Haker hücumundan müdafiənin YOLLARI

Haker hücumundan müdafiənin YOLLARIKiberhücuma nə zaman məruz qalacağımızı öncədən bilmək mümkün deyil, lakin ekspertlərin sözlərinə əsasən, bir neçə sadə yolla bu təhlükəni azaltmaq olar.

Beləliklə, aşağıdakı əsas qaydalara riayət etməklə, özünüzü kiberhücumlardan sığortalamış olarsınız:

Parolu tez-tez dəyişin
Ekspertlər qeyd edirlər ki, hakerlər əvvəlki sızmalar hesabına onlayn məlumat bazalarında bir çox istifadəçi adı və şifrələri haqqında məlumat toplayır.

Hətta istifadəçi adı ("log in") və parolun yalnız bircə uyğunluğu olduğu halda belə, hakerlər sizin eyni zamanda bir neçə saytınızı sındırmağa çalışacaqlar. Belə ki, onlar düşünürlər ki, əgər bir uyğunluq varsa, demək, istifadəçi hər platforma üçün ayrıca "log in" və parol düşünməyəcək, bir neçə saytda eynisini tətbiq edəcək.

Əgər siz müxtəlif platformalarda fərqli "log in" və parollardan istifadə edirsinizsə, bu riski xeyli azaldacaq.

Müxtəlif saytlar üçün eyni yoxlama suallarından istifadə etməyin

Əvvəlki bənddəki prinsipdən çıxış edərək, müxtəlif platformalar üçün eyni yoxlama suallarından istifadə etmək lazım deyil, çünki hakerlər mütləq bu məlumatlardan istifadə edəcəklər.

Eyni yoxlama suallarından istifadə etdiyiniz təqdirdə, hakerlər sizin bütün hesablarınızı çox asanlıqla sındıra biləcəklər.

Hakerlərdən özünüzü qorumaq üçün yoxlama suallarında saxta məlumat istifadə edin

Standart yoxlama suallarında, adətən, ananızın qızlıq soyadı, uşaqlıqda yaşadığınız küçənin adı və s. bu kimi şəxsi məlumatlar soruşulur.

Lakin ekspertlər bu tip suallara düzgün cavab verməməyi məsləhət görürlər.

Bunun əvəzinə, onlar saxta və ya məzəli məlumatlardan istifadə etməyi məsləhət görürlər, belə ki, bu halda hakerlər düzgün cavab tapa bilməyəcəklər.

Parol dispetçerindən istifadə etməyə başlayın

Ekspertlər çox vaxt müxtəlif parolları idarə etmək üçün fərqli "Keypass" tipli həllərdən istifadə etməyi məsləhət görürlər.

Parollar dispeçeri uzun və mürəkkəb parol yarada və onları avtomatik olaraq müxtəlif saytlarda saxlaya bilir.

Bu, hesablarınızın dağıdılmasını, demək olar, qeyri-mümkün edir.

Sosial şəbəkələrdə şəxsi məlumatlar saxlamayın

Hakerlərin sosial media hesablarınızdan öyrənə biləcəyi məlumatlarla ehtiyatlı olun, bu məlumatı parol bərpa etmək üçün istifadə edirsinizsə, ələlxüsus diqqətli olun.
Heyvanların ləqəbləri, uşaqların doğum günləri, sevdiyiniz idman növlərinin adı, bal ayını keçirdiyiniz yer – bütün bu tip məlumatlarla ehtiyat olmaq lazımdır.

Harada olursunuzsa olun, çoxfaktorlu yoxlamadan istifadə edin

Hakerlərdən özünü qorumağın ən etibarlı yollardan biri identikliyin çoxfaktorlu yoxlanışından, yaxud telefona və ya tətbiqə göndərilən SMS kodu ilə yoxlamadan istifadə etməkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 706   Tarix: 16 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021