SOCAR-ın tədarük etdiyi Aİ-92 təlabatı ödəyə biləcəkmi - Bahalaşma olacaq?

SOCAR-ın tədarük etdiyi Aİ-92 təlabatı ödəyə biləcəkmi - Bahalaşma olacaq?Azərbaycanda ən çox istehlak edilən benzin Aİ-92 markalı yanacaqdır. Həmin markalı benzinin istehsalını həyata keçirən SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) isə planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini 24 oktyabra kimi dayandırıb. Təmir işlərinin aparıldığı dövr ərzində benzinə olan tələbatın ödənilməsi üçün ehtiyyatlar yaradılıb və qıtlıq yaranacağı təqdirdə benzinin xaricdən gətirilməsinə qərar verilə bilər.

Bəs SOCAR-ın tədarük gördüyü benzin tələbatı qarşılamağa yetərlidirmi və Aİ-92 idxalı ediləcəyi təqdirdə qiymət artımı baş verəcəkmi?
BakuPost xəbər verir ki, Məsələni şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabana görə, əgər dövlət müdaxiləsi olmasaydı onda benzinin qiyməti bazar qanunlarına əsasən idxal xərclərilə əlaqədar olaraq qısa müddətli də olsa artmalı idi:

"Bakı Neft Emalı Zavodunda təmiri 3 həftəyə kimi olan müddət üçün nəzərdə tutulur. Bu dövr üçün SOCAR müəyyən həcmdə benzin tədarük edir. Lakin həmin tədarük artıq benzinə olan tələbatı ödəmək qabiliyyətində deyil. Belə ki, son bir neçə ildə avtomobillərin sayının əhəmiyyətli dərəcədə artması yanacağa olan tələbatın artması ilə nəticələnib. Avtomobil idxalı ildən ilə artaraq demək olar ki, 1,3 milyon həddinə çatıb. Əgər 5 il bundan öncənin rəsmi statistikasına nəzər salsaq həmin vaxtda ölkədə heç bir milyon avtomobil belə yox idi. Yaranmış vəziyyətdən çıxış edərək artıq son iki ildir ki Azərbaycan aşağı oktanlı yanacağın idxalını həyata keçirmək məcburiyyəti qarşısında qalıb. Bu zaman dövlət bir tərəfdən idxal rüsumlarını müvəqqəti sıfırlamaqla digər tərəfdən isə idxalla bağlı xərcləri kompensasiya etməklə qiymətlərin sabit qalmasını təmin edib. Bu dövrdə əgər dövlət müdaxiləsi olmasaydı onda benzinin qiyməti bazar qanunlarına əsasən idxal xərclərilə əlaqədar olaraq qısa müddətli də olsa artmalı, zavod işə düşəndən sonra isə qiymətlər yenidən əvvəlki səviyyəsinə qayıtmalı idi".

Ekspert qeyd edib ki, Azərbaycanda hal hazırda realizə edilən benzin və ya dizel Avro-2 standartlıdır: "İdxal edilən benzin isə ən azından avro-4 standartındadır. Həmin standartlı benzinlə Avro-2 arasında əhəmiyyətli dərəcədə fərq var. Elə Dövlət Gömrük Komitəsinin məlumatlarına nəzər salsaq gərərik ki, aşağı oktanlı benzinin idxalı üçün ötən ilin payızında 78 milyon ABŞ dollar həcmində vəsait ödənilmişdir. Yəni benzinin idxalı istənilən halda SOCAR-ın üzərinə əlavə yükdür. Buna baxmayaraq hesab edirəm ki, benzinin qiymətinin müvəqqəti də olsa artımı mürəkkəb prosesdir və ölkə vətəndaşları üçün əsas ehtiyac mallarının və xidmətlərin qiymətinin artımı ilə nəticələnə bilər. Buna görə də dövlətin bu xərci öz üzərinə götürməsi düzgün addımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4394   Tarix: 14 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021