Bakıda duman, çiskin olacaq - HAVA PROQNOZU
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Arabir güclənən şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 21-23, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında gündüz saatlarında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1343 Tarix: 09 oktyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBuraxılış imtahanlarına asan suallar salınır?
Martın 3-ü və 10-u keçirilən buraxılış imtahanlarında ölkə üzrə rekord göstərici qeydə alınıb. -a istinadən xəbər verir ki, illər sonra ümumilikdə 53 nəfər maksimum bal toplayıb. Abituriyentlərin belə uğurlu nəticə göstərməsi imtahanlarla bağlı bəzi suallar doğurub. Təhsil eksperti Elçin Murad imtahanlardak
18 aprelMayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq
Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Report-a isinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi hesabat tədbirində deyib. Onun sözlərinə görə, sənəd qəbulu 13 sentyabra qədər davam edəcək. E.Bağıro
18 aprelUnun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd
18 aprelPensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarını
18 aprelHər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb
Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm
18 aprelAAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi
Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal
18 aprel"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı
"Rich motors" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə
18 aprel