Yatağına girmək istəyən ərini öldürmüş qadından - Yeni xəbər

Yatağına girmək istəyən ərini öldürmüş qadından - Yeni xəbərSumqayıt şəhərində ərinin ölümündə təqsirli bilinən Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Samirə Səmədovanın (cinayət işindəki şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə apelyasiya şikayətinə yenidən baxılıb.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, zərərçəkmiş Mahir Əmirovun hüquqi varisinin şikayəti təmin edilib və Sumqayıt Apelyasiya Məhkəməsinin hökmü dəyişdirilib.

Samirə Səmədovanın barəsində 1 il 10 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Samirə Səmədovanın barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Samirə Səmədova aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdən narazı qalan Samirə Səmədova apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi də apelyasiya şikayəti verib. Qeyd edib ki, təqsirləndirilən şəxsin əməli düzgün qiymətləndirilməyib.

Hüquqi varis hökmün ləğv edilməsini, işin yenidən araşdırılması, Samirə Səmədovaya qəsdən adam öldürmə ittihamının verilməsi üçün işin prokurorluğa qaytarılmasını istəyib.

Xatırladaq ki, bu şikayətlər Sumqayıt Apelyasiya Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Tərəflərin şikayəti təmin olunmayıb.

Bu qərardan sonra həm təqsirləndirilən şəxs, həm də zərərçəkmişin hüquqi varisi Ali Məhkəməyə kasasiya şikayəti qaydasında müraciət ediblər. Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə hüquqi varisin şikayəti təmin olunub və iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.

İttihama görə, Samirə Səmədovanın keçmiş əri Mahir Əmirov 2016-cı ilin sentyabrın 7-dən 8-nə keçən gecə saat 1 radələrində kirayədə yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayondakı evinə gəlib.

Qapı döyüldükdə keçmiş ərinin gəldiyini bilən Samirə əvvəlcə qapını açmaq istəməyib. Lakin yarana biləcək səs-küydən qonşular arasında rüsvay olacağını düşünən Samirə Mahiri yaşadığı mənzilə buraxıb.

Mahir əvvəllər ər-arvad münasibətlərində olduqlarını əsas gətirib, onunla yatağa girmək istədiyini bildirib. Qadın onun təklifini rədd edib. Buna görə mübahisə yaranıb. Mahir mətbəxə keçib və oradan götürdüyü bıçaqla Samirəni hədələyib.

Samirə isə onun əlindən bıçağı zorla almaq qərarına gəlib. Əlbəyaxa dava zamanı bıçaq Mahirin bud nahiyəsini kəsib.

Onu Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərilməsinə baxmayaraq, Mahirin həyatını xilas etmək mümkün olmayıb. Mahir xəstəxanada vəfat edib.

İstintaq orqanı tərəfindən Samirə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3131   Tarix: 09 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı

Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm

29 avqust 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021