Bakının pirsinqli qonağı özünü qarmağa keçirib havadan necə asılı qalır?-Həkimdən açıqlama

Bakının pirsinqli qonağı özünü qarmağa keçirib havadan necə asılı qalır?-Həkimdən açıqlamaSon günlər paytaxtımızın turist qonaqları sırasında öz qəribə görünüşü ilə diqqət çəkən turist müzakirlərə səbəb olub. Onun saysız- hesabsız tatu və pirsinqləri, hətta "buynuzları" da vardı. İnsanların marağında olan Rolf Buchhols adlı turistin 60 yaşlı əslən alman olduğu məlumdur. Sosial şəbəkələrdə digər bir məqam isə həmin turistin fotoları ilə bağlı olub. Belə ki, fotolarda Rolf özünü qarmağa keçirərək havada asılı qalıb. O bədənində çoxsaylı deşiklər açaraq bu hərəkəti edib. Maraqlıdır, bədənin çəki nisbətini nəzərə alsaq bu fotoların həqiqiliyi nə dərəcədə həqiqəti əks etdirir?
Bununla bağlı Sonxeber.az dermato- veneroloq Sabit Məmmədovun fikirlərini öyrənib. Həkim açıqlamasında tibbdə elastik dəri adlı elers- danlos sindromunun olduğunu qeyd edib:
"Elers- danlos sindromunda dərinin elastik əlamətlərindən başqa digər əlamətləri də var ki, bu zaman qolun dərisini tutub 10 sm yuxarı çəkə bilirsiniz, alt dodağı yuxarı dartıb gözlərinizi örtə bilirsiniz. Bundan əlavə əl barmaqlarını arxaya qatlayıb qolunuza toxundura bilirsiniz. Normal bir insan əl barmağını tam arxaya qatlaya bilməz, amma bu insanlarda bu mümkün olur".
Sabit Məmmədov bu sindromda elastiklikliyin həm oynaqlarda, həm dəridə olduğunu vurğulayıb. Həkim həmçinin adıçəkilən turistin qarmağa keçirilərək havadan asılı qalmasını bu sindromla əlaqələndirməyib və şou adlandırıb:
"Bu sadəcə şoudur. Bunun elastik dəri xəstəliyi ilə heç bir əlaqəsi yoxdur. Diqqətlə baxsaq, onun bədənindən ən azı 8-9 ip dartılır. Bu da fizikanın qanunudur. Rolfun çəkisinin 70 kq nəzərdə tutsaq, hər ipə 7-8 kq yük düşür. Bu halda dəri bu çəkiyə dözə bilir. Əgər hər yükə bundan daha çox ağırlıq düşsə, dəri cırıla bilər. Ola bilsin həmin şəxs bu məşqi bir dəfə etməyib, tədricən bədənini öyrəşdirərək edib".
Qeyd edək ki, artıq turistin Bakını tərk etdiyi deyilir. O, bədənində 453 pirsinq ilə dünyada bədənində ən çox deşik olan adam kimi tanınır. Təkcə dodaqlarında 94 pirsinq var. Bu göstərici ilə o Ginnesin rekordlar kitabına düşə bilib.

Şəlalə Babayeva
Bakının pirsinqli qonağı özünü qarmağa keçirib havadan necə asılı qalır?-Həkimdən açıqlamaBakının pirsinqli qonağı özünü qarmağa keçirib havadan necə asılı qalır?-Həkimdən açıqlamaBakının pirsinqli qonağı özünü qarmağa keçirib havadan necə asılı qalır?-Həkimdən açıqlamaBakının pirsinqli qonağı özünü qarmağa keçirib havadan necə asılı qalır?-Həkimdən açıqlamaBakının pirsinqli qonağı özünü qarmağa keçirib havadan necə asılı qalır?-Həkimdən açıqlama


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1906   Tarix: 08 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19 aprel
.

Gələn ay şuşalılar yurdlarına qayıdırlar - Video

"May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəye

20 aprel
.

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyini

20 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

20 aprel
.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel