22 il əvvəl bacısına təcavüz etdi, illər sonra isə qızına... - Azərbaycandakı olay HAMINI ŞOKA SALACAQ

22 il əvvəl bacısına təcavüz etdi, illər sonra isə qızına... - Azərbaycandakı olay HAMINI ŞOKA SALACAQAbşeron rayonunda namus üstündə bacanağını öldürməkdə təqsirli bilinən Teymur Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, Teymur Babayev 2018-ci il iyulun 26-da, gecə saatlarında yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinə gəlib. O, övladı Səbinənin həyətdə bikef oturduğunu görüb.

Qızı xalasının ərindən və bibisi oğlundan şikayət etdi

Teymur Babayev qızından bikef olmasının səbəbini soruşub. Səbinə sərxoşluq vəziyyətində olan xalasının əri Mədət Əliyev və bibisi oğlu Xəyyam Məmmədovun bir neçə dəqiqə öncə burada olarkən ona pul qarşılığında cinsi əlaqədə olmağı təklif etdiklərini bildirib.

Bundan sonra Teymur Babayev Mədət Əliyevin istifadəsində olan mobil telefon nömrəsinə zəng edib və onun hərəkətinin mahiyyətini aydınlaşdırmağa çalışıb. Həmin vaxt Mədət Əliyev ona təhqiredici ifadələr işlədib. Buna görə də o, telefonu söndürüb.

Daha sonra Mədət Əliyev ona zəng edib, mübahisələrinə aydınlıq gətirmək üçün Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev küçəsindəki "quyu" adlanan əraziyə gəlməyi tələb edib.

"Quyu" başında dava

Teymur Babayev Mədət Əliyev tərəfindən ünvanına nalayiq söyüşlər söyməsi və övladı Səbinəyə əxlaqsız təklif etməsinə görə qisas alıb, onu cəzalandırmaq məqsədilə yaşadığı evin mətbəxindən götürdüyü bıçağı əynindəki şalvarın arxa cibinə qoyub.

Sonra o, "quyu" adlanan əraziyə gəlib. Ərazidə onu gözləyən Mədət Əliyevə əl ataraq yaxasından yapışıb, aralarındakı qarşılıqlı dalaşma zamanı cibindən yerə düşən həmin bıçağı götürərək onun bel nahiyəsinə xəsarət yetirib.

Qətl

Mədət Əliyev həmin vaxt xəstəxanaya yerləşdirilib. Ona ixtisasli tibbi yardım göstərilməsinə baxmayaraq iyulun 28-də vəfat edib.

İstintaq orqanı tərəfindən Teymur Babayevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişim ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

"Pul müqabilində cinsi əlaqədə olmağı təklif etdiklərini söylədi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur Babayev bildirib ki, usta işləmiş mərhum Mədət Məmmədovun yanında fəhləlik edib. Onun sözlərinə görə, iyulun 26-da, saat 20 radələrindən Mədət, bacısı oğlu Xəyyam və iş yoldaşı İlqar Səmədov ilə Saray qəsəbəsində yerləşən "Yetər" şadlıq sarayının arxasındakı pivəxanada pivə içiblər: "Bir-iki saat keçdikdən sonra Xəyyam və Mədət kafeni tərk etdilər. İlqarla mən isə pivə içməyə davam etdik. İlqarla bərabər evə qayıdarkən övladım Səbinənin çöldə kefsiz oturduğunu, qarşısında qonşuluqda yaşayan Sadifin dayandığını gördüm. Ondan nə baş verdiyini soruşdum. Qızım Xəyyamla Mədətin ona pul müqabilində cinsi əlaqədə olmağı təklif etdiklərini söylədi".

"Söhbətimin olduğunu bildirdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, qızının bu sözlərindən sonra Mədətə zəng edib və ondan harada olduğu, Xəyyamla bir yerdə olub-olmadığı ilə maraqlanıb: "Cavabında Mədət məni nalayiq ifadələrlə təhqir etdi, telefon əlaqəsini kəsdi. Bir qədər sonra Mədət yenidən zəng edərək, Heydər Əliyev küçəsindəki "quyu" adlanan yerə gəlməyimi tələb etdi. Özümü müdafiə etmək və etdiyi hərəkətə görə Mədəti cəzalandırmaq məqsədi ilə mətbəxdən taxta dəstəkli mətbəx bıçağını götürdüm. Sonra Mədətin dediyi yerə gəldim. Orada Mədəti bacısının əri ilə birlikdə dayandığını gördüm. Mədətin yaxasından tutdum və onunla söhbətimin olduğunu bildirdim".

"Dəqiq xatırlamıram"

Təqsirləndirilən şəxs deyib ki, Mədət onun əlindən çıxmaq istəyəndə qarşılıqlı olaraq dartışıblar və qəflətən ayağı sürüşərək yerə yıxılıb: "Yerdə qarşılıqla dava zamanı bıçaqla onun qarın nahiyəsinə bir zərbə vurdum. Bu zaman Mədət yarasını tutaraq məndən aralandı. Ola bilsin içkili və həyəcanlı olduğumdan Mədətin bədəninin dəqiq hansı nahiyəsinə xəsarət yetirdiyimi xatırlamıram. Orada olan Mədətin bacısını əri Şərif bıçağı mənim əlimdən almağa çalışsa da, buna nail ola bilmədi. Səhəri gün Mədətin aldığı xəsarətdən xəstəxanada öldüyünü eşitdim".

"Bacıma görə yox, qızıma görə zərbə vurdum"

Teymur Babayev bildirib ki, Mədəti 1996-cı ildə digər bacım Səlbinaz ilə zorla cinsi əlaqədə olmasına görə deyil, öz qızı Səbinəyə əxlaqsız təklif etdiyi və onun özünün ünvanına nalayiq ifadələr işlətdiyi üçün bıçaqla zərbə endirib.

9 il cəza

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Teymur Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Teymur Babayev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Zərərçəkmiş şəxsin hüquqi varisi də apelyasiya şikayəti verib. O, Teymur Babayevin cəzasının ağırlaşdırılmasını, cinayətin digər iştirakçılarının müəyyən olunması üçün işin prokurorluğa qaytarılmasını istəyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, hər iki tərəfin şikayəti təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3250   Tarix: 09 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Crocus hücumu: terrorçu ermənicə söyürmüş

"Dojd" Yutub kanalında canlı yayım zamanı aparıcı Anna Monqayt "Krokus" konsert zalının əməkdaşlarından biri olan Emin adlı azərbaycanlı gənclə əlaqə saxlamağa nail olub. Həmin şəxs "Krokus"a hücum edən terrorçuların ermənicə danışdıqlarını aydın eşitdiyini bildirib. -

24 mart
.

Xankəndi şəhərində məktəb və kollecin zirzəmilərindən silah-sursatlar tapılıb

Xankəndi şəhərində Musiqi Kollecinin zirzəmilərindən silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən

24 mart
.

Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Lerikə istirahətə gedən Bakı şəhər sakinlərinin qidadan hansı səbəbdən zəhərləndiyi ilə bağlı araşdırma aparılır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) -ın sorğusuna cavab olaraq bildirib ki, ilkin araşdırmalar nəticəsində məlum olub ki, sanitar-gigiyenik norma və tələblər gözlənilmədən

27 mart
.

"Crocus" dəhşətinin 15 yaşlı qəhrəmanı - 100 nəfəri belə XİLAS ETDİ - VİDEO

"Crocus City Hall"ın qarderobunda yarımştat işləyən 15 yaşlı İslam terror aktı zamanı binadan 100-dən artıq insanı çıxarıb. bildirir ki, o, insanlara yol göstərib, təlxiyyəyə rəhbərlik edib. Yeiyetmə kütləni dar dəhlizdən ukeçirərək xidməti otaqlara aparıb, oradan da insanlar küçəyə çıxa biliblər

24 mart
.

Qatillərin "Crocus City Hall"dan qaçma anının görüntüləri - VİDEO

Terrorçuların "Crocus City Hall"dan qaçma anını əks etdirən yeni görüntülər yayılıb. Məlumata görə, silahlılar yerli vaxtla saat 19:57-də avtomobili binanın yaxınlığında saxlayıblar. Təxminən 15 dəqiqədən sonra onlar küçəyə qaçaraq maşına əyləşib, Bryansk rayonuna tərəf yollanıblar. Videomüşahid

24 mart
.

Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bak

23 mart
.

"Crocus City Hall"da terror anının daha bir dəhşətli görüntüsü: "Ora dalandır! Aşağı qaçaq" - VİDEO

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror zamanı baş verənlərlə bağlı yeni görüntülər yayılmaqda davam edir. Kadrların birində atışmanın yeni başladığı vaxt zaldan möcüzəvi şəkildə sağ-salamat qaçmağı bacaran insanlar əks olunub. Videoda onların oturacaqları

23 mart
.

Samuxda 61 yaşlı kişi yanıq xəsarətləri alıb

Samux rayon Ağasıbəyli kəndində 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb. "Report"un Qərb bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Ş.Vəliyev ehtiyatsızlıqdan qaz balonunun alışması nəticəsində əllərindən yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyət

24 mart
.

"Crocus"da ölənlərdən biri TANINMIŞ İMİŞ - FOTO

Martın 22-si "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı zamanı "Miss Tver 2001" titulunun qalibi Yekaterina Novoselova həlak olub. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə " onun yaxınlarına istinadən məlumat yayıb. 42 yaşlı Novoselovanın adı Moskva vilayətini

24 mart