İraqda etiraz aksiyalarında ölənlərin sayı 165-ə çatdı-Üç günlük matəm
İraqda 1 oktyabr tarixində keçirilən etiraz aksiyalarında ölənlərin sayı 165-ə çatıb. Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, İraqın Səhiyyə nazirliyindən verilən məlumata görə, bundan başqa 6 min insan da xəsarət alıb.
İğtişaşlar və toqquşmalar Bağdad, Nəcəf, Maysan, Zi-Kar, Babil, Vasit və Kadisiyəni əhatə edib. Etirazçılarla polis arasında ciddi toqquşmalar meydana gəlib.
İnsan tələfatı ilə bağlı ölkə rəhbərliyi 3 günlük matəm elan edib. Matəm 10 oktyabr tarixində başlayacaq.
İraqın baş naziri Adil Abd əl-Maxdi bəyan edib ki, ölənlər arasında həm etirazçılar, həm də polis əməkdaşları var.
Qeyd edək ki, etirazçılar hökumətin istefasını, iş yerlərinin yaradılmasını, səhiyyə sahəsində problemlərin həllini və korrupsiya ilə mübarizə tədbirlərini tələb edirlər.
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş