Xüsusi ərazilərin qorunması necə tənzimlənir?

Xüsusi ərazilərin qorunması necə tənzimlənir?Bütün dünyada strateji əhəmiyyətə malik obyektlər, ərazilər xüsusi formada mühafizə olunur. Azərbaycanda dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərin siyahısına dövlət əhəmiyyətli, həmçinin tarixi binalar, memarlıq kompleksləri və digər obyektlər daxildir. Eyni zamanda, ixrac neft və qaz boru kəmərləri və onların infrastruktur obyektləri bu siyahıya şamil olunur. Bu obyektlərin təhlükəsizliyinin qorunması vacibdir.

Bir çox ixrac boru kəmərləri və onların infrastruktur obyektləri, mədən əraziləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansındadır. SOCAR-ın daimi istifadəsində olan mədən ərazilərinin, o cümlədən Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq ayrılmış kontrakt sahələrinin cəmi 6 004,22 kv. km təşkil edir.

Bəs həmin ərazilər necə qorunur?

Vəkillər Kollegiyasının Vəkillərin intizam komissiyasının sədr müavini İlhamə Həsənova bildirir ki, ixrac boru kəmərlərinin mühafizə zonalarının müəyyən olunması barədə Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli qaydaları var: "Həmin qaydalarda göstərilib ki, boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı hissələr üçün isə hər tərəfdən 25 metr təyin olunur. Su hövzələrində isə sahilboyu hər tərəfdən 25 metr mühafizə zonası müəyyən edilir. Mühafizə zonasında tikinti işlərinin və digər işlərin aparılması qadağan olunub. Bu işlər aparılarsa, müvafiq razılıq olmalıdır".

Xüsusi ərazilərin qorunması necə tənzimlənir?Vəkillər Kollegiyasının Vəkillərin intizam komissiyasının sədr müavini İlhamə Həsənova

Bəs bu qaydalar pozularsa məsuliyyəti kim daşıyır?

Vəkil bildirib ki, əgər hüquqi və fiziki şəxslər tərəfindən bu neft boru kəmərlərindən mühafizə qaydaları pozularsa, bu inzibati, eyni zamanda cinayət məsuliyyətinə səbəb olur: "İnzibati məsuliyyətə cəlbolunma İnzibati Xətalar Məcəlləsinin 342 maddəsinə əsasən tənzimlənir. Həmin maddədə göstərilir ki, xüsusi qaydada mühafizə olunan torpaq sahəsindən istifadənin pozulmasına görə məsuliyyət var. Vətəndaşlar bilməlidirlər ki, hər hansı fiziki şəxs bu qaydaları pozursa, məsələn, mühafizə zonasında kənd təsərrüfatı işləri aparırsa, onda o, 400 manatdan 600 manata qədər cərimə oluna bilər. Hüquqi şəxslər isə 2 min manatdan 3 min manata qədər cərimə olunur".

Vəkil qeyd edib ki, cinayət məsuliyyəti isə o vaxt yaranır ki, həmin o mühafizə olunan sahələrdə tikinti işləri aparılır: "Məsələn, mühafizə olunmuş sahədə ev tikilirsə, yaxud orada hər hansı tikinti işləri aparılırsa, artıq 322-2 maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin maddənin sanksiyasında 3 ilədək azadlıqdan məhrumetmə cəzası var. Yəni minimum cəza 2 ilədək islah işləri, maksimum cəza 3 ilədək müddətə azadlıqdan məhrumetmədir. Lakin eyni əməllər ağır nəticələrə səbəb olursa, məsələn, mühafizə zonasında hər hansı tikinti işi aparılırsa, həmin o boru kəmərinə ziyan dəyir və ya digər ağır nəticələrə səbəb olursa, bu da artıq 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnir".

Lakin buna baxmayaraq, mədən ərazilərində, eyni zamanda boru kəmərlərinin mühafizə zonasında qanunsuz tikinti işləri aparılır. Son onilliklər ərzində SOCAR-ın istifadəsində olan ərazinin təxminən 3 faizi zəbt olunub.

Xüsusi ərazilərin qorunması necə tənzimlənir?"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, təhlükəsizlik zonasında tikinti işlərinin aparılması yolverilməzdir. O bildirib ki, bu məsələdə yerli icra hakimiyyət orqanları, bələdiyyələr məsuliyyət daşıyır və vətəndaşlar diqqətli olmalıdırlar.

Ərazilər zəbt edildikdə hansı addımlar atılır?

Zəbt halları və qanunsuz tikinti işlərinin aparılması SOCAR tərəfindən aşkar olunduqda, bu barədə dərhal qanuna uyğun olaraq müvafiq dövlət qurumlarına məlumat verilir. Bundan başqa, əgər tikinti başa çatıbsa, bu zaman özbaşına tikilinin sökülməsi iddiası ilə bağlı şirkət tərəfindən müvafiq məhkəmələrə iddia ilə müraciət olunur. İndiyədək Sabunçu rayonu üzrə 6 500-dən çox, Səbail rayonu üzrə 2 000-dən çox, Nizami rayonu üzrə 200-ə yaxın, Xətai rayonu üzrə 500-dək, Binəqədi rayonu üzrə 10 000-dən artıq olmaqla ümumilikdə 20 000-dən çox iddia SOCAR tərəfindən müvafiq məhkəmələrə təqdim edilib.

"MBA" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, SOCAR balansındakı aktiv istifadə etdiyi torpaqlarda tikinti işlərinin aparılmasına icazə verməməkdə və müvafiq addımlar atmaqda haqlıdır.

Xüsusi ərazilərin qorunması necə tənzimlənir?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1578   Tarix: 07 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qeyri-neft ixracımızın bu ilin ilk ayında azalmasının səbəbləri nədir? - İqtisadçılar izah edirlər

Bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 22 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 faiz azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiy

17 fevral
.

Azərbaycan-ABŞ ikitərəfli enerji əməkdaşlığının inkişafı müzakirə olunacaq

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyini təmin edilməsi istiqamətində həyat

18 fevral
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel
.

Mikayıl Cabbarov: "Vergi daxilolmalarının davamlı artımı vətəndaşların rifahına mühüm töhfələr verir"

İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib. Bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında yazıb. "11 fevral - Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır. Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətl

11 fevral
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart