Qazaxıstanlı ekspert: "Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq potensialı qeyri-məhduddur"

Qazaxıstanlı ekspert: "Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq potensialı qeyri-məhduddur""Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq potensialı qeyri-məhduddur, yalnız prioritetləri düzgün müəyyənləşdirmək və siyasi meydanda bir-birimizə dəstək verməklə bu və ya digər məsələdə birgə hərəkət etmək lazımdır".

Bunu "Report"a qazaxıstanlı politoloq İslam Kurayev deyib.

Onun sözlərinə görə, Azərbaycanla Qazaxıstan arasında enerji sahəsində əlaqələr tarixən uğurlu olub və ölkələr həmişə enerji məsələlərində vahid mövqedən çıxış ediblər: "Qazaxıstan və Azərbaycan, ilk növbədə, qohum ölkə, yalnız bundan sonra tərəfdaşdırlar. Buna əsaslanaraq hər hansısa bir hərəkətin gen əlaqələri prizmasından keçdiyini söyləmək olar və beləliklə, münasibətlər uğurla inkişaf edir. Bu istiqamətdə fikir ayrılığımızın yaşadığı anları xatırlaya bilmirəm".

Politoloq İslam Kurayev

"Qazaxıstan Azərbaycanı nümunə götürməli və SOCAR nümunəsində Qazaxıstan şirkətlərindən birinin brendini tanıtmalıdır".

İ.Kurayev qeyd edib ki, "Bakı-Tbilisi-Ceyhan" və Cənub Qaz Dəhlizi kimi Azərbaycan layihələri gələcəkdə Qazaxıstan üçün böyük perspektiv vəd edəcək.

"Geosiyasi baxımdan bu layihələrin həyata keçirilməsində əsas məqsəd dünya bazarlarına müstəqil enerji və logistika axını yaratmaqdır. Başlanğıc nöqtə Azərbaycan olmalıdır, Qazaxıstan isə daha sonra qoşulmalı idi. Ümumilikdə, hazırkı mərhələdə Xəzər dənizinin şelfindəki mənbələrin bölüşdürülməsi ilə əlaqədar yaranmış suallara görə Qazaxıstan kənarda qalır, lakin perspektiv olaraq bunlar möhtəşəm layihələrdir", - İ.Kurayev əlavə edib.

Ekspert vurğulayıb ki, Qazaxıstan Azərbaycanı nümunə götürməli və SOCAR nümunəsində Qazaxıstan şirkətlərindən birinin brendini tanıtmalıdır: "Bu, reklama düzgün yanaşmadır, bu, dünya təcrübəsidir. Başqa ölkələrdən faydalanmaq çətin olarsa, Azərbaycan təcrübəsini bölüşə bilər. Çünki bu, sadəcə, reklam deyil, həm də vəsaitlərin düzgün bölüşdürülməsi və rasional istifadəsidir".

Sosial   Baxılıb: 881   Tarix: 09 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Pensiyalarla bağlı daha bir yenilik

Nazirlik xüsusi şərtlərlə pensiya təyinatının da avtomatlaşdırılması istiqamətində işlərə başlayıb.. . Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.az-a məlumat verilib.. . Verilən məlumata görə, bu işlər çərçivəsində nazirlik xüsusi şərtlərlə pensiya təyinatı sisteminin də avtomatlaşdırılmas

9 oktyabr 2019

Azərbaycanlı sabiq məmurun oğlu kriminal avtoritetlə görüşdü – VİDEO

Onlar biznes və digər məsələlərlə bağlı mütamadi olaraq bir araya gəlirlər. . Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu, keçmiş millət vəkili Aydın Abbasov məşhur kriminal avtoritetlə görüntülənib.. . Aydın Abbasov Türkiyənin "Rəis" ləqəbli kriminal avtoriteti Sedat Pekerlə yaxı

9 oktyabr 2019

Səhiyyə naziri qrip və kəskin virus xəstəlikləri ilə bağlı tapşırıq verdi-TƏCİLİ

Səhiyyə naziri Oqtay Şirəliyev "2019-2020-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" Əmr imzalayıb.. . Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Sonxeber.az-a verilən məumata görə, sənəddə 2019-2020-ci ili

9 oktyabr 2019

Novruz Məmmədovdan son qərar - Bu şəxslərin maaşları artırıldı

Nazirlər Kabineti olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında qərar imzalayıb.. . Sonxeber.az-ın məlumatına görə, bu barədə Novruz Məmmədovun (artıq keçmiş Baş nazir) 7 oktyabrda imzaladığı qərarda bildirilib.. . Nazirlər Kabinetini

9 oktyabr 2019

Azərbaycanda yeni viza növü tətbiq ediləcək

Azərbaycan hökuməti yeni viza növünün - "Start-up VISA"ın tətbiqinə hazırlaşır.. . Sonxeber.az xəbər verir ki, "Report"un hökumət dairələrindən əldə etdiyi məlumata görə, artıq bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Dövlət Miqrasiya Xidməti (DMX

9 oktyabr 2019

Xəzərdə itkin düşən balıqçının axtarışları davam edir

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən SA-1672 bort nömrəli bayda tipli üzmə vasitəsinin heyət üzvü 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam edir.. . DSX-dən Sonxeber.az-a verilən məlumata görə, üzmə vasitəsinin xilas edilmiş digər 3 üzvü müvafiq tibbi yardı

9 oktyabr 2019

Şəhid ailəsi prezidenti və xanımını toya dəvət etdi - FOTO

İlham Əliyev: Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik. . Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2" yaşayış kompleksinin açılışı olub.. . Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştira

9 oktyabr 2019

Rusiyalı deputat: "Əli Əsədov Azərbaycan Prezidentinə və xalqına sədaqətini sübut edib"

"Əli Əsədov illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevə, xalqına sədaqətini sübuta yetirmiş bir peşəkardır. Heç şübhəsiz, İlham Əliyevə dahi atası, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yolunu davam etdirməyə iqtisadi müstəvidə kömək edəcək".. . Bu barədə "Report"u

9 oktyabr 2019

Məzahir Pənahovun qardaşına vəzifə verildi

Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.. . Universitetdən "Report"a verilən məlumata görə, rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Çoban oğlu Ağamirzəyev Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsin

9 oktyabr 2019