Gənc oğlan dostları ilə 15 yaşlı sevgilisinə dəhşət yaşatdı – Təfərrüat

Gənc oğlan dostları ilə 15 yaşlı sevgilisinə dəhşət yaşatdı – TəfərrüatAğcabədi rayonunda yetkinlik yaşına çatmayan qızı oğurlamaqda ittiham olunan 1994-cü il təvəllüdlü Müqəddəs Qəhrəmanov, 1991-ci il təvəllüdlü Rahib Həsənov, 1993-cü il təvəllüdlü Təhmasib Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Teleqraf.com-an istinadən xəbər verir ki, Müqəddəs Qəhrəmanov həmkəndliləri Təhmasib Həsənov və Rahib Həsənov ilə cinayət əlaqəsinə girib və 2002-ci il təvəllüdlü Məlahət Səmədovanı (ad və soyad şərti verilib – red.) evlənmək məqsədilə zorla qaçırılması barədə razılığa gəlib. Onlar Məlahət Səmədovanı qaçırmaq üçün əvvəlcədən öz aralarında vəzifə bölgüsü aparıblar.

Müqəddəs Qəhrəmanov 23 noyabr 2017-ci il tarixdə, saat 16.20-də Ağcabədi rayonu, Minəxorlu kəndində yerləşən bulaqdan evlərinə su gətirən Məlahət Səmədovaya yaxınlaşaraq qollarından tutub.

Həmin vaxt Təhmasib Həsənov da Məlahət Səmədovanın qollarından tutub dartıb. Onlar zorla qızı Rahib Həsənovun idarə etdiyi "VAZ-21063" markalı avtomobilə mindiriblər.

Daha sonra dəstə üzvləri Məlahət Səmədovanı Ağcabədi şəhəri, E.İsmayılov küçəsi, təzə məhəllədə yerləşən fərdi yaşayış evinə aparıblar.

Dəstə üzvləri Məlahət Səmədovanı oğurlayan zaman üzərlərində bıçaq olub və onlar bıçaqla qıza hədə-qorxu gəliblər.

Həmin gün saat 20.00-da Məlahət Səmədovanın ailə üzvlərinin şikayəti əsasında Ağcabədi rayon polis şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Məlahət Səmədova gizlədildiyi yerdən tapılaraq ailəsinə təhvil verilib, dəstə üzvləri isə həbs olunub.

İstintaq orqanı tərəfindən dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müqəddəs Qəhrəmanov 10 il 3 ay, Rahib Həsənov 5 il, Təhmasib Həsənov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Müqəddəs Qəhrəmanov Məlahət Səmədova ilə sevgili olduqlarını, ailəsinin qızı ona vermədiklərini şikayətində göstərib. Qeyd edib ki, bu səbəbdən Məlahət Səmədovanı öz razılığı ilə dostları ilə birlikdə qaçırıb.

Müqəddəs Qəhrəmanov barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Digər iki təqsirləndirilən şəxslər də barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, təqsirləndirilən şəxslərin şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Rahib Həsənov kasasiya şikayəti verib. Ali Məhkəməyə şikayət göndərən Rahib Həsənov barəsində bəraətverici qərar qəbul edilməsini xahiş edib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda onun şikayəti təmin edilməyib.

Cinayət işinin əsas iştirakçısı Müqəddəs Qəhrəmanov və Təhmasib Həsənov isə Şirvan Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verməyiblər.

Bu səbəbdən Ali Məhkəmədə cinayət işində onlarla bağlı olan hissədə araşdırma aparılmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3976   Tarix: 07 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Qətldə şübhəli bilinən şəxs tutuldu

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun qətlə yetirilməsi ilə bağlı açılmış cinayət işi ilə bağlı 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılıb. O, istintaqa təhvil verilib. Qey

11 mart
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

Prokuror "Qurtuluş 93"ün sahibinin kürəkəninin cəzasının ağırlaşdırılmasını istəyir

Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub. -ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses martın 7-nə təyin edilib. Şikayət hakim Həsən Əhmədovu

5 mart
.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

12 mart