Vaqif Əsədov: "Görmədim", "bilmədim", "tələsirdim", filankəsəm" sözləri heç kimi məsuliyyətdən azad etmir

Vaqif Əsədov: "Görmədim", "bilmədim", "tələsirdim", filankəsəm" sözləri heç kimi məsuliyyətdən azad etmirXəbər verdiyimiz kimi, son günlərin ən aktual xəbərlərindən biri məhz piyadaların vurulması ilə bağlıdır. İşıqfor olan küçələrdə gediş-gəlişi işıfor tənzimləsə də, təhlükə nə qədər az olsa da, təəssüf ki, işıqfor olmayan küçələrdə piyadalar daha çox təhlükədədir. Ümumiyyətlə, piyada keçidi olan halda belə, qəzalara nə səbəb olur?
Mövzu ilə əlaqədar Sonxeber.az Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun fikirlərini öyrəndib:
"Polis olmasa, hərəkətdə müəyyən problemlər yaşanar. Səmimi etiraf etməliyik ki, hərəkət iştirakçısı olaraq ərazidə yol polisi olmasa, biz əziyyət çəkərik. Buna görə də yol polisinin köməyi hər birimizə lazımdır. Çünki, bəzi sürücülərin yol hərəkəti qaydalarını pozması tıxacların yaranmasına gətirib çıxarır. Bilirik ki, strateji əhəmiyyətə malik, daha çox süni sıxlığın olan yerlər var ki, bunun da sayı 70- ə qədərdir. Bax həmin 70 nəzarət postu bizim tərəfimizdən qeydə alınıb və bu postlarda pik saatlarında 2 və daha çox əməkdaşımız xidmət aparmaq məcburiyyətində qalır. Xüsusilə səhər saatlarında piyada zolaqları ilə kəsişən ərazilərdə, yol birləşmələrində, işıqforlarla tənzimlənən yol ayrıclarında yol- qəza hadisəsi baş verməsin deyə, biz yol polisi olaraq məcbur qalıb hər bir piyadanın əlindən tutub yolu keçirməyə çalışırıq".
Polis polkovniki bildirib ki, polis olmadan da hər kəs öz hərəkətini tənzimləməyi öyrənməlidir. Onun sözlərinə görə, bəzən yol- hərəkəti qaydalarına riayət etməyən vətəndaşlar əsassız bəhanələr gətirirlər:
"Mental xüsusiyyətlərimizlə bağlı "görmədim", "bilmədim", "tələsirdim", "filankəsəm" kimi tez- tez işlədilən ifadələri işlədənlər unutmasın ki, bu sözlər heç kimi məsuliyyətdən azad etmir. Ona görə diqqətli olmalı və tələbləri bilib bunlara uyğun hərəkət etməyə üstünlük verilməlidir".
Vaqif Əsədov həmçinin ötən günlərdə sosial şəbəkələrdə yer alan videodan da danışdı. O, polis əməkdaşının piyada keçidində piyadanı vurması ilə bağlı görüntülərə aydınlıq gətirdi:
"Sükan arxasında kim olursa olsun, törətdiyi xəta ilə əlaqəli cavab verir. Əgər hadisə baş verirsə, günahkar şəxs hadisənin ağırlıq dərəcəsinə görə məsuliyyət daşıyır. Bu polis maşınına dəyib, ya nə bilim vətəndaşa dəyib, bu cür müzakirələr düşünürəm ki, xoşagəlməz informasiya yaymaqdır. Sükan arxasında kim varsa, əgər xətası varsa, sübüt olunursa məsuliyyətə cəlb olunur".
Polis polkovniki yol- qəza hərəkətinin təhlilini verərkən anoloji müqayisə apararaq piyada vurulması hadisələrinin əksəriyyətinin məhz keçidlərin yaxınlığında baş verdiyini dedi:
"Diqqətinizə çatdırmaq istəyirəm ki, yol qəza hadisələri məhz piyada keçidlərinin yaxınlığında baş verir. Apardığımız müşahidələr, tərtib edilmiş inzibati- protokollar onu deməyə əsas verir ki, tikilib- istifadəyə verilmiş bu keçidlərdən piyadalar tam olaraq düzgün, dolğun şəkildə istifadə etmir. Bu təəssüf doğurur. Həmin ərazilərdə yol- qəza hadisələrini təhlil etsək görəcəyik ki, əksər vurulanlar təxminən 25 yaşdan 40 yaşa qədər olan gənclərdir. Həmin adamların da dili ilə ifadə etsək, tələsirdim, görmədim kimi ifadələr işlədəcəklər. Açığı deyim, ötən illər ərzində piyadaların Bakı şəhəri üzrə vurulması 67- 69 faiz təşkil edirdisə, bu rəqəm indi 60 faizə düşüb. Unutmayaq ki, yol-hərəkət hadisələrində həlak, əlil olan, xəsarət alan və həmçinin vuran da, vurulan da hər biri Azərbaycan Respublikasının vətəndaşıdır".
Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat üçün bildirib ki, avtomobillərin 80 km/saat sürət həddindən daha yüksək sürətlə hərəkət etməsinə icazə verilən ərazilərdə piyadalar təyin olmayan yerlərdən keçirsə artıq 40 manat məbləğində cərimə edilir. Vaqif Əsədov eyni zamanda yol infrastrukturunda yaradılan yeni piyada keçidlərindən də söhbət açaraq piyadaların təhlükəsizliyi üçün həmin piyada keçidlərindən istifadə etmələrini tövsiyyə edib:
"Vaxtı ilə Bakı şəhərində 9 yeraltı piyada keçidi var idi. İndi bu keçidlərin sayı 80- dən yuxarıdır. Yəni bu bir günün işi deyil. 26 yaşlı Azərbaycanımızın paytaxtı Bakı şəhərində yol infrastrukturunun inkişafı sahəsində hələ 2006-cı ildə dövlət Proqramı qəbul edilib. Bu proqramdan gələn tələblər bu gün də icra edilir. Məsələn, Bakı- Mərdəkan dairəsindən Buzovna istiqamətində bilirsiniz ki, piyada keçidi yox idi. İndi səhv etmirəmsə həmin ərazidə 2 piyada keçidi var, biri də tikilməkdədir. Bunlarda məqsəd yol- qəza hadisələrini aşağı enməyidir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2283   Tarix: 15 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021