Bakıda yerə siqaret kötüyü atanlar cərimələndi - 80 MİN MANAT

Bakıda yerə siqaret kötüyü atanlar cərimələndi - 80 MİN MANATDaxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir.

Sonxeber.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə - təhsil və tərbiyə, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, Metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda, avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində monitorinqlər keçirilib, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılıb.

Maarifləndirmə tədbirləri çərçivəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun 11-ci maddəsinin 11.4-cü bəndinə əsasən, müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzi Sisteminə və www.mia.gov.az elektron saytına müraciət etmək hüququnun olması barədə vətəndaşlara, fiziki və hüquqi şəxslərə, fərdi sahibkarlara məlumat verilib.

Ümumilikdə, 2019-cu ilin 9 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 1923, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 224 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub, onlara tətbiq edilmiş cərimələr 79.550 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2751   Tarix: 09 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhid anası vəfat etdi

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmlinin anası dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Mahirə xanım Naxçıvanda vəfat edib. Qeyd edək ki, MAHHXHQ Məhərrəmov Mais Füzuli oğlu 1982-ci ildə Şahbuz rayonunda anada

16 aprel
.

"Ağsaqqal" donor axtarır

"İllərdir böyrək çatışmazlığından əziyyət çəkirəm. 2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var". Axşam.az xəbər verir ki, bu sözlər

16 aprel
.

Tanınmış həkim telefon nömrəsini satışa çıxardı - 26 min manat

Bakıda 2600 manata telefon nömrəsi satılır. xəbər verir ki, bu haqda saytında elan yerləşdirilib. Sosial şəbəkələrdə nömrənin qiyməti müzakirələrə səbəb olub. Araşdırmamız zamanı məlum olub ki, nömrənin sahibi tanınmış dermatoveneroloq-kosmetoloq Diana Məmmədovadır

16 aprel
.

Kürdə batan ata və qızının axtarışları davam edir - VİDEO

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir. Bu barədə -a FHN-i

16 aprel
.

Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanı azaldıb. Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O, qərarın səbəblərini açıqlayıb. V. Cahangirinin sözlərinə görə, Həcc ziyarətin

16 aprel
.

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı

"Xalamın 37 yaşı var idi. Təbii gözəl idi. Qocalmamışdı. Sevənlərindən bir məktub gəlmişdi. Məktubda yazılmışdı ki, "çox gözəl xanımsınız, amma buxağınız sizi heç də gözəl göstərmir". Xalam bu məktubdan sonra efirlərə çıxanda boynuna zinət əşyaları taxırdı, komplekslərdən bu yolla aza

15 aprel
.

Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər

"Formula 1"ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktın

15 aprel
.

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb. "Report" xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib

16 aprel
.

Qazaxın 7 kəndi və Kərki Azərbaycana nə zaman qaytarılır? - AÇIQLAMA

Bu gün Azərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində Qazaxın 7 kəndi və Kərkinin qaytarılması vacib məsələlərdən biridir. Bu gün hər kəsi maraqlandıran sual Qazaxın 7 kəndi və Kərki nə zaman qaytarılacağıdır. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildiri

16 aprel