Azərbaycanlı tanınmış VƏFAT ETDİ - FOTO

Azərbaycanlı tanınmış VƏFAT ETDİ - FOTOAMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, "Tarixi etnoqrafiya" şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Qəzənfər Əjdər oğlu Rəcəbli uzun sürən xəstəlikdən sonra 82 yaşında 2019-ci il oktyabrın 13-də vəfat edib.

News24.az xəbər verir ki, Qəzənfər Rəcəbli 1937-ci il dekabrın 20-də Lənkəran şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirdikdəın sonra Q.Rəcəbli orta məktəbdə müəllim işləyib, daha sonra ömrünün 40 ilini Ali təhsil ocaqlarında tədrisə həsr edib. Həmçinin, Q.Rəcəbli fəal ictimaiyyətçi kimi tanınıb. M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəviyyatı İnstitutunun həmkarlar təşkilatının sədri, həmin İnstitutun partiya komitəsinin katibi, Bakı Şəhər Sovetinin deputatı olub.

Elmi fəaliyyəti dövründə Q.Rəcəbli etnoqrafiya ixtisası üzrə "İnqilaba qədərki Azərbaycanda kənd icma məişətinin qalıqları" mövzusunda tarix üzrə namizədlik dissertasiyasını müdafiə edib, 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın və müstəqillik illərində Azərbaycan və rus dilində nəşr edilmiş "Azərbaycan Milli Ensiklopediyası"nın həmmüəlliflərindən biri olub.

Görkəmli etnoqraf 100-dən çox elmi-tədqiqat məqaləsində Azərbaycan kəndinin tarixi-etnoqrafik, mənəvi dəyərləri (nikah formaları, ailə-nikah və din) və təsərrüfat həyatı (qədim və erkən orta əsrlər Azərbaycan mətbəxi, Azərbaycan kəndinin tarixi maldarlıq təsərrüfatı), "Kitabi-Dədə Qorqud" dastanı üzrə Azərbaycan oğuzlarının ilk Vətəni, qədim və erkən orta əsrlərdə geyimləri, uşaqların tərbiyəsi, əkinçilik mədəniyyəti, yaşayış məskənləri, evləri və d. mühüm tarixi etnoloji mövzuları işıqlandırıb.

Görkəmli alimin "Azərbaycanda su mənbələri və sudan istifadənin xalq üsulları" (Bakı, "Kitab aləmi", 2007), "Azərbaycanda qarşılıqlı yardım formaları" (Bakı, MBM, 2008), "Azərbaycan tarixi. Oçerklər" (Bakı, Elm və təhsil, 2013), "Azərbaycan İkinci Dünya müharibəsi illərində. Dərs vəsaiti" (Bakı, "Nurlan", 2003, rus dilində) və d. monoqrafiyaları nəşr edilmişdir. Həmçinin, 2010-cu ildə onun "Azərbaycan toyu" adlı elmi-tədqiqat məqaləsi Londonda "Visions of Azerbaijan" jurnalında ingilis dilində dərc edilib.

Qəzənfər Rəcəblinin vəfatı ilə əlaqədar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi mərhumun əzizlərinə dərin hüznlə başsağlığı verir, görkəmli alim və səmimi insanın əziz xatirəsinin tələbələrinin, ziyalı həmkarlarının xatirəsində daim yaşayacağını bildirir.

Mərhum alimin üç mərasimi bu gün oktyabrın 15-də "Zəm-zəm" mərasim evində (Həzi Aslanov metrostansiyasının çıxışı, Məhəmməd Hadi küç. 65 ünvanda) keçiriləcək.

Allah rəhmət eləsin!
Azərbaycanlı tanınmış VƏFAT ETDİ - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4724   Tarix: 15 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021