Sürətli islahatlar kursunda rol ala bilən kadrlar önə çəkilir - RƏYLƏR

Sürətli islahatlar kursunda rol ala bilən kadrlar önə çəkilir - RƏYLƏRMilli Məclisin deputatları Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsini yüksək qiymətləndirir.

Deputat Musa Quliyev "Report"a açıqlamasında bildirib ki, Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi doğru addımdır. Onun sözlərinə görə, Əli Əsədov cəmiyyətin çox yaxşı tanıdığı islahatçı kadrlardan biridir: "Əsədov uzun illər ulu öndər Heydər Əliyevlə çalışıb, Prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi olub. O, iqtisadiyyat sahəsində alimdir, yenilikçi bir insandır. Prezident İlham Əliyevin ortaya qoyduğu sürətli sosial-iqtisadi islahatlar kursuna uyğun olaraq Nazirlər Kabineti də çevik reaksiyasını verməlidir. Prezident İlham Əliyevin tapşırıqlarını, tövsiyələrini çevik, operativ olaraq insanlara və dövlətə sərfəli olan şəkildə həll etməkdən ötrü Nazirlər Kabinetinin başında bu sahəni dərindən bilən, yenilikçi, sədaqətli bir şəxsin olması vacib idi. Ona görə də düşünürəm ki, Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi uğurlu seçimdir. Prezidentin son dövrlər başlatdığı kadr islahatları da dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Bu addımlar xalqın sosial rifahının yüksəldilməsinə yönələn addımlardır".

Deputat Musa Quliyev

"Prezidentin son dövrlər başlatdığı kadr islahatları da dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir".

M.Quliyev qeyd edib ki, kadr islahatlarının aparılması Prezident İlham Əliyevin səlahiyyətinə daxildir, dövlət başçısı peşəkar, təşəbbüskar kadrları önə çəkir, vəzifəyə təyin edir: "Həmin kadrlar özlərini doğrultmaqdadırlar. İndiyə qədər təyin olunan kadrların keyfiyyətli olduğunun şahidi olmuşuq".

Deputat Tahir Rzayev "Report"a açıqlamasında deyib ki, Prezident İlham Əliyev peşəkar, həyata keçirilən islahatlarda rol ala bilən kadrları irəli çəkir, etimad göstərir: "Həmin kadrlar da özlərini doğruldurlar. Əli Əsədov da peşəkar kadr kimi irəli çəkilib. Onun iqtisadi sahədə çox böyük səriştəsi var, uzun müddət Heydər Əliyev siyasi kursuna xidmət edib. Prezident onun qabiliyyətinə, bacarığına yaxından bələddir. Belə bir şəxsin Baş Nazir olması ölkənin gələcək inkişaf üçün çox vacibdir. Nazirlər Kabinetində uzun müddətdir ki, islahatlar həyata keçirilir. Hər kəsə aydındır ki, son bir ildə böyük islahatlar həyata keçirilib. Bunu nəinki Azərbaycan xalqı, beynəlxalq təşkilatlar, siyasətçilər yüksək qiymətləndirirlər. Bu, həyata keçirilən siyasətin uğurunu göstərir. Düşünürəm, islahatlar bundan sonra da müvəffəqiyyətlə davam edəcək".

Deputat Tahir Rzayev

"Nazirlər Kabinetində uzun müddətdir ki, islahatlar həyata keçirilir".

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev "Report"a açıqlamasında Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsini çox yüksək qiymətləndirdiyini vurğulayıb: "O, uzun müddətdir ki, ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edir, 1990-cı illərdən partiya sıralarında aktiv olub, Heydər Əliyev siyasi kursuna sadiq insandır. Son 20 ildə ixtisasına uyğun olaraq iqtisadiyyatla məşğul olub. Onun sosial islahatların həyata keçirilməsində rolu mühümdür. Əminəm ki, Əli Əsədov Prezident İlham Əliyevin göstərdiyi böyük etimadı şərəflə doğruldacaq, ölkənin məhz iqtisadiyyatının inkişafı, Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün əlindən gələni əsirgəməyəcək, yüksək nəticələrlə bu vəzifəni yerinə yetirəcək".

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev

"Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi qarşıya qoyulan hədəflərin, aparılan islahatların məntiqi nəticəsidir".

Deputat qeyd edib ki, Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi qarşıya qoyulan hədəflərin, aparılan islahatların məntiqi nəticəsidir: "Azərbaycanda islahatlar bütün sahələrdə aparılır. İslahatlar bundan sonra da davam edəcək. Qarşıda böyük hədəflər var, bu ilk növbədə "yol xəritələri" ilə bağlıdır. Neftdən asılılığın azaldılması, post-neft dövrünün iqtisadiyyatının formalaşdırılması mühüm məsələdir. Bunu düzgün başa düşmək lazımdır, demirəm ki, Azərbaycan post-neft dövrünə qədəm qoyub. Sadəcə, gələcəkdə neft tükənəndə, hansı addımlar atılacaqsa, ona indidən hazırlaşmalıyıq. Yeni təyin olunan Baş Nazirin bu sahədə çox böyük təcrübəsi var".

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Əli Əsədov Baş Nazir təyin edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1385   Tarix: 08 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021