Normadan artıq duzdan istifadə edilməsi orqanizmdə müəyyən asılılıq yaradır
Süfrəmizin əsas nemətlərindən olan duzu el arasında "bərəkət rəmzi" adlandırırlar. Xörək bişirərkən ona dad qatmaq üçün mütləq duz əlavə edilir. Bəs gün ərzində hansı miqdarda duzdan istifadə etmək sağlamlıq üçün ziyan törətmir?
Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlunun dediyinə görə, duzun gündəlik istifadəsi 10-15 qram aralığında balanslaşdırılmalıdır. Onun həmin normadan artıq qəbul edilməsi sağlamlıq üçün təhlükəlidir: "Hipertoniya, insult və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər duzdan ehtiyatla istifadə etməlidirlər. Hətta qaraciyər serrozu, böyrək xəstəlikləri və nefrotik sindromla müşayiət olunan xəstəliklər zamanı duzdan istifadə edilməsinə qadağa qoyulur".
Həkimin verdiyi məlumata görə, normadan artıq duz istifadə olunması orqanizmdə müəyyən asılılıq yaradır. Ona görə də duzdan istifadəni tədricən azaltmaq tövsiyə edilir. Bir sıra qidalar var ki, tərkibində duz olduğu üçün əlavə olaraq duzdan istifadə edilməsi orqanizmə mənfi təsir göstərə bilər: "Sutkada 4 qram duzu yalnız çörəkdən almaq mümkündür. Tərəvəzin də tərkibində müəyyən miqdarda duz var. Hətta bir sıra bitkilərin tərkibində kimyəvi maddələrlə yanaşı, duz da var. Ona görə də əlavə olaraq duzdan istifadə olunması məqbul deyil. Hətta pomidorun tərkibində duz olduğuna görə onun üzərinə yenidən duz əlavə etməyə ehtiyac yoxdur".
Əslində duz minerallarının orqanizmin hər bir toxumasına faydası var, sadəcə olaraq onu normada qəbul etmək məsləhətdir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq Baxılıb: 2709 Tarix: 13 oktyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAğıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?
Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli
17 sentyabr 2021Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -
13 sentyabr 2021Son sutkada peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy
12 sentyabr 2021Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu
Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb
11 sentyabr 2021Bronxlarda olan problemlər üçün sınanmış məcun
Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar
17 sentyabr 2021Vitamin və minerallarla zəngin QİDALAR
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs
11 sentyabr 2021Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA
Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy
14 sentyabr 2021Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?
Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları
8 sentyabr 2021