Rəşad Salayev qadının intim şəkillərini yaydı, təqib etdi, döydü...

Rəşad Salayev qadının intim şəkillərini yaydı, təqib etdi, döydü...Avropa İnsan Haqları Məhkəməsi uzun illər məişət zorakılığının qurbanına çevrilən, sosial şəbəkələrdə əvvəllər birlikdə yaşadığı azərbaycanlı tərəfindən təqiblərə, təzyiqlərə məruz qalan Rusiyalı qadının online qısnama-kiberbullinq üzrə şikayətinə baxır.

Sonxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" nəşri məluma yayıb. Söhbət Ulyanovsk şəhər sakini, 34 yaşlı Valeriya Volodinadan gedir. Məhz adıçəkilən qadının şikayəti əsasında bir neçə ay əvvəl Avropa İnsan Haqları Məhkəməsi Rusiyanı 26 min avro təzminat ödəməyə məhkum edib. Avropa Məhkəməsi belə qərara gəlib ki, Rusiya dövləti qadını qorumaq üçün yetərli tədbirlər görməyib. İndi isə məhkəmə qadının ikinci şikayətini-internet üzərindən qısnama ilə bağlı müraciətini araşdırır. Bu, Avropa İnsan Haqları Məhkəməsinin praktikasında ilk belə presedentdir.

Qeyd edək ki, Valeriya qeyri-rəsmi nikahda olduğu Azərbaycan vətəndaşı tərəfindən döyülüb, işgəncələrə məruz qalıb, dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət edib. Lakin çoxsaylı şikayətlərə əhəmiyyət verilməyib, cinayət işi açılmayıb. Qadını zorakılığa məruz qoyan isə keçmiş sevgilisi, Azərbaycan vətəndaşı Rəşad Salayev olub. O, mütəmadi olaraq Valeriyanı güdüb, onu izləyib, döyüb və xəsarətlər yetirib.

Polis orqanları isə qadına təhdidlərin qısqanclığın təzahürü olduğunu deməklə kifayətləniblər. İş o yerə çatıb ki, Valeriya Rusiyanı tərk edib, ad-soyadını dəyişmək məcburiyyətində qalıb. Amma nə təhdidlərin, nə şantajların, nə də hədə-qorxuların ardı-arası kəsilməyib.

Hüquq müdafiəçisi Tatyana Savina deyir ki, ilk dəfə Avropa İnsan Haqqları Məhkəməsi fiziki deyil, sosial şəbəkələr üzərindən onlayn qısnama-kiberbullinq işi üzrə şikayətə baxacaq: " Üç ay əvvəl şikayət etmişik. Artıq araşdırmalar başlanılıb. İlk dəfə olaraq Avropa İnsan Haqqları Məhkəməsi internet üzərindən zorakılıqla bağlı şikayəti araşdıracaq".

V.Volodina Rəşad Salayevlə 2014-cü ilin sonlarında tanış olub. Qadın ilk dəfə döyülməsi ilə bağlı 1 yanvar 2016-cı ildə müraciət edib. Həmin vaxt faktla əlaqədar cinayət işi açılmayıb. Bundan sonra qadın məcburən Moskvaya qaçmalı olub. Lakin onun yerini öyrənən R.Salayev Valeriyanı taparaq yenidən Ulyanovskə qaytarıb. Cəmisi iki gündən sonra isə hər şey yenidən təkrarlanıb. Bu dəfə hamilə vəziyyətdə olan Volodiya döyülmə nəticəsində bətnindəki körpəsini itirib. Qəribə də olsa, R.Salayevin bu əməli ilə bağlı da hüquq-mühafizə orqanları tərəfindən heç bir araşdırma aparılmayıb. Salayev isə Azərbaycana qayıdaraq qadına qarşı təqibləri, təhdidləri davam etdirib.

Çox keçməyib ki, qadının "Vkontakte" sosial şəbəkəsindəki səhifəsi Rəşad tərəfindən ələ keçirilib, intim şəkilləri internetdə yerləşdirilib. Həmin şəkillər birgə yaşadıqları vaxtda Rəşad tərəfindən çəkilib. Zərərçəkmişin polis orqanlarına bu haqda müraciəti isə cavabsız qalıb.

"O fotolar biz bir yerdə yaşadığımız zaman çəkilmişdi. Bu cür şəkillər hər kəsin telefonunda ola bilər. Bu, normaldır. Münasibətdə olduğun şəxsin sonradan birgə şəkillərdən sənə qarşı istifadə etməsi isə normal deyil" - sosial şəbəkələr üzərindən psixoloji basqılara məruz qalan Valeriya Volodina bildirib.

Məlum olub ki, Rəşad Salayev Valeriyanın adından sosial şəbəkədə hesab yaradıb. Həmin hesaba qadının qohumlarını, tanışların əlavə edib. Həmin şəxslər isə sosial şəbəkədəki profilin V.Volodinaya məxsus olduğunu düşünüblər: "Özünü virtual auditoriya yığmışdı, hətta oğlunun məktəb müəlliməsinə, sinif yoldaşlarına belə dostluq yollamışdı. Sonradansa intim videoları, çılpaq şəkillərimi həmin səhifədə yaymağa başladı".

Nəhayət, ötən ilin martında Ulyanovsk şəhəri, Zavoljsk rayon istintaq komitəsi tərəfindən V.Volodinanın şəkillərinin internetdə yerləşdirilməsi ilə əlaqədar R.Salayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 137-ci maddəsinin 1-ci bəndi ilə cinayət işi açılıb. Lakin elə həmin ilin dekabrında da araşdırma dayandırılıb. Məlum olub ki, qadının intim şəkillərini internetdə yerləşdirən şəxs Azərbaycandadır. Rusiya Daxili işlər nazirliyinin məlumatlarında isə R.Salayevin həmin ərəfədə Rusiyada olduğu bildirilib.

Hüquq müdafiəçisi Tatyana Savina deyir ki, Avropa İnsan Haqqları Məhkəməsi Valeriya Volodinanın xeyrinə qərar çıxaracağı təqdirdə Rusiya hökuməti qadınların müdafiəsi ilə bağlı qanunvericilikdə dəyişiklik etməlidir.

Dövlət Dumasında Gənclər Parlamentinin sədr müavini Dmitri Şatunov isə kiberbullinqə görə 5-10 min rubl arasında cərimə tətbiq olunmasını təklif edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 5085   Tarix: 06 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO

Bütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı - Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb. xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub. Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərind

9 aprel
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy

16 aprel
.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel