Şəhid ailəsi prezidenti və xanımını toya dəvət etdi - FOTO

Şəhid ailəsi prezidenti və xanımını toya dəvət etdi - FOTOİlham Əliyev: Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik

Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2" yaşayış kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olublar. Bildirilib ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz olunub.

Söhbət zamanı ev sahibəsi Prezident və xanımını oğlunun toyuna dəvət edib:

"Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz".

Ölkə başçısı isə bu dəvətdən məmnun olduğunu bildirib: "Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin. Tarixi məlumdur? Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik".

Birinci xanım Mehriban Əliyeva da dəvətdən məmnunluğunu ifadə edib: "Böyük məmnuniyyətlə gəlib iştirak edərəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2183   Tarix: 09 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanı azaldıb. Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O, qərarın səbəblərini açıqlayıb. V. Cahangirinin sözlərinə görə, Həcc ziyarətin

16 aprel
.

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. "Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlar

16 aprel
.

Sükanı titrəyən avtobusla bağlı - Rəsmi açıqlama

Tərtər-Bakı xətti üzrə hərəkət edən sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə yayılan videodan aydın olur ki, magistralda hərəkətdə olarkən avtobusun sükanı qəfil titrəməyə başlayıb. Təhlükəli vəziyyətə baxmayaraq, sürücü avtobusu yo

16 aprel
.

Bakıda 12 yaşında qaçırılaraq övlad sahibi olan Ülkərlə bağlı RƏSMİ AÇIQLAMA+YENİLƏNİB/VİDEO

Bakıda azyaşlı olarkən qaçırılaraq nikaha daxil edilən Ülkərlə bağlı məsələ nəzarətə götürülüb. Bunu -in sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sözçüsü Teymur Mərdanoğlu bildirib. O əlavə edib ki, artıq xanımla danışılıb və araşdırma aparılır. İctimaiyyətə ətrafl

16 aprel
.

Şəhid anası vəfat etdi

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmlinin anası dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Mahirə xanım Naxçıvanda vəfat edib. Qeyd edək ki, MAHHXHQ Məhərrəmov Mais Füzuli oğlu 1982-ci ildə Şahbuz rayonunda anada

16 aprel
.

Zaqatalada iki qohum pomidor turşusundan zəhərlənib

Zaqatalada iki nəfər pomidor turşusundan zəhərlənib. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 199-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zaman

15 aprel
.

Gəncədə 37 yaşlı kişi itkin düşdü

Gəncədə 37 yaşlı kişi itkin düşüb. xəbər verir ki, bu barədə APA-ya onun ailə üzləri məlumat verib. Onlar bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Həsənovla aprelin 14-dən əlaqə saxlaya bilmirlər. Osman Həsənovun Nizami Məqbərəsi yaxınlığında "Mercedes Vito" markalı mikroavtobusda

16 aprel
.

Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO

Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə əlaqədar -ın sorğusun

15 aprel
.

İtkin düşən 10 yaşlı uşaq axtarılır

Bakıda 10 yaşlı uşağın itkin düşməsi ilə bağlı polisə müraciət edilib. "Qafqazinfo" xəbər verir ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan 1993-cü il təvəllüdlü T.Bəkirov 7-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlunun itkin düşməsini bildirib. O qeyd edib ki, oğlu 2014-cü i

16 aprel