MTRŞ bu reklamı televiziyalara QADAĞAN etdi

MTRŞ bu reklamı televiziyalara QADAĞAN etdiMilli Televiziya və Radio Şurası (MTRŞ) süni mayalanma üzrə tibbi xidmət reklamının yayımlanmasının qanunla qadağan olunması ilə bağlı ümumrespublika və regional televiziya yayımçılarına məktub göndərib.
Sonxeber.az report-a istinadən xəbər verir ki, MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev məlumatı təsdiqləyib.

O bildirib ki, eyni məzmunlu məktub "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-yə, "İctimai Televiziya ve Radio Yayımları Şirkəti"nə, "Xəzər TV" MMC-yə, "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası"na, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə, "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Space Müstəqil Teleradio Şirkəti"nə, ARB Televiziyasına, "Dünya" Televiziyasına və "Qafqaz" Televiziyasına ünvanlanıb.
Məktubda qeyd olunub ki, son zamanlarda bəzi teleradio yayımçıları tərəfindən süni mayalanma üzrə tibbi xidmətin reklamının yayımlanması hallarına rast gəlinib:

"Nəzərinizə çatdırırıq ki, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinə əsasən, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.

Eyni zamanda bildiririk ki, İnzibati Xətalar Məcəlləsində reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. Qeyd olunanlara əsasən, sözügedən məsələni nəzərə almağınız və gələcək fəaliyyətinizdə də daim diqqət mərkəzində saxlamağınız üçün tövsiyə olunur".


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 1031   Tarix: 15 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

"Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatlar oldu"-Millət vəkili

Xəbər verdiyimiz kimi Azərbaycanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilir. Tədbirlə əlaqədar bir çox türk dövlətinin rəhbəri Azərbaycana gəlib. . . Məsələ ilə bağlı millət vəkili Cavid Osmanov Sonxeber.Az-a açıqlama verib.. . Deputat Cavid Osmanov söyləyib ki, Bakıda tür

15 oktyabr 2019

Xalq artistinin nikahdankənar azərbaycanlı övladı üzə çıxdı - FOTO

Rusiyada yaşayan azərbaycanlı Timur Əkbərov iddia edir ki, atası məşhur gürcü balet artisti Nikolay Tsiskaridzedir. Gənc azərbaycanlı aktyor ulduz atası ilə görüşmək istəyir və məşhur balet ustası ilə qohumluğunu təsdiqləmək üçün DNT testindən keçməyə hazırdır.. . "Nemalaxov"un yaydığı məlumat

15 oktyabr 2019

Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində 111 nəfər məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.. . Oxu.Az-ın məlumatına görə, bunu "Bakı təhsili: Uğurlar və hədəflər" mövzusunda təşkil olunmuş konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıye

15 oktyabr 2019

"Şou aləmində bəziləri gündəmə gəlmək üçün "Həci"lərdən istifadə edirlər"- Hacı Surxay

Bu gün ictimaiyyətdə "həci"lərə qarşı mənfi fikir formalaşıb. Bunun səbəbi bəzi məşhurların "həci" sevgililəri ilə gündəmdə qalmağa çalışmaqlarıdır. Hətta, o məşhurların arasında "həci" ilə ailə qurub, uşaq dünyaya gətirənlər də var. . . Bununla bağlı Big.az-a açıqlama verə

15 oktyabr 2019

Analarının zəhərlədiyi uşaqlardan xəbər var

Dünən Samuxda və Şamaxıda ehtiyatsızlıq səbəbindən iki uşaq zəhərlənib.. . Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, gecə saatlarında uşaqlara qida və su əvəzinə zəhərli kimyəvi maddə içirilib.. . Belə ki, Şamaxı rayonu, Sabir qəsəbəsində üç aylıq Rəhimov Cəlan Cəlil oğluna anası gecə saatlarınd

15 oktyabr 2019

Kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq - YENİLİK

Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq.. . Sonxeber.az xəbər verir ki, 1 iyul 2018 – 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşı 64, qadınların isə 61 olacaq.. 1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində isə kişilərin pensiya yaşı 64 il 6 ay, qadınlarınk

15 oktyabr 2019

"Bala Tofiq" ləqəbli leş əti satan şəxs ifşa edildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.. . Agentlikdən Sonxeber.az-a verilən məlumata görə, növbəti belə tədbiri AQTA əməkdaşları hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə Bərd

15 oktyabr 2019

Bakıda liftdə qalan azyaşlı xilas edildi

Ötən gecə Bakı şəhərində azyaşlı uşaq liftdə qalıb. Sonxeber.Az-ın məlumatına əsasən, hadisə Nərimanov rayonunda baş verib. Bu barədə FHN-dən məlumat verilib.. Məlumata əsasən, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzr

15 oktyabr 2019

Sürücülərin diqqətinə: Bu küçə və yollarda…

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, Gecə saatlarında isə Xətai rayonu, Xudu Məmmədov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.. Bu üzdən sürücülərdə

15 oktyabr 2019