Vilayət Eyvazov açılışda iştirak etdi, bir qrup DİN əməkdaşını mükafatlandırdı - FOTO

Vilayət Eyvazov açılışda iştirak etdi, bir qrup DİN əməkdaşını mükafatlandırdı - FOTOOktyabrın 12-də Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində aparılmış əsaslı təmir-tikinti və yenidənqurma işlərinin təqdimatına həsr olunmuş mərasim keçirilib.

DİN-dən Sonxeber.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Məktəbin rəisi, polis polkovniki Mirzeynalabdin Seyidov nazirə şəxsi heyətin mərasimə hazır olması barədə raport verib.

Sonra DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov bu təhsil ocağında aparılmış əsaslı təmir, yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 2,7 hektar olan ərazidə yerləşən bütün infrastrukturda – inzibati və yataqxana binalarında, tədris korpusunda, Nəzarət-buraxılış məntəqəsində əsaslı təmir aparılıb, təlim yeri, tir, yeni anbar və qapalı avtomobil boksları, mini futbol, voleybol meydançaları, sanitar qovşaqlar və digər yardımçı sahələr tikilib.

Nazir əsaslı təmir olunmuş yataqxanaya, tədris korpusuna, yeni istifadəyə verilmiş yeməkxana kompleksinə, tibb məntəqəsinə, idman meydançalarına və digər inşa edilmiş yardımçı sahələrə baxıb, burada gənc polis əməkdaşlarının normal yaşamaları və təhsil almaları üçün yaradılmış şəraitlə yaxından tanış olub, görülmüş işləri yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Tədbirin yekununda Daxili İşlər naziri V.Eyvazov inzibati binanın akt zalında Məktəbin rəhbər və komandir heyəti ilə əməliyyat müşavirəsi keçirib.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin DİO-nun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin rifah halının daha da yaxşılaşmasına hər zaman xüsusi qayğı göstərdiyini xatırladıb, bu ali diqqətin nəticəsində son illər Daxili İşlər Nazirliyinin orqan və hissələri, o cümlədən Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəb üçün ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı binaların, korpusların tikildiyini, onların zəruri texniki və xüsusi vasitələrlə təmin olunduğunu, nəticədə iş, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşdığnı, hazırki təqdimatın da bunun əyani təzahürü olduğunu qeyd edib.

Nazir bu gün daxili işlər orqanlarının sıralarında yüksək intellektə, geniş dünyagörüşə və biliyə malik gənclərin uğurla xidmət etdiyini məmnunluqla vurğulayıb, onların ən yaxşı ənənələri davam etdirəcəklərinə, bu təhsil ocağında alacaqları bilik və vərdişlərin cinayətkarlıqla mübarizədə uğurla tətbiq eəcəklərinə əminliyini bildirib.

Daxili işlər orqanları qarşısında duran əsas vəzifənin xalqın əmin-amanlığı, dövlətçiliyin, insan və vətəndaş hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanmaq olduğunu nəzərə çatdıran general-polkovnik V.Eyvazov, polisin digər hüquq-mühafizə orqanları ilə birlikdə son illər qazandığı uğurların təməlinin hələ ötən əsrin 90-cı illərinin ortalarında qoyulduğunu, sonrakı mərhələdə bu işin davam və inkişaf etdirildiyini, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyini xüsusilə vurğulayıb.

Nazir Məktəbin rəhbər və komandir heyətinə, pedaqoji kollektivinə uğurlar arzulayaraq onlara öz tələb və tövsiyələrini verib. O, əmin olduğunu bildirib ki, məktəbin şəxsi heyəti bundan sonra da qarşıya qoyulan bütün tapşırıq və vəzifələri məsuliyyətlə yerinə yetirəcəklər.

Sonda Məktəbin xidmətdə fərqlənən bir qrup əməkdaşı Daxili İşlər nazirinin müvafiq əmrləri ilə mükafatlandırılıblar
Vilayət Eyvazov açılışda iştirak etdi, bir qrup DİN əməkdaşını mükafatlandırdı - FOTOVilayət Eyvazov açılışda iştirak etdi, bir qrup DİN əməkdaşını mükafatlandırdı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4177   Tarix: 12 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel