Politoloq: "Yeni Baş Nazir təyinatı bundan sonrakı iqtisadi islahatların bir təzahürüdür" - RƏY

Politoloq: "Yeni Baş Nazir təyinatı bundan sonrakı iqtisadi islahatların bir təzahürüdür" - RƏY"İqtisadi bloka cavabdeh olan şəxslər özləri ilə yeni ideyalar, yeni islahat tərkibli planlar gətirirlər. Bu baxımdan Azərbaycanda həm kadr dəyişiklikləri, eləcə də islahatların özü bu ənənəvi qaydaya uyğun olaraq öz davamını və həllini tapır".

Bu fikirləri "Report"a açıqlamasında politoloq Tofiq Abbasov yeni Baş Nazir təyinatını şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Əli Əsədov kifayət qədər çevik, bacarıqlı, iqtisadi sahəni yaxşı bilən mütəxəssislərdəndir: "Əgər ölkə başçısının seçimi Əli Əsədov olubsa, bu, ondan xəbər verir ki, o, Azərbaycanda gerçəkləşən islahat ideologiyasına uyğun ideyaları, proqramları həyata keçirməyə hazırdır. Bu heç də ondan xəbər vermir ki, Novruz Məmmədov hansısa xətt yürüdürdü. O, öz vəzifəsində missiyasını yerinə yetirdi. Dəyişikliklə bağlı yeni mərhələ qüvvəyə minir, keyfiyyət dəyişikliklərini də müşahidə edəcəyik. Kim bu vəzifəyə təyin olunursa, bu işin məsuliyyətini anlayır".

Politoloq: "Yeni Baş Nazir təyinatı bundan sonrakı iqtisadi islahatların bir təzahürüdür" - RƏYT.Abbasov əminliklə qeyd edib ki, Əli Əsədov bu vəzifədə Prezidentin həyata keçirdiyi islahatlar kursunu layiqincə davam etdirəcək: "O da öz payını bu prosesə əlavə edəcək. Bir müddətdən sonra daha dolğun məlumatları öyrənəcəyik. Yeni təyinat bundan sonrakı iqtisadi islahatların bir təzahürüdür. Azərbaycanın əsas hədəfi qeyri-neft sektorunun inkişafıdır. Ölkə başçısı da bu məsələyə böyük diqqət yetirir. Ona görə də Əli Əsədov kifayət qədər hazırlıqlı, enerjili kadrdır. Onun intellektual səviyyəsi, bacarığı, təcrübəsi ölkənin Baş Naziri olması üçün kifayət qədər əsas idi".

Politoloq əlavə edib ki, yüksək vəzifə tutan məmurlar xarici təcrübələri Azərbaycanın reallıqlarına uyğun şəkildə tətbiq etmək bacarağına malik olmalıdır: "Bu baxımdan tələblər yüksəkdir, çünki ölkənin inkişafı kifayət qədər təmin olunur. Prezident İlham Əliyev də çıxışlarında daim vurğulayır ki, nazirlər həmişə günün tələbləri səviyəsində çalışsınlar. Bu da onu deməyə əsas verir ki, bu günün tələbləri və standartları ilə deyil, gələcəyin tələbləri ilə hərəkət edilməlidir. Hər bir məsuliyyət daşıyan şəxs öz işinə tələbkarlıqla yanaşacaqsa, deməli, böyük uğurlar əldə edə biləcəyik. Uğurlar isə ondan ibarətdir ki, həyat tərzimiz yaxşı olsun, insanların rifahında bu öz əksini tapsın. Ölkə başçısı da həmişə bildirir ki, sosialyönümlü iqtisadiyyat qururuq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1298   Tarix: 08 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:. "Möhtərəm Mehriban xanım,. Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətil

22 mart
.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart
.

Blinkendən Novruzla bağlı PAYLAŞIM

Baharın gəlişini və yeni başlanğıcları bildirən Novruz bayramınız mübarək. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib. "Ailə bağları və daha parlaq bir gələcək üçün bu dəyərlərə sadiq qalaq", - deyə paylaşımda vurğulanıb

20 mart
.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart
.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart
.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart