"Sehrli Xalça" xalçayuma şirkəti xalçaları nə edir?-AÇIQLAMA
Bakıda fəaliyyət göstərən xalça yuma şirkətlərindən biri olan "Sehrli Xalça" adlı təmizlik şirkəti ilə bağlı Sonxeber.az saytına şikayət daxil olub. Belə ki, Səma Əhmədli adlı şəxs şikayət edərək bildirib ki, təmizlik şirkətinə yuyulması üçün verdiyi xalçaları geri almaq heç də asan olmayıb:
" Xalçayuma şirkətinə 16.09.2019-cu il tarixində yumaq üçün verdiyim 7 ədəd xalçanı 23.09.2019-cu il tarixində təhvil alacağım çekdə qeyd olunub. Lakin 10 gün gözlədik gətirmədilər. Hər gün zəng etdik. Əməkdaşları gətirəcəklərini bildirsələr də gətirmirdilər. Axırda həyat yoldaşım zəng edib, polislə gələcəyini dedi. Bundan sonra onlar xalçalardan 6-nı gətirdilər. Amma biri yox idi. Daha sonra yenidən zəng edib xalçanı gətirmədikləri təqdirdə maddi zərəri ödəməli olduqlarını, dələduzluq etdikləri üçün məhkəməyə müraciət edəcəyimi bildirdim. Nəhayət, üzr istədilər və xalçanı gətirdilər" .
Şikayətçi onu da bildirib ki, əgər gec gətiriləcəksə və ya nəsə problem yaranarsa, əvvəlcədən məlumatlandırmaları ilə bağlı xəbərdarlıq da edib.
Şikayətlə bağlı sözügedən təmizlik şirkəti ilə əlaqə saxlayan Sonxeber.az saytına şirkətin operatoru Sədaqət Qasımova bildirib ki, hazırda xalçayuma mövsümüdür:
"Ötən ilə nisbətən bu il şirkətimizə müraciətlər olduqca çoxdur. Bu da təbii olaraq qarışıqlığa səbəb olur. Biz bütün müştərilərə məlumat veririk ki, xalçalar gec çatacaq. Ən azı 2 həftəyə çatdırma olacaq. Ola bilər ki, həmin müştərinin xalçaları çox kirli və ləkəli olub. Belə olduğu halda biz xalçaları bir dəfə yox, bir neçə dəfə yumalı oluruq. Bu da xeyli zaman alır ".
Qeyd edək ki, sözügedən şirkətlə bağlı artıq bir neçə dəfə şikayət olub.
Lamiyə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2528 Tarix: 14 oktyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda nəqliyyat inqilabı: Gənclər tıxaclara qalib gəlirlər
Artıq skuter və velosipedlər gənclər üçün sadəcə əyləncə vasitəsi deyil, gündəlik həyat tərzinin ayrılmaz bir hissəsinə, tıxaclardan qurtulmaq və vaxta qənaət etmək üçün əsas alternativə çevrilib. Bu tendensiyanı dəstəkləmək məqsədilə ölkədə gənclər arasında mikromobilliyin təşviqi üçün yeni tədbirlə
24 mayBilgəhdə faciə: Bir nəfər boğuldu, digəri son anda xilas edildi
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində nəzarətsiz dəniz ərazisində 2 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun məlumatına görə, hadisə may ayının 21-də, axşam saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətini
23 mayBu universitetin qapısı möhürləndi, tələbələr ayağa qalxdı
Türkiyədə İstanbul Bilgi Üniversitesi ilə bağlı qalmaqallı qərar gündəm olub. xarici mediaya istinadla xəbər verir ki, Prezident Recep Tayyip Erdoğanın imzaladığı və "Resmi Gazete"də yayımlanan qərara əsasən universitetin fəaliyyət icazəsi ləğv edilib. Bundan sonra universitetin kampus qapısın
22 mayTəkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib
Əlillik müddəti bitəndən sonrakı 6 ay ərzində təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir
23 mayAzərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib. OxuAz xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabında yayılıb. "Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanları
24 mayMayın 25-də QAZ OLMAYACAQ
Mayın 25-i saat 10:00-dan Beyləqan rayonunun 18 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi ilə əlaqədardır. Qa
23 may