Onkoloji xəstə olduğu deyilən Xalq artisti: Xərçəng olduğumu bilsəydim, intihar edərdim

Onkoloji xəstə olduğu deyilən Xalq artisti: Xərçəng olduğumu bilsəydim, intihar edərdimİnanın ki, o vaxt xəstə olanda onkologiyanın nə olduğunu bilmirdim. Əgər bilsəydim, bəlkə də, intihar edərdim.

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti, xanəndə Zabit Nəbizadə deyib.

"O vaxt Asəf Zeynallı adına Bakı Musiqi Kollecinə qəbul olmaq bir az çətin idi. Bakı qeydiyyatında olmayanları qəbul etmirdilər. Mən də ona görə məcbur olub Ələt qəsəbəsindəki Ağac Emalı Kombinantında işləmək qərarına gəldim. Çünki iki ildən sonra oranın yataqxanasının qedyiyyatına düşəcəkdim.

Kombinatda qapı və pəncərə istehsal edirdik. İşim çətin deyildi. Sonradan orada işləyən zaman belimin zədələndiyini öyrəndim. Hətta bir ildən sonra yeriyə bilmədim. Ayağımın biri tutulmuşdu. Bunu valideynlərimdən gizlədib, müalicə üçün bir çox yerlərə getdim. Amma bir müddətdən sonra bir ayağım şişdi. Məlum oldu ki, belim səpdiyi üçün bütün çirk ayağıma yığılıb.

Bu hadisələr baş verən zaman 1988-ci ildə Cabbar Qaryağdıoğlu adına müsabiqəyə hazırlaşırdım. Ona görə xəstəxanada yata bilmədim. Müsabiqəni udub tanınmaq istəyirdim. Çünki harada oxusam, mənə "Bala Alim" deyirdilər.

Müsabiqədə yer tuta bilmədiyim üçün xəstəxanaya getməli oldum. Dörd ay ərzində iki dəfə əməliyyat olundum. Ancaq həm çirk kəsilmədi, həm də çirk olan ayağım şişdi. Ona görə də məni onkoloji xəstəxanaya göndərdilər. İnanın ki, o vaxtı onkologiyanın nə olduğunu bilmirdim. Əgər bilsəydim, bəlkə də, intihar edərdim.

Son olaraq Nisə xanım adında həkim məni 10 günə sağaltdı. Məlum oldu ki, belimdə yırtıq olub. Çirk həmin yırtıqdan yaranıbmış. Nisə həkimin dediyi kimi, taxtanın üstündə yatdıqdan sonra düzəldim. İndi bir az ağır bir şey qaldıran kimi ağrıyıram. Yenidən yırtıq əmələ gəlmə ehtimalı var. Ona görə ehtiyatlı olmalıyam.

Onu da qeyd edim ki, həmin vaxt dörd ay xəstəxanada yatdığım üçün pensiyaya belə çıxmışdım", - deyə Xalq artisti qeyd edib.

Zabit Nəbizadə Hepatit C xəstəliyindən də əziyyət çəkdiyini qeyd edib:

"2005-ci ildə İrana konsertə getdiyim zaman Hepatit C xəstəsi olduğunu öyrəndim. Analizlər diaqnozu təsdiqlədi. Amma Bakıda ailəmlə bağlı vacib işim olduğu üçün geri qayıtdım. İki aydan sonra yenidən İrana gedib dostlarımın köməyi ilə həkimə getdim və 300 dollara olan iynələri aldım. Altı ay həmin iynələri vurdurdum. 2-3 il müalicə aldıqdan sonra tam sağaldım.

Müalicə aldığım zaman xeyli arıqlamışdım, rəngim belə saralmışdı. Çünki vurulan iynələr kimyəvi idi. Hətta sənət yoldaşlarımdan ikisi sarı rəngdə olan halımı görüb mənimlə qorxa-qorxa salamlaşırdılar. Çəkinirdilər ki, xəstəlik onlara keçəcək. İnanın ki, o an gözümün önündən getmir.

Hər şeyə rəğmən, həmin vaxt səsim yerində idi. Hətta toyda oxuduğum zaman qısqanclıqdan aparata müdaxilələr edirdilər. O günümdə belə ayağımı qazanlar oldu".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1558   Tarix: 09 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramını, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən "Elgizlə izlə", . Zümrüd Bədəlovanın "Xəbər-ətər və Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım saatının azaldılıb. Məsələ ilə bağl

28 mart
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28 mart
.

"Ermənistan Azərbaycanla sülh istəyirsə mütləq şəkildə işğal altındakı 8 kəndimizi geri qaytarmalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart
.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

Bu klinikanı cərimə gözləyir

"Medicare klinikası" MMC-yə inzibati protokol yazılıb. xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrind

29 mart
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, bu günü

28 mart