Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil - ŞƏRH

Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil - ŞƏRHTarixin ziblliyinə atılanın dirildilməsinə cəhd, yaxud onları "diriltmək" cəmiyyətdə şəxsiyyət boşluğundan, qıtlığından yaranır. Qaregin Yegişeviç Ter-Arutynyan (Qaregin Njde) adlı erməni faşistinin "dirildilməsi" və ona Yerevanda abidənin qoyulması da belə hallardandır.

Ermənilər bu faşisti "erməni hərb və dövlət xadimi" kimi təqdim edirlər.

MDB-yə üzv dövlətlərin Aşqabadda keçirilən zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu erməni faşistinin kimliyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

MDB ölkələrində Böyük Vətən Müharibəsi kimi qeyd olunan tarixi hadisənin 2020-ci il mayın 9-da 75-ci ildönümüdür. Quruma üzv ölkələr həmin tarixi günə hazırlaşırlar. Hitler faşizminin əlaltısı olmuş Qareginə Yerevanda abidənin qoyulması MDB-yə üzv ölkələrin xalqalarına ən azından hörmətsizlikdir.
Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil - ŞƏRHPrezident İlham Əliyev sammitdə qələbənin əldə olunmasına Azərbaycan xalqının verdiyi töhfədən danışıb. Dövlət başçısı vurğulayıb ki, MDB ölkələrində faşistlərin qəhrəmanlaşdırılmasına qarşı üzv dövlətlərin başçıları dəfələrlə çıxışlar edib: "Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb". Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik "1941-1945-ci illərin Böyük Vətən müharibəsi" ensiklopediyasının "Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat" adlı VI cildində dərc edilmiş "Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti" adlı məqalədə deyilir: "Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur". Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur".
Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil - ŞƏRHAzərbaycan Prezidentin təkzib edilməsi mümkün olmayan bu bəyanatına qarşı Ermənistanın baş naziri Nikol Paşinyan cavab vermək istəsə də alınmayıb. Prezidentin dediklərinə qarşı arqumenti olmayan Paşinyanın deməyindən belə çıxır ki, faşist əlaltısı Njdenin yəhudlilərin soyqırımında iştirakı "ermənilərin azadlığı uğrunda mübarizəsinin" tərkib hissəsidir. Bu zaman sual yaranır: Almaniyada soyqırıma məruz qalan yəhudilər Qafqazda yerləşdirilən ermənilərə nə etmişdi? Njde qoca, qadın, uşaq, xəstə və başqa məhrumiyyətlərə düçar olmuş həmin yəhudilərin qətliamında iştirak etməklə ermənilərin milli qəhrəmanına çevrilib...

Düzdür, bu soyqırımın başında Hitler faşizmi dururdu, ancaq Njde kimilər ona yarınmaq üçün III Reyxin bütün tapşırıqlarını can-başla yerinə yetiridilər. Bu erməni milli qəhrəmanı da öz pis niyyətinə çatmaq üçün yəhudilərin soyqırımında iştirakdan yararlanmaq istəyib.

Paşinyan bu faşist (tərbiyəli oxuculardan ifadəyə görə üzr istəyirəm) sümsüyünü keçmiş SSRİ-dəki dissidentlərlə bir tutmağa çalışıb. Ermənistan hökumətinin başçısı bir daha sübut edib ki, ermənilər yalnız tarixi faktlar təhrif etmək üçün mövcuddurlar.

O, çıxış və şüarları ilə Avropadakı faşist hərəkatını təkrarlayır, özünü "fürerinə" bənzədirmiş. Hitlerçilərin əlaltısı "erməniləşmə"nin ideoloqlarından sayılır. Bu ideyanın əsasında "Seqa kron" – "ailə" və "din" dayanır. Onlar hitlerçiləri kimi "ailəyə sədaqət and içirmişlər".

Ndje yəhudilərin soyqırımında niyə iştirak edirdi? Çünki o, birinci dünya müharibəsi illərində türklərə qarşı amansızlıq etməklə təcrübə qazanmışdı. Nəticədə o, yəhudi uşaqlarını göz qırpmadan öldürürdü.
Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil - ŞƏRHHitler Almaniyasının əlaltısı olmuş Njde "türkə qarşı mübarizəsiz bir gün olmamalıdır" şüarını irəli sürmüşdü. Bu gün dünya erməniləri, o cümlədən Nikol Paşinyan bu şüarla böyüyüb, bununla yaşayır və dövlətini idarə edir.

Bu arada, Nikol Paşinyana iki cümləlik tarixi xatırlatma yerinə düşərdi.

1935-ci ildə "Daşnakların" o vaxtkı lideri Ruben Ter-Minasyanla Njdenin münasibəti kəskinləşmişdi. Bu səbəbdən faşist, ektremist və irqçi düşüncəsinə görə 1938-ci ildə "Daşnaksütyun"un 13-cü iclasında Njde partiya sıralarından çıxarılıb.

Bu yerdə sualsız ötüşmək olmur. Məsələn, məşhur ingilis "Fransızlara qarşı mübarizəsiz gün olmamalıdır", yaxud tanınmış çex milli qəhrəman "Çexiya yalnız çexlər üçün" şüarlarını verərsə, modern və ədalətli sayılan Avropada beləsinə abidə qoyub, həmin adamların çürük ideyalarının yaşadarlarmı? Bu suala müsbət cavab verənlərə bir sual: Almaniyada niyə Hitlerin heykəli qoyulmayıb? Çünki o, alman millətinin əleyhinə işləyər.

Deməli, müasir dünya faşist ideyaları qəbul etmir. Çünki bu ideyalar insanların rahat və təhlükəsiz yaşamasına mane olur. Yeni, erməni nəsli də bu faşist ideyası əsasında daim türk xofu ilə qorxu içində böyüyəcək. Bir etnosa qarşı mübarizə aparmaq kimi cəfəng ideya ilə böyüyən insan müti, qul olar. Ermənistanın indiki vəziyyəti buna açıq sübutdur. Njdenin ideyası əsasında Xocalı soyqırımını törədən koçaryanlar, balayanlar yetişdi. Njdenin ideyası ilə böyüyən nəsil 1999-cu ilin oktyabrın 27-də Ermənistan parlamentində qətl törətdi, 2008-ci il martın 1-2 də Yerevanda meydan dinc etiraz aksiyasının iştirakçılarını güllə-borana tutdu.
Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil - ŞƏRHBaşqa bir millətə nifrət ruhunda nəsil yetişdirmək faşizmdir. Bunun acı nəticəsini erməni etnik qrupunun timsalında elə həmin cəmiyyət çəkir.

Odur ki, tarixin ziblliyindən eşələnərək çıxarılan Njde erməni xalqını zəhərləyir. Bu zəhər azad, ədalətli erməninin yetişməsinə mane olur. Həmin faşistin ideyası əsasında qurulan Ermənistan hələ də bütün qonşularına zəhər çiləyir. Beləliklə, Nikol Paşinyanın faşist Njdeni ciddi-cəhd, tarixi təhriflərlə müdafiə etməsi Ermənistan cəmiyyətində örnək götürüləcək şəxsiyyətin boşluğunun olduğunu təsdiqləyir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3618   Tarix: 12 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021