FHN ölkədə yanğınların artması ilə bağlı məlumat yaydı

FHN ölkədə yanğınların artması ilə bağlı məlumat yaydıFövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın hadisələrinin artması ilə bağlı məlumat yayıb.

FHN-dən Sonxeber.az-a verilən məlumatda qeyd edilir ki, yanğınların təhlili göstərir ki, açıq sahələrdə, zibil yığılmış ərazilərdə, qamışlıq və kol-kosda baş vermiş yanğınların statistikasında son zamanlar artım dinamikası müşahidə olunur.

Bəzi hallarda yanğının eyni ünvanda dövrü olaraq təkrarən qeydə alınmasını nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbinə görə, yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina və tikililərin yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Sözügedən tələb icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə uyğun olaraq, "Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi"nə görə inzibati məsuliyyət nəzərdə tutulub.

Bildirilir ki, yuxarıda qeyd olunan səbəblərdən baş verən yanğın hadisələrinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunur, nəticədə bu işlərə əlavə güc sərf edilir, texnika aşınır, dövlət büdcəsindən külli miqdarda vəsaitin xərclənməsinə səbəb olur.

Yanğın nəzarəti funksiyasını həyata keçirən orqan olaraq mütəmadi olaraq tərəfimizdən yanğın təhlükəli sahələr müəyyən olunur və bu nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti üzrə rəsmi müraciətlər edilir. Hazırda respublikanın şəhər və rayonlarında yerli icra strukturları və bələdiyyələrin iştirakı ilə əvvəlcədən müəyyən edilmiş, təyinatı üzrə zibilxana kimi nəzərdə tutulmayan ünvanlardan məişət tullantılarının, həmçinin yolların və müxtəlif təyinatlı obyektlərin bilavasitə yaxınlığında olan quru kol-kos və s. ərazilərin təmizlənməsi, müvafiq yerlərə daşınması işləri həyata keçirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1113   Tarix: 08 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel