoyulmalıdır:

"Zəli terapiyasında mütləq şəkildə tibbi zəlidən istifadə olunmalıdır. Bu zəlilərin təsiri daha güclüdür. Zəlinin düzgün seçilməməsi bir sıra fəsadlara yol aça bilər. Hətta qanaxma dayanmasa, insanın ölümünə səbəb olar. Zəlinin bədənə qoyulması üçün müvafiq nöqtələr var. Zəli bədənə öyrəşənə qədər bu nöqtələrə düzgün şəkildə qoyulmalıdır. Əks halda qaşınma, qanaxma, qızdırmanın olması və s. kimi ciddi ağırlaşmalar yaranır".

Apteklərdəki zəli satışına da toxunan Seyfəddin Əsəd bildirib ki, zəlini almadan öncə fabrikdə yetişdirilib-yetişdirilmədiyini öyrənmək lazımdır:

"Təəssüf ki, bu gün xeyli adamlar zəliləri sudan tutub aparırlar. Mənə nə qədər zənglər gəlir ki, zəli alıb qoydurub və ciddi narahatlıqları var. Zəli qoyduranda fabrikdə yetişdirilən zəliyə üstünlük verilməlidir. Fabrikdə yetişdirilən zəli heç vaxt ağırlaşma vermir".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Redaktor.az-a açıqlamasında bildirib ki, zəli terapiyasının bir çox xəstəliklərin sağalmasında müsbət təsirə malikdir:
"Zəli bədənə 105-ə qədər ferment ifraz edir. Zəlidəki apiraza fermenti bədəndə olan iltihabı prosesləri tənzimləyir. Bu canlının ağız suyunda hirudin deyilən maddə var. Hirudin qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür. Həmçinin, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır. Hirudin eyni zamanda qan damarlarında yüksək təzyiqi azaldır".

Professora görə, zəli terapiyasında müəyyən məhdudiyyətlər var və bu üsul hamıya tətbiq oluna bilməz:

"Hamilə qadınlara, onkoloji xəstələrə zəli qoymaq olmaz. Zəli qanı durultduğundan qan təzyiqi aşağı olanlar üçün təhlükə yarada bilər. Qan azlığı və qan laxtalanması problemi olan xəstələrin də bu üsuldan istifadə etməsi düzgün deyil. Zəlinin qoyulduğu nahiyyədən qan axdığına görə qan azlığı olan insanlar bunu nəzərə almalıdır. Eyni zamanda, 14 yaşa qədər olan uşaqlara zəli qoyulması məqsədəuyğun hesab olunmur. Digər şəxslərin zəli ilə müalicə almasında problem yoxdur".

Ev şəraitində zəli qoyulması ilə bağlı Adil Qeybulla qeyd edib ki, zəli düzgün qoyulmadıqda ağır fəsadları ola bilər:

"Doğru qaydalar şərtiylə ev şəraitində zəli qoymaq olar. Zəli damarın üstünə qoyulmamalıdır. Çünki bu, güclü qanaxmaya səbəb ola bilər. Zəli qoyulan yer öncədən yaxşı sıxılmalıdır ki, sonradan qanaxma yaranmasın. Zəli düzgün qoyulmayanda limfa vəzilərinin həddindən artıq böyüməsi və dəri altına qan sızma ola bilər. Zəlinin fəsadlarına allergik hal, qanın durulması, qan təzyiqinin aşağı düşməsi, hərarətin artması, bayılma, səpgilər və s. əlamətləri misal çəkmək olar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4270   Tarix: 06 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021