Xalq artistinin nikahdankənar azərbaycanlı övladı üzə çıxdı - FOTO

Xalq artistinin nikahdankənar azərbaycanlı övladı üzə çıxdı - FOTORusiyada yaşayan azərbaycanlı Timur Əkbərov iddia edir ki, atası məşhur gürcü balet artisti Nikolay Tsiskaridzedir. Gənc azərbaycanlı aktyor ulduz atası ilə görüşmək istəyir və məşhur balet ustası ilə qohumluğunu təsdiqləmək üçün DNT testindən keçməyə hazırdır.

"Nemalaxov"un yaydığı məlumata görə, Timur Əkbərov gürcü artistin oğlu olduğunu deyir.

"Niyə məni tərk etdin, niyə? Görüşəndə ən vacib sualıma cavabı sizdən eşitmək istəyirəm! Ağlayıram, daha belə yaşamaq istəmirəm!", - 19 yaşlı Timur öz "Instagram" səhifəsində yazıb.

Gənc Tsiskaridze ilə qohumluğunu sübut etmək niyyətindədir.

"Çox yaxşı bilirsiniz ki, sizin oğlunuz var. Bəli, sizə çox qəzəbiliyəm, amma bütün bunlara baxmayaraq, atam olduğunuza görə çox şadam", - deyən Timur atasına müraciətlə deyib.

Gənc aktyor "Komsomolki" nəşrinin müxbirinə verdiyi müsahibəsində sirlərini açıb.

Gənc bildirib ki, kasıb azərbaycanlı ailəsində anadan olub. Anası varlı ailələrin övladlarına dayəlik edib, müxtəlif ev işləri görüb. Uşaqlıqdan valideyn sevgisinə möhtac qalıb. Anası ona soyuqqanlı davranıb, atası isə doğulduğundan xəbərsiz olub.

Anası ilə atasından bəhs edən Timur onların teatrda tanış olduqlarını bildirib.

Məşhur gürcü balet artisti Nikolay Tsiskaridze isə 45 yaşına qədər qeyri-qanuni övlad sahibi olacağını təsəvvürünə belə gətirməyib. Telefon əlaqəsi zamanı onun köməkçisi söylənilən fikirlərə gülüşlə reaksiya verib. Balet ulduzu isə danışmaqdan imtina edib.

Qeyd edək ki, Nikolay Tsikaridze balet rəqqası və müəllimdir. 1992-2013-cü illərdə Bolşoy Teatrının balet üzrə solisti olub. O, 2001-ci ildə Rusiya Federasiyasının Xalq artisti adına laiq görülüb. Eyni zamanda, 2013-cü ildən Şimali Osetiyanın Xalq rəssamıdır.

Üç dəfə "Qızıl Maska" teatr mükafatına layiq görülüb. 2011-ci ildən Rusiya Prezidentinin Mədəniyyət və İncəsənət Şurasının üzvü seçilib. Nikolay Tsiskaridze evli olmadığını və ailə həyatı qurmağa tələsmədiyini bildirib.
Xalq artistinin nikahdankənar azərbaycanlı övladı üzə çıxdı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2328   Tarix: 15 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart
.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

"Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə edilir"

"Burada pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə gedir, lakin dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır". xəbər verir ki, bu fikirləri deputat Musa Quliyev Milli Məclisin plenar iclasında bildirib. Millət vəkili qeyd edib ki, əksin

29 mart
.

Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı

Bərdə şəhərində yerləşən və "Köhnə bazar" adı ilə tanınan ticarət mərkəzindəki kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı kafedə bir neçə qadının pul müqabilində müxtəlif şəxslərlə intim münasibətdə olması müəyyə

29 mart
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

29 mart
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

29 mart
.

Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində "Toplum TV" işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub. "Report" xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onunla bağlı ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb

29 mart
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

29 mart
.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart