Yatmış həyat yoldaşını qantellə öldürən şəxs həbs edildi - YENİLƏNİB - TƏFƏRRÜAT

Yatmış həyat yoldaşını qantellə öldürən şəxs həbs edildi - YENİLƏNİB - TƏFƏRRÜAT11:32

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Sonxeber.az-a daxil olan birgə məlumata görə, oktyabrın 9-da 1965-ci il təvəllüdlü İlham Əkbərovun Şəki Rayon Polis Şöbəsinə yaşadığı Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən mənzilində arvadı 1983-cü il təvəllüdlü Cavahir Əkbərovanı öldürməsi barədə verdiyi məlumat əsasında Nizami Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərovun qısqanclıq zəminində metaldan olan idman aləti (qantel) ilə yatmış vəziyyətdə olan arvadı C.Əkbərovanın başına vurmaqla qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

İ.Əkbərov təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

----------
10:17

Bakının Nizami rayonunda oktyabrın 9-na keçən gecə qantel Əkbərova Cəvahir Telman qızının qətl alətinə çevrilib.

Sonxeber.az xəbər verir ki, bu barədə oxu.az-a rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

36 yaşlı qadın saat 04:00-da öldürülüb. Cinayətdə onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Əkbərov İlham Niftəli oğlu ittiham olunur. C.Əkbərova başından aldığı qantel zərbəsi nəticəsində ölüb.

Bu əməldən sonra kişi Şəki rayonuna gedərək, daxili işlər orqanına təslim olub.

Xatırladaq ki, daha əvvəl KİV-də ərin arvadına 18 bıçaq zərbəsi vurduğu haqqında məlumatlar dərc olunsa da, onun həqiqətə uyğun olmadığı ortaya çıxıb.

Faktla bağlı istintaq davam edir.

Qeyd edək ki, ayın əvvəlindən Bakıda iki cinayət hadisəsi baş verib. Hər iki halda zərərçəkənlər gənc qadınlardır.


Sonxeber.az Telegramda izləyin
Kriminal   Baxılıb: 1944   Tarix: 11 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Zaqatalada oğurluq edən keçmiş məhkum yenidən tutuldu

Zaqatala rayonunda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.. Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.. . Polis əməkdaşları tərəfindən hadis

11 oktyabr 2019

Bakıda qısqanc kişi arvadını öldürdü, sonra polisdə... - Təfərrüat

Bakının Nizami rayonunda həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilib.. . Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə açıqlama yayıb.. . Oktyabrın 9-da 1965-ci il təvəllüdlü İlham Əkbərovu

11 oktyabr 2019

Ziyarətgahlara aparacağını vəd edərək 31 nəfəri aldatdı - FOTO

Özünü dindar şəxslərə Ramil, Amil və Kamran kimi tanıdaraq onları İraq və İran İslam Respublikasında yerləşən ziyarətgahlara aparacağını söz verərək onlardan müxtəlif məbləğlərdə pul alan dələduz saxlanıb.. . Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər məhkum olunmu

10 oktyabr 2019

İrandan Azərbaycana yarım ton narkotik gətirməkdə ittiham edilən şəxs bəraət aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Nəsrulla Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb. . . Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Anar Qasımlı məlumat yayıb.. . O qeyd edib ki, məhkəmə hüquqların

10 oktyabr 2019

Bakıda anadan qızına qarşı iyrənc əməl: Videolarını çəkib sevgilisinə göndərdi

Bakıda 14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. . Sonxeber.az Unikal.org-a istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçirilə

10 oktyabr 2019

Yatağına girmək istəyən ərini öldürmüş qadından - Yeni xəbər

Sumqayıt şəhərində ərinin ölümündə təqsirli bilinən Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Samirə Səmədovanın (cinayət işindəki şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə apelyasiya şikayətinə yenidən baxılıb.. . Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Sumqayıt Apelyasiy

9 oktyabr 2019

Biləsuvarda qadında xeyli miqdarda narkotik maddə tapıldı

Biləsuvar rayonunda qadında külli miqdarda narkotik aşkarlanıb.. . Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.. . Belə ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhə

9 oktyabr 2019

Ər arvadını vəhşicəsinə döyüb öldürdü - Abşeronda qətl hadisəsi

Abşeronda ər arvadını döyərək öldürüb.. . Hadisə Abşeron rayonu Masazır qəsəbəsi, "Qurtuluş 93" bina 51 ünvanında qeydə alınıb.. . Belə ki, Abdullayeva Aynurə Bəhmən qızı əri tərəfindən döyülüb. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.. . Faktla bağlı araşdırmalara başlanılıb.. (report

9 oktyabr 2019

Azərbaycanda qadının intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – Şantaj, quldurluq...

Bir neçə ay əvvəl İbrahimova Mənsurə Məmməd qızının həyatına qəsd etməsi hadisəsi əsasında açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.. . Publika.az xəbər verir ki, araşdırmalar zamanı qadını intihar həddinə çatdıran şəxsin tanışı Allahverdi Nuriddin oğlu olması müəyyən edilib. Həmin şəxs barəsind

9 oktyabr 2019