"Maşın" şouda QALMAQALLI OLAY - Kəmalə Piriyeva əlini maşından çəkdi - VİDEO

"Maşın" şouda QALMAQALLI OLAY - Kəmalə Piriyeva əlini maşından çəkdi - VİDEO"Maşın" şounun dünənki buraxılışı həm də qalmaqallı kadrlarla yadda qalıb.

Milli.Az xəbər verir ki, efir zamanı aparıcı-aktrisa Kəmalə Piriyeva əlini maşından çəkib. Bu kadrlar efirə gedib. Lakin layihənin rəhbəri və aparıcısı Murad Dadaşov və komandası bu olaya hər hansı reaksiya verməyiblər.

Qızı Aysun 2 gün öncə səs toplamayaraq şounu tərk edən Rəqsanə həmin kadrlarla bağlı etirazını bildirib:

"Mənim üçün cox maraqlıdır, niyə Kəmalənin əlini çəkməsi haqqında danışılmır, nəyə görə oyunun qaydalarına riayət edilmir?

Murad Dadaşov, niyə? Başa düşürük, bu, bir oyundur, amma bu oyuna hamımız baxırıq, iştirak etmişik. Əlini çəkən insan uzaqlaşdırılmalıdır. Necə ki bu günə kimi kim əlin çəkib, onu oyundan kənarlaşdırmısınız. Yəqin ki , sabah, inşəAllah, bu diqqətinizdə olar".

Şou-biznes   Baxılıb: 3697   Tarix: 10 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR