"Prezident İlham Əliyev Ermənistana növbəti zərbəni Aşqabadda vurdu" - RƏYLƏR

"Prezident İlham Əliyev Ermənistana növbəti zərbəni Aşqabadda vurdu" - RƏYLƏR"MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə Prezident İlham Əliyev Ermənistana çox ciddi diplomatik həmlə etdi. Bu addımlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizi kifayət qədər gücləndirdi. Dövlət başçısı Ermənistanda faşizmin əbədiləşdirilməsi ilə bağlı yürütdüyü siyasəti bütün dünyaya göstərdi".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat Elman Nəsirov

"Dövlət başçısı Ermənistanda faşizmin əbədiləşdirilməsi ilə bağlı yürütdüyü siyasəti bütün dünyaya göstərdi".

E.Nəsirov xatırladıb ki, Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı da Ermənistana zərbə olub: "Prezident çıxışı zamanı "Qarabağ Azərbaycandır" söyləməklə, Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusunu olmadığına diqqət çəkdi. Prezident İlham Əliyevin bu mövqeyi Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazın formalaşmasına səbəb olub. Azərbaycanda "Qarabağ Azərbaycandır" ictimai hərəkatı formalaşıb, Ermənistanda isə "Paşinyandan xilas" hərəkatı yaranmağa başlayıb".

"Prezident İlham Əliyev Ermənistana növbəti zərbəni Aşqabadda vurdu" - RƏYLƏRDeputat qeyd edib ki, Prezident İlham Əliyevin Ermənistana növbəti diplomatik zərbəsi MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə olub: "Prezident İlham Əliyev II dünya müharibəsində faşizm üzərində qələbə çalınmasında Azərbaycanın müstəsna xidmətlərini faktlarla sadaladı. Dövlət başçısı sonra vurğuladı ki, MDB məkanında bəzi dövlətlər, o cümlədən Ermənistan faşist cəlladlarının xatirəsini əbədiləşdirir, bu, dövlət səviyyəsində həyata keçirilir. Ermənistanda Qaregin Njdeyə abidə qoyulub, onun adı küçəyə verilib. Prezident İlham Əliyev bunun qəbuledilməz olduğunu bildirdi. Dövlət başçısının çağırışının məqsədi o idi ki, beynəlxalq ictimaiyyət bununla bağlı ölçü götürsün. Bu, çox vacib məsələdir. Ermənistanın baş naziri də çıxış etdi, söz güləşdirmək səviyyəsində olan mövqe ortaya qoydu, ümumi sözlər dedi. Paşinyan ortaya arqument qoya bilmədi, qoya da bilməzdi. Prezident İlham Əliyevin ortaya qoyduğu faktlar çox ciddi idi. Prezidentin bu çıxışı Ermənistanda daxili vəziyyəti gərginləşdirib. Ermənistan mətbuatı yazır ki, Paşinyan növbəti məğlubiyyəti ilə İrəvana dönür".

Deputat Cavid Osmanov

"Prezidentin bu addımları Azərbaycanın mövqeyini gücləndirməklə düşmən ölkəyə zərbə vurur".

Parlamentin deputatı Cavid Osmanov "Report"a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin diplomatik zərbəsininin qarşısında Paşinyanın arqumentləri çox zəif olub: "Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışında Paşinyanın bəyanatlarını darmadağın etdi. Prezident İlham Əliyev Ermənistana növbəti zərbəni Aşqabadda vurdu. Prezident İlham Əliyev Ermənistanda Qaregin Njdeyə abidə qoyulmasına diqqət çəkərək, Ermənistanın faşizmə ideyasına dəstək verdiyini bildirdi. Ermənistanda Qaregin Njdeyə abidə ucaldılması bu ölkənin necə terrorçu, işğalçı olduğunun göstəricisidir. Prezidentin bu addımları Azərbaycanın mövqeyini gücləndirməklə düşmən ölkəyə zərbə vurur. Dövlət başçısının qətiyyətli çıxışı Ermənistan rəhbərliyini çıxılmaz duruma salır. Bütün dünyaya sübut edilir ki, Ermənistan sülhün tərəfdarı deyil. Azərbaycan sülhün tərəfdarıdır, amma bu mümkün olmazsa, hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənistan həm diplomatik müstəvidə, həm də hərbi müstəvidə Azərbaycandan xeyli zəifdir. Son günlər baş verənlərin bunun əyani sübutudur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2288   Tarix: 12 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021