Teymur Rəcəbova "Fili tərpətmə, Teymur" şərhini yazan oğlan danışdı: "Trend olacağını bilirdim"

Teymur Rəcəbova "Fili tərpətmə, Teymur" şərhini yazan oğlan danışdı: "Trend olacağını bilirdim"Xəbər verdiyimiz kimi, çinli Dinq Lirenlə oyun zamanı sosial şəbəkə izləyicilərindən biri Rəcəbova "Fili tərpətmə, Teymur" şərhini yazması maraqla qarşılanıb. Həmin şərh Teymurun qələbəsi qədər paylaşımlara səbəb olub.

Aldığımız məlumata görə, şərhi yazan orxan Cəfərli adlı şəxs yox, Əziz Əzizlidir. Elə məsələ ilə bağlı Əziz Əzizli Sonxeber.az-a açıqlama verib. O bildirib ki, sözügedən şərhi əylənmək məqsədi ilə yazıb:

"Həmin gün canlı yayımda Teymurun oyununa baxanda azərbaycanlıların nə gəldi yazdıqlarını gördüm. "Fake" hesabla belə bir şərh yazıb "9LuG" idman səhifəsinə göndərdim. Mən onu yazarkən Teymur fil fiqurlarını itirmişdi. Trend olacağını bilirdim. İnsanlarımız o rəyi yazanın saf insan olduğunu düşünəcəyini də bilirdim. "9LuG" səhifəsində paylaşdıqdan sonra saytlar və böyük səhifələr paylaşmağa başladı. Axşam özüm status yazıb elə olmadığını açıqladım".

Qeyd edək ki, qrossmeyster İnstaqram səhifəsində gündəm olan həmin postu paylaşaraq təşəkkür "emoji"si də qoyub.

Teymur Rəcəbova "Fili tərpətmə, Teymur" şərhini yazan oğlan danışdı: "Trend olacağını bilirdim"Teymur Rəcəbova "Fili tərpətmə, Teymur" şərhini yazan oğlan danışdı: "Trend olacağını bilirdim"Teymur Rəcəbova "Fili tərpətmə, Teymur" şərhini yazan oğlan danışdı: "Trend olacağını bilirdim"Teymur Rəcəbova "Fili tərpətmə, Teymur" şərhini yazan oğlan danışdı: "Trend olacağını bilirdim"Teymur Rəcəbova "Fili tərpətmə, Teymur" şərhini yazan oğlan danışdı: "Trend olacağını bilirdim"

Maraqlı   Baxılıb: 6044   Tarix: 07 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR