İnsultun qarşısını almağın 7 yolu

İnsultun qarşısını almağın 7 yoluHər birimiz bu gündən insultun qarşısını almaq üçün profilaktik tədbirlərə başlaya bilərik. Yaşınızdan və genetikanızdan asılı olmayaraq, özünüzü qorumağa çalışın.

İnsultun qarşısını almaq üçün nə edə bilərsiniz?

İnsult riskini artıran səbəblərdən biri də ən az genetika qədər rolu olan yaş faktorudur. Bu halda siz zamanı idarə edə və ya ailə genlərinizi dəyişə bilməzsiniz, amma bəzi qabaqlayıcı tədbirlər görə bilərsiniz.

Harvard Tibb Məktəbinin professor nevroloqu və Massaçusets Xəstəxanasının insult şöbəsinin professoru Nataliya Rost da açıqlamasında bunu təsdiq edib.

İnsultun sizə yox, sizin ona təsir edə biləcəyiniz üsullar bunlardır:

1. Qan təzyiqinin azaldılması

Yüksək qan təzyiqi nəzarət edilmədiyi təqdirdə insult riskini dörd dəfəyə qədər artıran səbəbdir. Həkim Rostun sözlərinə görə, yüksək qan təzyiqi kişilərdə və qadınlarda insult riskinin əsas səbəbidir. Qan təzyiqinə nəzarət və onun müalicəsi qan damarlarınız üçün çox faydalıdır.

Əsas məqsədiniz: qan təzyiqinizi 135/85-dən aşağı səviyyədə saxlamaqdır. Bəziləri üçün isə bu rəqəm daha aşağıdır (məsələn, 140/90).

Buna necə nail olmaq olar:

- Qida rasionunuzda duzun miqdarını gündə 1500 mq (təxminən yarım çay qaşığı) qədər azaldın.

­- Hamburger, pendir və dondurma kimi xolesterolu yüksək olan qidalardan uzaq durun.

- Hər gün 250-400 qr arası meyvə-tərəvəz, həftədə iki-üç dəfə balıq, eyni zamanda, taxıl qidaları və az yağlı süd məhsullarından istifadə edin.

- Daha çox hərəkət - gündə minimum 30 dəqiqə (mümkünsə daha çox) fəaliyyətdə olun.

- Siqaret çəkirsinizsə, siqareti tərgidin.

Lazım gələrsə, yüksək təzyiq əleyhinə dərman qəbul edin.

2. Arıqlamaq

Piylənmə və artıq çəki (yüksək təzyiq və diabet daxil olmaqla) insult riskinizi artırır. Çəkiniz artıqdırsa, atacağınız hər 5 kq üçün insult riski əhəmiyyətli dərəcədə azalır.

Sizin məqsədiniz: İdeal bədən kütləsi indeksi (BMI) 25 və daha az olsa da, bu sizin üçün real olmaya bilər. Şəxsi çəki strategiyanızı yaratmaq üçün həkiminizlə məsləhətləşin.

Buna necə nail olmaq olar:

- Gündə 1500-2000 kaloridən çox qəbul etməməyə çalışın (fəaliyyət səviyyəniz və hazırkı BMI-dən asılı olaraq).

- Gündəlik gəzinti, qolf və ya tennis oynamaq kimi məşğuliyyətlərin miqdarını artırın.

3. İdmanla məşğul olun

Məşq nəinki kilo verməyə və qan təzyiqini azaltmağa kömək edir, o, həm də insult riskini azaltmağın yoludur.

Sizin məqsədiniz: həftədə ən az beş gün normalar daxilində intensiv idman edin.

Buna necə nail olmaq olar:

- Səhər yeməyindən sonra hər səhər gəzintiyə çıxın.

- Dostlarla fitnesə başlayın.

- İdmanla çətin nəfəs alarkən belə danışa biləcəyiniz səviyyədə məşğul olun.

- Mümkün aədər lift yerinə pilləkənlərdən istifadə edin.

- İdmana ayıracaq 30 dəqiqə vaxtınız yoxdursa, onu gün ərzində 10-15 dəqiqə olmaqla bir neçə dəfə edin.

4. İçki içirsinizsə, miqdarını azaldın

Az miqdarda spirtli içki içmək insult riskini azalda bilər. "Tədqiqatlar göstərir ki, gündə bir dəfə alkoqol qəbul etsəniz, insult riskiniz daha aşağı ola bilər", - deyə həkim Rost deyib.

Sizin məqsədiniz: spirtli içki içməyin və ya bunu normada edin.

Buna necə nail olmaq olar:

- Gündə bir qədəhdən çox olmayaraq spirtli içki qəbul edin.

- İlk seçiminiz isə qırmızı şərab olsun. Çünki onda ürəyi və beyini qorumaq üçün nəzərdə tutulan resveratrol var.

- Qida porsiyalarınıza diqqət edin. Standart ölçülər belədir: şərab 1 badə, pivə 1 stəkan, təsirli içki 1 rumka.

5. Atrial aritmiyanı müalicə etmək

Atrial aritmiya ürəkdə laxtalanmanın (qan laxtalarının) meydana gəlməsinə səbəb olan nizamsız döyüntüdür. Bu laxtalanmalar beyinə gedərək insulta səbəb ola bilər. "Atrial aritmiya insult inkişafında, demək olar ki, beş dəfə artıq riskə malikdir və buna ciddi yanaşmaq lazımdır", - deyə Rost bildirib.

Sizin məqsədiniz: əgər sizdə atrial aritmiya varsa, onu müalicə edin.

Buna necə nail olmaq olar:

Sürətli döyüntü kimi simptomlarınız varsa, müayinə üçün həkiminizə müraciət edin.

Artrial aritmiya zamanı insult riskinizi azaltmaq üçün dərman preparatlarından istifadə etməyiniz məsləhət görülür.

6. Diabeti müalicə edin

Qanda şəkərin səviyyəsinin artması zamanla qan damarlarını zədələyir və onların laxtalanması ehtimalını artırır.

Sizin məqsədiniz: qan şəkərinizi nəzarət altında saxlamaq.

Buna necə nail olmaq olar:

- Həkiminizin də tövsiyə etdiyi kimi, qan şəkərinizə nəzarət edin.

- Pəhriz gözləyin, idmanla məşğul olun.

7. Siqareti tərgidin

Siqaret müxtəlif səbəblərlə laxtalanmanın meydana gəlməsini sürətləndirir. Qanınızı qatılaşdırır və damarlarda yığıntıların miqdarını artırır. Sağlam pəhriz və müntəzəm məşqlə yanaşı, siqaretdən imtina insult riskini əhəmiyyətli dərəcədə azaltmağa kömək edə biləcək. Bu, həyat tərzinizi əhəmiyyətli dərəcədə dəyişəcək.

Sizin məqsədiniz: siqareti tərgidin.

Buna necə nail olmaq olar:

- Siqareti tərgitmək üçün ən uyğun üsulu həkiminizdən soruşun.

- Nikotin həbləri, psixoloji məsləhətlər və ya dərmanlar kimi siqaretə qarşı vasitələrdən istifadə edin.

- Təslim olmayın. Siqaret çəkənlərin çoxunun siqaretdən imtina etməsi üçün bir neçə cəhd lazımdır. Hər cəhdi müvəfəqiyyətə atılmış daha bir addım hesab edin.

- İnsult zamanı hərəkət təsirini təyin edin.

Bir çox insan insult əlamətlərinə məhəl qoymur, çünki simptomlarının nə dərəcədə real olduğunu bilmirlər. "Mənim tövsiyəm: öyrəşmədiyiniz simptomlar varsa, gözləməyin. Bədəninizi dinləyin və instinktlərinizə etibar edin. Nəsə qaydasında getmirsə, dərhal peşəkarlara müraciət edin", - deyə həkim Rost deyir.

Milli insult birliyi, insult əlamətlərini xatırlamağınıza və ona reaksiya verməyinizə kömək edəcək sadə abreviatura F-A-S-T (CƏLD) yaradıb. Bu şəkli kəsin və asan istifadə üçün soyuducuya yapışdırın.

Milli insult birliyi, insult əlamətlərini xatırlamağınıza və ona reaksiya verməyinizə kömək edəcək sadə abreviatura F-A-S-T (CƏLD) yaradıb. Bu şəkli kəsin və asan istifadə üçün soyuducuya yapışdırın.

Face - Üz (üz əyriliyi)

Arms - Qol (bir və ya hər iki qolun idarəsinin itirilməsi)

Speech - Nitq (qəribə nitq)

Time - Zaman (bu simptomlardan birini hiss edirsinizsə, dərhal təcili yardım çağırın).

İnsult zamanı ilk üç saat gələcək proqnoz üçün çox əhəmiyyətlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2326   Tarix: 09 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021